1982 Livan müharibəsi, həmçinin İsrailin ikinci Livan işğalı kimi də tanınır — Livan vətəndaş müharibəsi çərçivəsində İsrail dövlətinin Livanın ərazisində keçirdiyi və Fələstin Azadlıq Təşkilatının (FAT) bazalarını məhv etmək məqsədi daşıyan hərbi əməliyyat. İşğal, Livanın cənubunda fəaliyyət göstərən FAT ilə İsrail Müdafiə Qüvvələri (SAXAL) arasında sərhədin hər iki tərəfində mülki şəxslərin itkisinə səbəb olan bir sıra hücumlar və əks-hücumlardan sonra baş verdi. İsrailin "Qalileyaya sülh" kod adı altında həyata keçirilən hərbi əməliyyatı, Əbu Nidal təşkilatının silahlı şəxslərinin İsrailin Birləşmiş Krallıqdakı səfiri Şlomo Arqova qarşı sui-qəsdə cəhd etməsindən sonra başladılmışdı. İsrailin baş naziri Menaxem Begin hadisəni "cazus belli" kimi istifadə edərəkKahalani, A Warriors Way, Shapolsky Publishers (1994) pp. 299–301Harvey W. Kushner, Encyclopedia of Terrorism Sage Publications (2003), p.13 məsuliyyəti FAT-ın üzərinə qoydu.[Ze'ev Schiff, Ehud Ya'ari, Israel's Lebanon War, Simon and Schuster 1985 pp.98f:'Arqov Polşa istehsalı olan WZ 63 adlı qeyri-adi silahla vurulmuşdur, . . İsrail kəşfiyyatı bu son model silahın Əbu Nidal təşkilatına verildiyini, lakin hələlik digər terrorçu qruplara verilmədiyini bilirdi. . . Kəşfiyyatçıların Nazirlər Kabinetinə çatdırmaq istədiyi əsas məqam Əbu Nidal təşkilatının Fələstin terror qrupları arasında istisna olması idi. Bir vaxtlar Yasir Ərəfatın ən yaxın dostlarından biri olan Əbu Nidal sonrakı illər ərzində sədrin ən qəddar düşməninə çevrilmişdi. . . Əbu Nidal Ərafatı həqarətlə "yəhudi qadının oğlu" adlandırmış və dəfələrlə onun həyatına sui-qəsd cəhdlərini təşkil etmişdi. Ərafat isə bunun müqabilində Əbu Nidala ölüm hökmü çıxarmışdı.Kai Bird, The Good Spy: The Life and Death of Robert Ames, Random House 2014 p.288:'Baş nazir Menahem Beqinə sui-qəsdçilərin Əbu Nidalın adamlarından (yəni Ərəfat və FAT-ın ikrahlı düşmənlərindən) ibarət olduğu bildirəndə, o, istehza ilə söylədi ki, "Onların hamısı FAT, Əbu Nidal və Əbu Şmidaldır, biz FAT-a zərbə vurmalıyıq."" Bu, 1978-ci ildəki Cənubi Livan münaqişəsindən sonra İsrailin Livana ikinci hücumu idi.
İsraillilər fələstinlilərinin Livandan hücumlarına son qoymağa, ölkədəki FAT-ı məhv etməyə və İsrail tərəfdarı olan Maruni xristian hökumətini qurmağa çalışırdılar. İsrail qüvvələri Livanın cənubundakı FAT-ın mövqelərinə hücum edərək onları ələ keçirdi və ölkənin şimal-şərqinin böyük hissəsini işğal edən Suriya ordusu ilə qısa müddətlik toqquşmalar yaşadı. İsrail ordusu Cənubi Livan ordusu ilə birlikdə Livanın cənub hissəsinə nəzarəti ələ keçirdi və paytaxt Beyrutu mühasirəyə aldı. Lakin Livan Qüvvələri, İsrail ilə gizli müttəfiqliklərinə baxmayaraq, FAT-a qarşı müharibədə iştirak etməkdən imtina etdi, çünki onların lideri Bəşir Cəmayel hər hansı birbaşa iştirakı işğalçı orduya kömək kimi qiymətləndirirdi. Qərbi Beyrutun mühasirəsindən çıxa bilməyən və İsrailin ağır bombardmanına məruz qalan FAT və müttəfiqləri ABŞ-ın xüsusi elçisi Filip Həbibin köməyi ilə atəşkəs barədə danışıqlar apardılar. Yasir Ərəfatın rəhbərlik etdiyi FAT çoxmillətli sülhməramlı qüvvələrin nəzarəti altında Livandan təxliyə edildi. FAT-ı qovub Suriyanın Livan üzərindəki təsirini aradan qaldırmaqla və prezident Bəşir Cəmayelin rəhbərlik etdiyi israilpərəst xristian hökumətini ərsəyə gətirməklə, İsrail hökuməti israillilərə "qırx illik sülh" verəcək bir müqavilə imzalamağa ümid edirdi.Friedman, p. 157
1982-ci ilin sentyabrında Cəmayelin öldürülməsindən sonra İsrailin Beyrutdakı mövqeyi tutarsız hala gəldi və sülh müqaviləsinin imzalanma ehtimalı getdikcə daha da çətinləşdi. İsrail Müdafiə Qüvvələrinin Sabra və Şatilada fələstinlilər və Livan şiələrinin qırğınındakı (İsrailin dəstəklədiyi falanjistlər tərəfindən törədilmişdir) rolu ictimai qəzəbə səbəb olmuşdur. İsrail Müdafiə Qüvvələri Beyrutdan geri çəkildi və 29 sentyabr 1982-ci ildə əməliyyatını başa vurdu. 1983-cü ildə imzalanan 17 May razılaşması İsrail ilə Livan arasındakı müharibə vəziyyətinə son qoyaraq İsrailin ölkədən çıxmasına zəmin yaratdı. Partizan hücumları nəticəsində artan itkilər fonunda, İsrail Müdafiə Qüvvələri 3 sentyabr 1983-cü ildə Avali çayının cənubundan geri çəkildi.
1985-ci ilin fevral ayından aprel ayına qədər İsrail ordusu sərhəd boyunca yerləşən "Cənubi Livan təhlükəsizlik zonasına" mərhələli şəkildə geri çəkildi. İsrail işğalı İran tərəfindən dəstəklənən şiə İslamçı qrupu olan Hizbullahın ortaya çıxmasına səbəb oldu. Bu hərbi qruplşama İsrail Müdafiə Qüvvələrinin 2000-ci ildə Livandan tamamilə çıxmasına qədər İsrail işğalına qarşı partizan müharibəsi aparırdı.Morris, Benny: Righteous Victims: A History of the Zionist-Arab Conflict, 1881–1998 İsraildə 1982-ci il işğalı Birinci Livan müharibəsi kimi də tanınır.
İstinadlar
Haşiyə
Kateqoriya:1982-ci ildə İsrail Kateqoriya:1982-ci ildəki münaqişələr Kateqoriya:1982-ci ildə Livan Kateqoriya:Menaxem Begin Kateqoriya:İsrailin müharibələri Kateqoriya:Livanın müharibələri Kateqoriya:İsrail–Livan münaqişəsi