Anna Lyubakova (; ) — Belaruslu jurnalist, tədqiqatçı, televiziya aparıcısı, yazıçı və aktivist.https://twitter.com/HannaLiubakova?t=EcWCOuTDj-QCm5fInFy8LQ&s=09 Twitter O, Atlantik Şurasının (Atlantic Council) qeyri-rezident elmi işçisidir. Lyubakova Belarusun ən görkəmli müstəqil jurnalistlərindən biri hesab olunur. O, Aleksandr Lukaşenko diktaturasına qarşı narahatlıqlarını dilə gətirdiyi üçün rəsmi şəxslər tərəfindən Belarusu tərk etməyə məcbur edilən müstəqil belaruslu jurnalistlərdən biridir. Həyatı Anna Lyubakova 2010-cu ildə Yagellon Universitetində sənət tarixi üzrə ali təhsil alıb, 2017-ci ildə isə Brunel Universitetində beynəlxalq jurnalistika üzrə magistr dərəcəsinə yiyələnib. O, karyerasına ilk olaraq Belarusda fəaliyyət göstərən müstəqil "Belsat" telekanalında müxbir və aparıcı kimi başlayıb. "Belsat"dakı fəaliyyəti dövründə "In Focus" adlı xəbər proqramının aparıcısı olub, həmçinin 2016-cı il Varşava sammiti, Kann kinofestivalı və 2013-cü il Şərq Tərəfdaşlığı sammiti kimi beynəlxalq tədbirləri işıqlandırıb.
O, 2014/15-ci illərdə "Radio Free Europe"da Vatslav Havel Jurnalistika Təqaüdünə qəbul edilib və 2019-cu ildə Dünya Mətbuat İnstitutunun (World Press Institute) təqaüdçüsü olub. Anna doğma vətəni Belarusla yanaşı, Polşa, Fransa, Böyük Britaniya və Belçika kimi müxtəlif ölkələrdə jurnalist fəaliyyəti ilə məşğul olub. O, bir çox beynəlxalq media qurumları və nəşrlər üçün yazılar yazıb. Həmçinin, Mərkəzi və Şərqi Avropada (CEE) keçirilən "Transitions Solutions" Jurnalistika Proqramında mentor və təlimçi kimi fəaliyyət göstərir. Lyubakova Belarusdakı son hadisələr barədə "The Economist", "The Washington Post" və "OpenDemocracy" üçün məqalələr yazıb.
Əvvəllər dərin təhlil hesabatları hazırlayan beynəlxalq multimedia jurnalistika platforması olan "Outriders" ilə əməkdaşlıq edib. 16 sentyabr 2020-ci ildə o, həftəlik "The Europeans" podkastında qonaq qismində çıxış edərək "Belarusun qadınları" başlığı altında 2020–2021-ci il Belarus etirazlarına dair fikir və mülahizələrini paylaşıb.
Mükafatları Anna Lyubakova ən yaxşı magistratura dissertasiyasına görə Piter Kous (Peter Caws) mükafatına layiq görülüb. O, 2021-ci il Avropa Mətbuat Mükafatı (European Press Prize) üçün namizədlər siyahısına düşüb.
Lyubakova yeni nəsil jurnalistika hesabatlarındakı mükəmməlliyinə görə Vaşinqtonda yerləşən Transatlantik Liderlik Şəbəkəsinin (Transatlantic Leadership Network) "Media Azadlığı" mükafatının laureatıdır. İstinadlar