Vaqif Füzuli oğlu Cavadov () — azərbaycanlı futbol məşqçisi və keçmiş oyunçusu, "Sumqayıt" klubunun müvəqqəti baş məşqçisi (2024).
Həyatı Vaqif Cavadov 1989-cu ildə Bakıda anadan olub. Onun əmisi məşhur futbolçu İskəndər Cavadov olub və Vaqifin bir futbolçu kimi inkişafında onun böyük rolu vardır.
2004-cü ildən Vaqif Rusiyanın "OMİK Moskva" klubunun gənclərdən ibarət komandasında oynayıb. Daha sonradan o, Azərbaycana qayıdıb və 2007-ci ildən etibarən "Qarabağ" klubu ilə müqavilə bağlayıb. "Qarabağ"ın heyətində Cavdov 77 oyun keçirir və 20 qol vurur. 2010-cu ilin yanvarında "Tvente" komandasına transfer edilir və 3,5+1 formatında müqavilə imzalayır. O, 7 nömrəli forma alır. Lakin burada möhkəmlənə bilmir və əsasən əvəzedici heyətdə oynamağa başlayır.
2010-cu ildə "Bakı" futbol klubuna icarə əsasında keçir. Burada o, 23 oyun keçirir və 4 qol vurur. Mövsümün sonunda Cavadovun "Qəbələ" ilə razılaşacağı deyilsə də o, Rusiya Premyer Liqasının "Volqa" klubuna transfer edilir və burada "70" nömrəsi ilə çıxış etməyə başlayır.
Baş məşqçi 2024-cü ilin oktyabrın 14-də "Sumqayıt" klubunun baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Cavadova həvalə edilib. 2025-ci ilin may ayında klub Vaqif Cavadov arasında olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Cavadovun baş məşqçi kimi rəhbərliyi dövründə komanda ümumilikdə 28 oyun keçirmişdir (25-i Azərbaycan Premyer Liqasında, 3-ü Azərbaycan Kubokunda). Bu oyunlarda "Sumqayıt" 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyət qeydə alıb.
Uğurları Qarabağ Azərbaycan Milli Futbol Kuboku – 2008/09 Tvente Hollandiya çempionu – 2009/2010
Şəxsi uğurları Azərbaycanda ilin futbolçusu – 2009 "Qarabağ" futbol klubu "İlin ən yaxşısı" mükafatı: 2009 Topaz Premyer Liqası noyabr ayının futbolçusu (1): 2013
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:Sumqayıt PFK məşqçiləri Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Tvente FK futbolçuları Kateqoriya:Volqa Nijni Novqorod FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular