thumb|300px|Festivalın ilk günü IV "Xarıbülbül" musiqi festivalı — musiqi festivalı, 12–13 may 2021-ci il tarixlərində Cıdır düzü ərazisində, Şuşa şəhərində (Azərbaycan) keçirilmişdir.
Festival Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunmuşdur. Festivalın təşkilatçısı Heydər Əliyev Fondu olmuşdur.
Hazırlıq və keçirilməsi IV "Xarıbülbül" musiqi festivalı 30 illik fasilədən sonra keçirilən ilk "Xarıbülbül" festivalı olmuşdur, həmçinin Cıdır düzündə 32 ildən sonra təşkil olunan ikinci festivaldır. Festival Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən təşkil edilmişdir. Festivalın keçirilməsi haqqında 7 may 2021-ci ildə elan verilmişdir. Həmin vaxt Heydər Əliyev Fondu festivala son hazırlıq işlərinin görüldüyünü bildirmişdir. Festival İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş Azərbaycan hərbçilərinin xatirəsinə həsr edilmişdir.
Festivalın mövzusu "Azərbaycan musiqisində multikulturalizm" olmuşdur. Festival çərçivəsində xalq mahnıları və klassik musiqi əsərlərindən ibarət proqram təqdim olunmuş, Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı nümayiş etdirilmişdir. Belə ki, festivalın birinci günü Azərbaycanda yaşayan etnik azlıqların musiqisinə geniş yer verilmişdir. Azərbaycan milli musiqisi nümunələri ilə yanaşı avar, talış, kürd, ləzgi, udi, slavyan, tat, yəhudi, gürcü və saxur xalqlarının musiqiləri müxtəlif folklor kollektivlərinin ifasında səsləndirilmişdir. Səhnədə ifaçıları Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblının musiqiçiləri müşayiət etmişdir. Həmçinin həmin gün Bülbül, Xan Şuşinski, Seyid Şuşinski, Rəşid Behbudov və Şövkət Ələkbərovanın çıxışlarının video yazıları nümayiş etdirilmişdir.
Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik əsərləri Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səsləndirilmişdir. Orkestrə Azərbaycanın xalq artisti Rauf Abdullayev bədii rəhbərlik etmişdir. Həmçinin Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru Azərbaycanın xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə çıxış etmişdir.
Festival çərçivəsində Cıdır düzündə Xarıbülbül çiçəyi formasında bəzədilmiş maketlər də nümayiş etdirilmişdir.
Proqram
Birinci gün (12 may) Festivalın açılışını:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev etmişdir. Aparıcılar — Oleq Əmirbəyov və Leyla Əliyeva Kənan Bayramlı Muğam "Bayatı-Şiraz" Kamançaçılar ansamblı (bədii rəhbər — Azərbaycanın xalq artisti Elşən Mansurov) Xalq rəqsi "Uzundərə"nin melodiyası Avar folklor kollektivi "Cahan"ın dambura ifaçıları qrupu (Balakən rayonu) "Dun guro" ("Mən deyiləmmi") — avar xalq mahnısı Bülbül (video yazı) "Gülərəm gülsən" (Fikrət Əmirov — Məmməd Səid Ordubadi) "Nənələr" (Lənkəran rayonu) və "Veteranlar" folklor kollektivləri "Qarabağ — bizim ürəyimizdir" (talış xalq musiqisi) Mirələm Mirələmov və Günay İmamverdiyeva "Qarabağ" (Bəhram Nəsibov) "Yıldız" folklor kollektivi "Alma ağacı" — tatar xalq mahnısı Tunar Rəhmənoğlu "Rinda min" — kürd xalq mahnısı Xan Şuşinski (video yazı) "Şuşanın dağları başı dumanlı" "Mel" folklor kollektivi (Qusar rayonu, Gil kəndi) "Perizadə" — ləzgi xalq mahnısı "Cəngi" folklor kollektivi (Qəbələ rayonu, Nic kəndi) Udi xalq rəqsi "Zurna"nın melodiyası "Slavyanoçka" folklor kollektivi (İsmayıllı rayonu, İvanovka kəndi) "Mənim Azərbaycanım" — molokan çastuşkası Şəhriyar İmanov (tar ifası) "Həsrət nəğməsi" Seyid Şuşinski (video yazı) Muğam "Arazbarı" "Lahıc" folklor kollektivi (İsmayıllı rayonu, Lahıc qəsəbəsi) "Mən misgərəm" — tat xalq mahnısı Teyyub Aslanov və Rəvanə Qurbanova "Dağların başı" — Azərbaycan xalq mahnısı "Haverot" folklor kollektivi "Ailə sevincləri" — yəhudi musiqi süitası "Şvidqadza" xalq xoru "Qadın" — gürcü xalq mahnısı Rəşid Behbudov (video yazı) "Azərbaycanım" (Rauf Hacıyev — Ənvər Əlibəyli) "Nanaybi" folklor kollektivi (Balakən rayonu) "Vətənimiz gözəldir" — ingiloy mahnısı Naxçıvan Dövlət Filarmoniyasının muğam qrupu "Naxçıvan" "Mıdjağna" folklor kollektivi (Zaqatala rayonu) "Salam Alek" — saxur xalq mahnısı Şirzad Fətəliyev (balaban ifası) "Sarı gəlin" — xalq mahnısı Aşıq Samirə Əliyeva və Aşıq Əli Tapdıqoğlu "Qoy ədalət zəfər çalsın" Şövkət Ələkbərova (video yazı) "Cənnətim Qarabağ" "Kvitka" folklor kollektivi "Bahar mahnısı" — ukrayna xalq musiqisi Mənsum İbrahimov "Qaçaq Nəbi" — Azərbaycan xalq mahnısı "Natiq" ritm qrupu (bədii rəhbər — Natiq Şirinov) "Qarabağ ritmləri" Polad Bülbüloğlu "Azərbaycan, Odlar yurdum mənim" "Şən Azərbaycan"
