Hərbi birləşmə — hər hansı bir dövlətin qanunvericiliyinə müvafiq olaraq yaradılmış, hərbi birliklər, hərbi birləşmələr, hərbi hissələr, hərbi bölmələr və onların idarəetmə orqanlarının məcmusudur.
Hərbi birləşmələr hərbi qulluqçula komplektləşdirilir, daimi və ya müvəqqəti təşkilati struktura malik olur. Onlar təyinatına görə dövlətin aşağıdakı qoşun növlərinə aid edilə bilər: Quru (yerüstü) qoşunları; Dəniz qüvvələri; Hava qüvvələri; Xüsusi Təyinatlı Qüvvələr və ya Xüsusi qoşunlar (qüvvələr).
Bu birləşmələr silah və döyüş texnikası ilə təchiz olunur. Onların əsas vəzifəsi silahlı təcavüz, hərbi münaqişə və ya hücum təhlükəsi zamanı bilavasitə hərbi əməliyyatları aparmaq yolu ilə ölkənin müdafiəsini, suverenliyini, dövlət müstəqilliyini, milli maraqlarını, ərazi bütövlüyünü və toxunulmazlığını müdafiə etməkdir.
Qanunsuz silahlı birləşmələr
XX əsrin ikinci yarısından etibarən hərbi işdə Qanunsuz silahlı birləşmə və ya qanunsuz yaradılmış silahlı birləşmə termini ortaya çıxmışdır.
Bu terminlə hökumət qoşunlarına qarşı döyüş əməliyyatları aparan qeyri-nizamı (irrequlyar), partizan, üsyançı və digər bu kimi hərbi birləşmələr adlandırılır. Beynəlxalq hüquqda bu növ birləşmələr çox vaxt dövlətin rəsmi icazəsi olmadan yaradıldığı üçün qeyri-qanuni hesab olunur və onların fəaliyyəti daxili sabitliyə təhdid kimi qiymətləndirilir.
İstinadlar
Kateqoriya:Hərbi iş Kateqoriya:Milli təhlükəsizlik Kateqoriya:Hərbi terminlər Kateqoriya:Hərbi birləşmələr