Lyudmila Aleksandrovna Şeremet (; ) — ukraynalı anestezioloq və aktivist. O, peşəkar fəaliyyətinə Makeyevka şəhərindəki xəstəxanaların birində tibb bacısı kimi başlayıb, sonra Krasnodon Rayon Xəstəxanasında anestezioloq kimi çalışıb. Şeremet, Xmelnitski Şəhər Xəstəxanasında anestezioloq kimi çalışıb. Peşəkar karyerasını isə Xmelnitski Şəhər Perinatal Mərkəzində mama-ginekolog kimi başa vurub.

O, 2014-cü ilin fevralında Ləyaqət inqilabı zamanı Ukrayna Təhlükəsizlik Xidmətinin binası qarşısında keçirilən etiraz aksiyasında başından güllə yarası aldıqdan üç gün sonra vəfat edib. 2014-cü ilin noyabrında prezident Petro Poroşenko tərəfindən Şeremetə ölümündən sonra "Qızıl Ulduz" ordeni təqdim edilməklə yanaşı, "Ukrayna Qəhrəmanı" adı da verilib. Həyat və fəaliyyəti Lyudmila Şeremet 1942-ci il noyabrın 21-də o vaxtlar Almaniya işğalı altında olan Donetsk vilayətinin Makeyevka şəhərində anadan olub. Atası yarımstansiya nəzarətçisi, anası isə evdar qadın olub. Şeremet ailənin 4 övladından biri olub. Doqquzuncu sinifdə oxuyarkən atasını itirən Şeremet həkim olmaq qərarına gəlir. Yerli tibb institutuna daxil olmaq üçün etdiyi ilk cəhd uğursuzluqla nəticələnsə də, o, Makeyevkadakı xəstəxanaların birində tibb bacısı işləməyə başlayıb. Sonra cərrah olan Şeremet, 1959-1962-ci illərdə Krasnodon Rayon Xəstəxanasında anestezioloq kimi fəaliyyət göstərib.

O, 1969-cu ildə Xmelnitski şəhərinə köçən Şeremet 1977-ci ilə qədər Xmelnitski Şəhər Xəstəxanasında anestezioloq kimi çalışıb. İş şəraitinin ağır olmaması səbəbi ilə xəstəxanadan ayrılan Şeremet ginekologiya-mamalıq kurslarına yazılmışdır. 1977-2009-cu illərdəo, Xmelnitski Şəhər Perinatal Mərkəzində mama-ginekolog kimi çalışıb. Şeremet 2004-cü ildə Kiyevdə baş verən Narıncı inqilab zamanı etiraz aksiyalarında iştirak edib. O, 2009-cu ildə təqaüdə çıxıb. Şəxsi həyatı Lyudmila Şeremet Kiyev İnşaat Mühəndisliyi İnstitutunun keçmiş tələbəsi ilə ailə qurub. Onların bu evlilikdən bir övladı doğulub.

Ölümü Ləyaqət inqilabı zamanı, 19 fevral 2014-cü il gecəsi Şeremet, Xmelnitski şəhərində Ukrayna Təhlükəsizlik Xidmətinin binası yaxınlığında keçirilən etiraz aksiyasında iştirak edib. Atışma başlayarkən o, binaya daxil olmağa cəhd edib, başına dəyən güllə beyin toxumasının zədələnməsinə səbəb olub. Şeremet üç gündən sonra Xmelnitski Şəhər Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. Şəhərin Müstəqillik meydanında onunla vida mərasimi keçirilib. Lyudmila Şeremet Şaroveçka qəbiristanlığında dəfn olunub.

Mükafatları 2014-cü ilin noyabrında Şeremet, prezident Petro Poroşenko tərəfindən "Ləyaqət inqilabı zamanı nümayiş etdirdiyi vətəndaş rəşadəti, vətənpərvərlik, demokratiyanın konstitusiya prinsiplərinin, insan hüquq və azadlıqlarının qəhrəmancasına müdafiəsi, Ukrayna xalqına fədakar xidmətinə görə" ölümündən sonra "Qızıl Ulduz" ordeni təqdim edilməklə "Ukrayna Qəhrəmanı" adına layiq görülüb. 2015-ci ilin fevralında onun Xmelnitski şəhərində yaşadığı evinin önündə xatirə lövhəsinin açılışı olub. 2015-ci ilin fevralında "Səma Yüzlüyü Qəhrəmanları Günü"ndə o, və digər Avromeydan fəalları Poroşenkonun imzaladığı "Ləyaqət inqilabı iştirakçılarının şücaətinin ehtiramla yad edilməsi və Səma Yüzlüyü Qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanla yad ediliblər.

O, 2015-ci ilin iyununda ölümündən sonra "Ukraynaya fədakarlıq və sevgi üçün" medalı ilə təltif edilib, həmin ilin avqustunda isə Xmelnitski Şəhər Şurasının sessiyalarından birində ona ölümündən sonra fəxri vətəndaşlıq adı verilib. 2016-cı ilin martında Xmelnitski şəhərində, Ukrayna Təhlükəsizlik Xidmətinin binasının yaxınlığında onun xatirəsinə həsr olunmuş memorial nişan ucaldılıb.

İstinadlar