İkinci gün (13 may) Aparıcılar — Oleq Əmirbəyov və Leyla Əliyeva
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri "Koroğlu" operasından uvertüra (dirijor — Rauf Abdullayev) Azər Rzazadə "Azərbaycan" (Tofiq Quliyev — Ənvər Əlibəyli) Sahib Paşazadə (tar) və Ceyla Seyidova (skripka) "Noktürn" (Tofiq Quliyev) Azərin "Axşam mahnısı" (Tofiq Quliyev — Zeynal Cabbarzadə) Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri "Yeddi gözəl" baletindən vals (Qara Qarayev) Polad Bülbüloğlu "Gəl, ey səhər" Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri "Azərbaycan kapriççiosu"ndan fraqment (Fikrət Əmirov) Səlcan Nəsibli "Azərbaycan elləri" (Fikrət Əmirov — Mirvarid Dilbazi) Əlixan Səmədov (balaban ifası) "Sən gəlməz oldun" Elçin Əzizov "Sənsiz" (Üzeyir Hacıbəyov — Nizami Gəncəvi) Dinara Əliyeva "Arzu" (Niyazi — İslam Səfərli) Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə (fortepiano) "Dəniz" Yusif Eyvazov "Sevgili canan" Yusif Eyvazov və Dinara Əliyeva "Ave Maria" Yusif Eyvazov və Azər Rzazadə "Ölkəm" (Asəf Zeynallı — Cəfər Cabbarlı) Alim Qasımov və Fərqanə Qasımova "Qarabağ şikəstəsi" oratoriyası (Vasif Adıgözəlov) Samir Cəfərov "Ey Vətən" Yusif Eyvazov, Azər Rzazadə, Azərin, Elçin Əzizov, Səlcan Nəsibli və Dinara Əliyeva "Azərbaycan" (Müslüm Maqomayev — Nəbi Xəzri)
Qonaqlar Fəxri qonaqlar:
İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti Mehriban Əliyeva — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyeva — Heydər Əliyev Fondunun vitse-prezidenti Arzu Əliyeva — Baku Media Centerin prezidenti
Qonaqlar:
Polad Bülbüloğlu — müğənni, Azərbaycanın xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Anar — yazıçı, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Fərhad Bədəlbəyli — pianoçu və bəstəkar, SSRİ xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Fərhad Xəlilov — Azərbaycanın xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Firəngiz Mütəllimova — Azərbaycanın xalq artisti Murad Hüseynov — pianoçu, Azərbaycanın xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Bəyimxanım Vərdiyeva-Cavanşirova — Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun prezidenti Mixail Qusman — jurnalist, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Anar Ələkbərov — Azərbaycan Respublikası Prezidentinin köməkçisi Həmidə Ömərova — aktrisa, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü Flora Kərimova — estrada müğənnisi, Azərbaycanın xalq artisti Mabud Məhərrəmov — aktyor, Azərbaycanın xalq artisti Ayaz Salayev — kinoşünas, Azərbaycanın əməkdar incəsənət xadimi Murad Dadaşov — şoumen və televiziya aparıcısı, Azərbaycanın xalq artisti Tahir İmanov — aktyor, Azərbaycanın əməkdar artisti Cabir İmanov — aktyor, Azərbaycanın əməkdar artisti
Rəylər Sənətşünas Adilə Yusifova qeyd edir ki, festivalda həm Azərbaycan musiqisinin, həm də Azərbaycanda yaşayan xalqların musiqisinin ifa olunması dostluq və həmrəyliyin göstəricisidir. Onun sözlərinə görə, Zaqatala rayonunun "Mıdjağna" folklor kollektivi tərəfindən ifa olunan saxur xalq mahnısı "Salam Alek" insanlara ünvanlanmış "müdriklik mesajı" olmuşdur.
Yusifova bildirir ki, keçmiş dövr ifaçılarının çıxışlarının video yazılarının nümayişi keçmişlə bu gün arasında əlaqə hissi yaradırdı. Onun fikrincə, Üzeyir Hacıbəyovun "Koroğlu" operasından uvertüra festivalda daha fərqli, daha təntənəli səslənmişdir.
Sənətşünasın qeyd etdiyinə görə, təqdim olunan bütün musiqi nümunələrində gözəllik və sevgi əks olunmuş, bu isə tamaşaçıları Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası kimi bir şah əsərə yönəltmişdir.
Eyni zamanda, festival çərçivəsində nümayiş etdirilən Xarıbülbül çiçəyi formasında bəzədilmiş maketlər təbiət və musiqinin vəhdətini hiss etməyə imkan verirdi.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan musiqi festivalları Kateqoriya:2021-ci ildə Azərbaycan Kateqoriya:12 maydakı hadisələr