Kəmərqaya (əvvəlki adı: Şarukkar) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Kəmərqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Şarukkar kəndi Kəmərqaya kəndi adlandırılmışdır. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Kəmərqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Kəmərqaya kəndinin ərazisindən 24,65 ha (bundan dövlət mülkiyyətində olan 3,8 ha, bələdiyyə mülkiyyətində olan 4,25 ha və xüsusi mülkiyyətdə olan 16,6 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir.
Toponimikası Kənd ərazidəki eyniadlı dağın adını daşıyır.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Qoşqarçayın sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993031431602009↗334↗159↗175
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
2020-ci ildə kənddəki 134 fərdi yaşayış evinə təbii qaz verilib.
Mədəniyyəti Kənddə Kəmərqaya kənd kitabxana filialı, Kəmərqaya kənd Mədəniyyət Evi fəaliyyət göstərir.
Təhsil Kənddə Daşkəsən rayon Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəb fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Kəmərqaya kənd tibb məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Kəmərqaya kəndi (youtube.com)
Həmçinin bax
Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Kəmərqaya kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri