İrs — məqsədi Azərbaycan tarixi və mədəniyyəti haqqında məlumatları dünya xalqlarına öz dillərində çatdırmaq olan jurnal. Jurnal azərbaycan, ingilis, rus, ərəb, yapon, çin, amhar və digər dillərdə nəşr edilir. "İrs" jurnalının həm də kitab seriyası çıxmışdır. "Təbrizin sehrli nağılları" bu kitab seriyasına daxildir.
Tarixi
Jurnal 300px|thumb|left|Baş redaktor Musa Mərcanlı İrs jurnalının 10 illik yubileyində Jurnalın məqsədi Azərbaycan tarixi və mədəniyyəti haqqında məlumatları dünya xalqlarına öz dillərində çatdırmaqdır. 2012-ci ildə jurnalın ərəbdilli və yapondilli versiyası ilk dəfə buraxılmışdır. 2014-cü ildə jurnalın İndoneziya dilində nömrəsi çap edilmişdir. 2017-ci ildə "İrs" jurnalı Azərbaycanın Afrika ölkələri və xüsusilə Efiopiya ilə əlaqələrinə töhfə vermək, Azərbaycan irsinin Afrikada təşviq edilməsi məqsədilə amhar dilində dərc edilmişdir.
2024-cü ilin məlumatına görə, jurnal 25 illik fəaliyyət dövrünə malikdir, 20 dildə çap edilir.
Kitab seriyası "İrs" jurnalının kitab seriyası da nəşr edilmişdir. Bu seriyaya "Daş keşikçilər", "Qədim qalanın yuxuları", "Qarabağ", "Qobustan minilliklərin kitabı", "Bakı simfoniyası" kitabları daxildir. "Təbrizin sehrli nağılları" kitabında miniatürlərdən istifadə edilmiş, kitab 10 min nüsxə ilə çap edilmişdir. 20 iyul 2022-ci ildə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Təbrizin sehrli nağılları" adlı kitabla bağlı "Twitter" səhifəsində paylaşım etmişdir: Bu hadisə İran tərəfindən birmənalı qəbul edilməmişdir. 2021-ci ildə "Salam, Azərbaycan!" və "Şəki — gözəlliyin sehri" kitablarının təqdimatı keçirilmişdir. Mədəniyyət naziri Anar Kərimov qeyd etmişdir ki, Qarabağ və Şərqi Zəngəzur abidələri haqqında nəşrlər üçün "İrs" jurnalı ilə danışıqlar aparılır. 2021-ci ilin noyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində "Qarabağın qara kitabı" və "Qarabağ — qələbəyə doğru" kitablarının təqdimatı keçirilmişdir. 2023-cü ildə "Şirvanşahların minilliyi" və Təbriz miniatür məktəbinə həsr edilmiş "Kəlam və fırça" kitabları nəşr edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycanın yumşaq gücü və mədəni diplomatiyası