Məhəbbət Paşayeva (tam adı:Məhəbbət Tofiq qızı Paşayeva; ) — etnoqraf, tarix elmləri doktoru, professor. AMEA Arxeologiya və Antropologiya İnstitutu "Antropologiya" şöbəsinin aparıcı elmi işçisi, UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, UNEC-in "Humanitar fənlər" kafedrasının professoru,Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Antropologiya üzrə ekspert şurasının üzvü, "İctimaiyyətlə Əlaqələrin İnkişafı İctimai Birliyi Qeyri-Hökumət Təşkilatı"nın sədri (2021-ci ildən), "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı (2021) və Təhsil Nazirliyinin Fəxri Fərmanı laureatı (2025).
Məhəbbət Paşayeva bir sıra uğurlu layihələrin müəllifidir. "Azərbaycanlıların adət və inancları" probleminin araşdırılması, Azərbaycanda yaşayan azsaylı xalqların etnik ənənələrinin qarşılıqlı–müqayisəli tədqiqi Məhəbbət Paşayevanın əsas elmi nailiyyətlərindəndir.
Məhəbbət Paşayevanın elmi fəaliyyətinin prioritet istiqamətlərinə "Qarabağın və Şərqi Zəngəzurun alban abidələri"nin , o cümlədən bütün alban abidələrinin tarixi keçmişi, bugünkü izlərinin öyrənilməsi də daxildir. Həyatı Məhəbbət Paşayeva 18 iyul 1965-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, fizika elmləri doktoru, professor Tofiq Hacıyev və filologiya elmləri doktoru, professor Maarifə Hacıyevanın ailəsində dünyaya göz açıb. Bakı şəhəri 5 nömrəli orta məktəbdə təhsil alıb. 1982–1987-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış, Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Ailəsi Məhəbbət Paşayeva ailəlidir, iki övladı, iki nəvəsi var.
Elmi fəaliyyəti Məhəbbət Paşayeva 1987-ci ildə ali təhsilini başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda əmək fəaliyyətinə başlamış, 1988-ci ildə Rusiya Elmlər Akademiyasının Mikluxo-Maklay adına Etnologiya və Antropologiya İnstitutunda təcrübəçi-tədqiqatçı kimi elmi araşdırmalar aparmışdır.
1987-ci ildən bu günədək AMEA Arxeologiya və Antropologiya İnstitutunda elmi fəaliyyətini davam etdirən Məhəbbət Paşayeva hazırda həmin institutun Antrpologiya şöbəsinin aparıcı elmi işçisidir. O, 2021-ci ildən Alban tayfalarının antropoloji tədqiqi istiqamətində AMEA Arxeologiya və Antropologiya İnstitutunun İsmayıllı-Qəbələ bölgəsində təşkil edilmiş elmi ekspedesiyasına rəhbərlik edir. Onun rəhbərliyi ilə aparılan tədqiqatlar Qafqaz Albaniyası mədəni irsinin yalnız elmi müstəvidə deyil, ictimai səviyyədə də tanınmasına ciddi töhfə vermişdir.
1993-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun doktoranturasını bitirmişdir.
2000-ci ildə "Azərbaycanlıların ailə məişətində etnik ənənələr" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tarix elmləri namizədi elmi dərəcəsi, 2013-cü ildə isə "Azərbaycanlıların adət və inancları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 2006-cı ildə dosent, 2015-ci ildə professor elmi adlarını almışdır.
2019-cu ildən UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəridir.
