Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və ya qısaca AQEM — Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi istiqamətində əməkdaşlığın gücləndirilməsi üçün qurulmuş hökumətlərarası forumdur. Bu forum Asiyada və dünyanın qalan hissəsində sülh, təhlükəsizlik və sabitlik arasında sıx əlaqənin olduğunu qəbul etməyə əsaslanır. Konfransın əsas ideyası kiçik və böyük dövlətlərin təhlükəsizliyinin bölünməzliyi, birgə təşəbbüsü və qarşılıqlı faydalı əlaqəsi prioritetinə əsaslanır.

AQEM-in çağırılması ideyası ilk dəfə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən, 5 oktyabr 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülmüşdür. 5 oktyabr 2017-ci ildə AQEM prosesi 25 illiyini qeyd etmişdir.

İstinadlar

Kateqoriya:Almatı Kateqoriya:Beynəlxalq konfranslar Kateqoriya:Nursultan Nazarbayev Kateqoriya:Qazaxıstanın xarici siyasəti Kateqoriya:Türkiyənin xarici siyasəti