Xristina Danilovna Alçevska (; ) — Rusiya və Ukraynanın, Енциклопедія історії України — Наукова думка, 2003. — ISBN 966-00-0632-2 ictimai xadimi, pedaqoqu. Sahibkar və mesenat A.K. Alçevskinin həyat yoldaşı, akademik Aleksey Beketovun qaynanası və general-leytenant Nikolay Vuviçin nəvəsidir. Həyatı thumb|left|150px|Xristina Alçevska

Xristina 16 aprel 1841-ci ildə Rusiya imperiyasının Çerniqov quberniyasının Borzna şəhərində anadan olub. O, bölgə üzrə rus ədəbiyyatı müəllimi Danila Juravlyovun (1809–?) və general Vuyicin qızı, zadəgan xanım Annet Nikolayevna Vuyicin (1809–1857) ailəsində dünyaya göz açıb.

Xristina ukraynalı iş adamı, sonradan böyük bir mədənin və polad zavodunun sahibi, həmçinin "Xarkov Qromadası"nın həmtəsisçisi olan Aleksey Alçevski ilə ailə həyatı qurmuş, onların tanınmış opera müğənnisi İvan Alçevska adlı oğlu, şair Xristya Alçevska adlı qızı, bəstəkar Qriqori Alçevska adlı digər oğlanları dünyaya gəlmişdi.

Xarkovda yaşayıb, fəaliyyət göstərmiş Xristina, 15 avqust 1920-ci ildə orada vəfat etmişdir. Başdaşının üzərində "Xalqın maarifçisi" sözləri həkk edilib.

Şəxsi həyatı Fəaliyyətinin ilk illərində çalışdığı məktəbdə təxminən 50 şagirdi var idi. 1892-1893-cü illərdə şagirdlərin sayı artaraq 600-700 nəfərə çatdı. Müəllimlərin sayı da eyni qaydada artaraq: hər beş şagirdə bir müəllim düşürdü. Şagirdlər: Heç yazı yaza bilməyənlər; Oxumağı bacaran, lakin yazı yaza bilməyənlər; Mövcud bacarıqlarını təkmilləşdirməyə ehtiyacı olanlar olaraq üç kateqoriyaya bölünürdülər. Hər qrupun bir və ya iki rəhbəri var idi ki, onlar həm də sinifdənkənar fəaliyyətlərlə məşğul olurdular, şagirdləri ekskursiyalara, teatr və tamaşalarda aparır, ədəbi qiraətlərdə iştirak edirdilər. 1896-cı ildə Alçevska 50.000 karbovanets dəyərində bir məktəb binası inşa etdirdi. Bu bina Rusiya imperiyasındakı bütün bazar günü də fəaliyyət göstərən məktəblər arasında şəxsi mülkiyyətdə olan yeganə bina idi. Alçevskanın məktəbi 1919-cu ildə Sovet rejimi tərəfindən ləğv edildi.

1879-cu ildə o, Olekseyevka kəndində (hazırda Luqansk vilayətinin Perevalski rayonuna tabedir) dərslərin ukrain dilində keçirildiyi daha bir məktəb açdı. Boris Qrinçenko həmin məktəbdə müəllimlik edirdi.

1889-cu ildə Xristina, Rusiya imperiyasının yaş həddi böyük olanlara dərs deyən müəllimlərinin nümayəndəsi kimi Paris Sərgisində iştirak etdi. Tədrisin rus dilinə keçilməsi qanununa qədər dərslər, ukrain dilində tədris edilmişdir.

1906-cı ildə mükafat qazanmış Xristina Alçevska "Xalq nə oxumalıdır?"adlı metodik və biblioqrafik bələdçini tərtib etmişdir. Bu əsər Paris Beynəlxalq Sərgisində "Qran-pri" mükafatına layiq görülmüşdür. O, 1900-cü ildə "Böyüklər üçün kitab" adlı tədris vəsaitini, 1912-ci ildə isə "Düşündüklərim və yaşadıqlarım" adlı xatirələrini yazmışdır. Alçevska, eyni zamanda, böyüklərin təhsili ilə bağlı bir neçə metodik məqalənin müəllifidir. 1860-cı illərdə Alçevskanın məqalələri Aleksandr Hertsenin "Kolokol" jurnalında "Ukrainka" təxəllüsü ilə dərc olunurdu. Alçevska qızları və qadınları icma festivallarında ənənəvi regional geyimlər geyinməyə və xalq mahnıları ifa etməyə həvəsləndirirdi. O, təhsil verdiyi xalqa bağlılığının rəmzi olaraq özü də milli geyimlərə üstünlük verirdi. Alçevska ukrain dili, xalq mahnıları və Taras Şevçenkonun əsərlərini populyarlaşdırırdı. 1900-cü ildə Alçevska Xarkovdakı evində Taras Şevçenkonun ilk abidəsini ucaltdı.

Əsərləri Алчевская Х. Д. О первой книге для классного чтения взрослых М., 1895. Алчевская Х. Д. Передуманное и пережитое: дневники, письма, воспоминания. М., 1912. Алчевская Х. Д. Что читать народу? Критич. указатель книг для нар. и дет. чтения. В трёх томах. СПб., 1884–1906. İrsi Ukraynanın müxtəlif şəhərlərində — Dnepr, Krivoy Roq, Kremençuq, Lvov və Çerniqovda Xristina Alçevskanın adına küçələr var. Kiyev şəhərində Xristina Alçevska adına küçə var. Ukraynanın Kramatorsk şəhərindəki küçələrdən biri Alçevskilər ailəsinin adını daşıyır. Çerniqov vilayətindəki Borzna I-III dərəcəli orta məktəbi Alçevskanın adınadır. Luqansk vilayətində yerləşən 1 nömrəli Alçevska ixtisaslaşdırılmış məktəbi onun adını daşıyır. "Plast" təşkilatı bölmələrindən biri Xristina Alçevskanın şərəfinə adlandırılıb. 1963-cü ildə O.Mazurkeviç tərəfindən Alçevska və həmkarlarının pedaqoji fəaliyyətinə həsr olunmuş kitab nəşr edilmişdir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Алчевская Христина Даниловна (Центральная библиотека города Алчевска)

Kateqoriya:Ukrayna pedaqoqları Kateqoriya:Rusiya imperiyası yazıçıları