O, 2024-cü ildən Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının Tarix və Antropologiya üzrə Ekspert Şurasının üzvüdür. Beynəlxalq elmi fəaliyyəti Google Scholar profilində 27 sitat gətirilmə, 19 h-indeksi (H-indexi 5 (Scopus); H-indexi 2 (Scholar); H-indexi 11 (TrDizin); H-indexi 1 (Sobiad)) Məhəbbət Paşayevanın beynəlxalq elmi fəaliyyəti Azərbaycanın multikultural kimliyinin və tolerantlıq modelinin beynəlxalq elmi-mədəni platformalarda tanıdılmasına xidmət edir. Professor Məhəbbət Paşayeva İngiltərə, İtaliya, Vatikan, Türkiyə, Gürcüstan kimi bir çox xarici ölkələrdə Azərbaycan multikulturalizmi, Qafqaz Albaniyası irsi, Qarabağ və Şərqi Zəngəzurun alban abidələri mövzusunda elmi məruzələrlə çıxış etmişdir:
2014 London Qafqazda konfessiyalar Avropa Azərbaycan Cəmiyyətinin və Azərbaycan Milli Aviasiya Akademiyasının ictimai elmlər kafedrası2015 Roma Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın İtaliyadakı səfirliyi2015 Bakı Kürmük məbədi – Azərbaycanın maddi-mədəni irsidir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi2015 Bakı Alban Apostol kilsəsi: tarixi baxış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi2015 Kars Azərbaycanşünaslıq: Geçmişi, Bu günü və Gələcəyi Kafkas Universiteti, Türkiyə, Kars2017 Minsk Религия и История Институт теологии имени святых Мефодия и Кирилла Белорусского Государственного Университета2018 Tbilisi Qafqaz Albaniyası Apostol kilsəsinin tarixi ənənələri Gürcüstan İlahiyyat İnstitutu və Norveç Humanitar Təşkilatı2020 Bakı Qafqaz Albaniyası irsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi2021 Bakı Qafqaz Albaniyası: tarix, din və memarlıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi AMEA Tarix İnstitutu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Memarlıq və İnşaat Universiteti2024 BakıXI İnternational conference on Caucasian Albania Ethnoarchaeology - written Sources and Historical Monuments Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi AMEA Tarix İnstitutu Udo Alban Xristian İcması2025 Vatikan Christianity in Azerbaijan: History and Modernity Pontifical Gregorian University Məhəbbət Paşayevanın rəhbərlik etdiyi UNEC-in Multikulturalizm Tədqiqat Mərkəzinin fəaliyyətinə Azərbaycanın etnik müxtəlifliyinin Avropa elmi ictimaiyyətinə təqdimat aiddir. UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri kimi o, elmi tədqiqatla ictimai fəaliyyət arasında balans yaradaraq, xüsusilə Qafqaz Albaniyası irsinin müdafiəsində prinsipial mövqe nümayiş etdirir. Tədqiqat mərkəzi, fəaliyyət göstərdiyi müddətdə Kanada, Litva, İngiltərə kimi xarici ölkə universitet və araşdırma mərkəzləri ilə əməkdaşlıq qurulmuş, beynəlxalq konfrans və layihələrdə iştirak edərək Azərbaycan multikulturalizminin dünya elmi ictimaiyyətinə təqdim olunmasında mühüm rol oynayır. Paşayevanın rəhbərliyi ilə UNEC Multikulturalizm Tədqiqat Mərkəzi tərəfindən Azərbaycan mədəni irsinin xarici elmi auditoriyaya təqdimatı məqsədilə beynəlxalq konfrans və simpoziumlar təşkil edilməkdədir.
Pedaqoji fəaliyyəti Məhəbbət Paşayeva 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Humanitar fənlər" kafedrasında pedoqoji fəaliyyətə başlamış, hal-hazırda orada çalışır.
İctimai fəaliyyəti Məhəbbət Paşayeva akademik və pedoqoji fəaliyyəti ilə yanaşı Vətəndaş cəmiyyətində də aktiv fəaliyyət göstərir. 2021-ci ildən Məhəbbət Paşayeva "İctimaiyyətlə Əlaqələrin İnkişafı İctimai Birliyi Qeyri-Hökumət Təşkilatı"nın sədridir. Onun rəhbərliyi dövründə təşkilat multikultural irsin təbliği, Qafqaz Albaniyasının maddi və mənəvi irsinin araşdırılması və maarifləndirmə istiqamətində layihələr həyata keçirmişdir.
Elmi əsərləri Məhəbbət Paşayeva xarici və respublika jurnallarında nəşr edimiş 100-dən artıq elmi məqalə və 10 monoqrafiyanın müəllifidir. Monaqrafiyaları (2006) Azərbaycanın qədim diyarı Xınalıq (2014) The History and Ethnography of Shahdagh Peoples (2018) Biz azərbaycanlıyıq (2018) Azərbaycanın qədim dövlətləri (2019) Azerbaijani Multiculturalism: The Treasure of Ethnic Diversity (2019) Azərbaycanlıların adət və inancları (2021) Azərbaycan multikulturalizminin tarixi kökləri (2022) Qarabağın və Şərqi Zəngəzurun alban abidələri (2023) Albanian Monuments of Karabakh and East Zangazur
Elmi məqalələri Məhəbbət Paşayevanın müxtəlif illərdə dərc edilmiş elmi məqalələrindən bəziləri aşağıdakı kimidir:
(1997) Azerbaycan’ın Şeki ve Zagatala Yörelerinde Doğum Öncesi, Sonrası ve Çocukların Ailede Terbiyasi (1999) Azerbaycan folklor ve etnoğrafya sözlüğü (2007) Azerbaycan Türklerinin Etnik Tarihine Kısa Bir Bakış (2007) Qadim Türkmenşeli Tayfaların İzleri Azerbaycan Toponimlerinde (2008) Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr (2014) Ethnic Traditions of Ancient Albanian Tribes in Azerbaijan (2014) ОБ ЭТНИЧЕСКОЙ ИСТОРИИ «ШАХДАГСКИХ НАРОДОВ (2016) THE ETHNOGRAPHY AND ETHNIC HISTORY OF KRYZ (2016) Azərbaycanda Qədim Alban tayfalarının izləri (2018) Доисламские религии в Азербайджане (2018) Удины–неотъемлемая часть паствы Албанской (Кавказской) Апостольской Автокефальной Церквиhttps://elib.bsu.by/bitstream/123456789/241827/1/75-82.pdf (2019) The beliefs of ancient albanian tribes in Azerbayijan (2021) The history of albania and old turkish traditions (2021) XIX əsrdə Udilərin Etnokonfessional vəziyyəti (2022) The last resting place of St. Elisha in Caucasian Albania: Zarguni Valley (Myths and Reality) (2023) Exploring tamgas, signs and patterns on a group of Albanian cross stones (based on materials found in Gazakh, Gadabay, Dashkasan and Shamkir districts) (2024) Arсhaeologial researсh in and around the Avey Albanian temple in 2023
Qalereya
Layihələri Məhəbbət Paşayeva elmi və ictimai fəaliyyətində bir sıra yerli və beynəlxalq elmi layihələrin iştirakçıdır. O, "Qafqaz Albaniyası irsi"nin elmi araşdırılması, alban abidələrinin qorunması və təbliği mövzusunda bir çox layihələrə rəhbərlik etmişdir. 2013–2014-cü illərdə Jalmaniyanın Frankfurt-Mayn Johann Wolfgang Goethe Universitetində tanınmış albanşünas alim Yost Gippertin rəhbərliyi ilə icra edilən "Khinalug Documentation Project" layihəsində ekpert kimi fəaliyyət göstərmişdir. Layihə çərçivəsində Şahdağ xalqlarının etnik tarixi, adət-ənənələrinin öyrənilməsi üçün beynəlxalq elmi ekspedisiyaya rəhbərlik etmişdir. Layihə çərçivəsində onun müəllifliyi ilə ingilis dilində "The History and Ethnography of Shahdagh Peoples" adlı fundamental monoqrafiyası nəşr edilmişdir.
2015–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Azərbaycanın multikultural mühitində tolerantlıq modeli: udilər" mövzusunda qrant layihəsinin qalibi olub.
2022-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Qafqaz Albaniyası irsinin elmi veb-səhifəsinin hazırlanması" layihəsinə rəhbərlik etmişdir.
Mükafatları Məhəbbət Paşayeva 2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı və 2025-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Həmçinin bax Maarifə Hacıyeva AMEA Arxeologiya və Antropologiya İnstitutu İstinadlar
Xarici keçidlər
UNEC Tədqiqat Mərkəzləri
Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan etnoqrafları Kateqoriya:Azərbaycan professorları Kateqoriya:Azərbaycanın qadın alimləri Kateqoriya:Azərbaycanın qadın tarixçiləri Kateqoriya:Azərbaycan Respublikasının qabaqcıl təhsil işçiləri