Müvəhhidlər dövləti () və ya Müvəhhidlər xilafəti () — 1121–1269-cu illərdə Şimali Afrika və Əndəlüsdə mövcud olmuş tarixi dövlət.

Yaranması Mürabitlərin bəzi dini görüşlərinə müxalif olan İbn Tümərt hökmdar Əli ibn Yusif ibn Təşfinə qarşı çıxaraq özünü 1121-ci ildə "Mehdi" elan etmiş və Atlas dağlarında dövlətin əsasının qoyulması üçün ilk addımları atmışdır. Lakin dövlət həmin vaxt deyil, onun ölümdən 9 il sonra 1130-cu ildə rəsmi olaraq Əbdülmömin əl-Kumi tərəfindən yaradılmışdır. Bu dövlətə İbn Tümərtin müridlərinə verdiyi adla "Müvəhhidlər", "Möminilər" (Əbdülmömin əl-Kumidən ötrü) və "Məsmudə dövləti" (İbn Tümərtin mənsub olduğu qəbilənin adı), hökmdarlarına isə "əmir əl-möminin" deyilmişdir.

Süqutu Las Navas de Tolosa döyüşündə məğlub olan Müvəhhidlər Şimali Afikaya doğru geri çəkilmək məcburiyyətində qaldılar. Bir müddətdən sonra isə paytaxt Mərrakeş Mərinilərin əlinə keçdi və bununla da Müvəhhidlər dövləti süqut etmiş oldu (1269).

Memarlıq Dini baxışlarında ötrü görkəmli saraylar inşa etdirməyən Müvəhhidlər xəlifələri, daha çox böyük məscidlərin inşası ilə ön plana çıxmışlardır. Bu ibadət evlərinə Həssən, Kütubiyyə və İşbilyə məscidlərini misal göstərmək mümkündür. İşbilyə (Sevilya) 1248-ci ildə Kastilya kralı III Fernando tərəfindən işğal edildikdən sonra İşbilyə məscidi də kilsəyə çevrilmiş və "Santa Mariya kilsəsi" adlandırılmışdır.

Hökmdarları İbn Tümərt Əbdülmömin əl-Kumi Əbu Yaqub Yusif ibn Əbdülmömin Əbu Yusif Yaqub əl-Mənsur-Billah Məhəmməd ən-Nasir-Lidinillah Yusif əl-Müstənsir-Billah I Əbdülvahid əl-Məhlu Əbu Məhəmməd Abdullah əl-Adil Əbu Zəkəriyya Yəhya əl-Mötəsim-Billah Əbül-Əla (Ulə) İdris əl-Məmun II Əbdülvahid ər-Rəşid Əbül-Həsən Əli əs-Səid Ömər əl-Mürtəza Əbül-Əla Əbu Dəbbus əl-Vasiq-Billah

Həmçinin bax Müvəhidlər sülaləsi

İstinadlar

Kateqoriya:Əlcəzair orta əsrlərdə Kateqoriya:Portuqaliya orta əsrlərdə Kateqoriya:Tarixi Avropa monarxiyaları Kateqoriya:Tunis orta əsrlərdə Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:Xilafət Kateqoriya:Afrikanın tarixi dövlətləri Kateqoriya:Bərbər tarixi Kateqoriya:İfriqiyyə Kateqoriya:İspaniya orta əsrlərdə Kateqoriya:Keçmiş imperiyalar Kateqoriya:Mərakeş orta əsrlərdə Kateqoriya:Mərakeş şəhəri Kateqoriya:Mərakeş tarixi Kateqoriya:Teokratiyalar