Müqəddəs John(Con) Kilsəsi Jaani kiriklink=https://tr.wikipedia.org/wiki/Dosya:Tartu_asv2022-04_img15_StJohn_Church.jpg|border|360x360px[ {"properties":{"title":"Aziz John Kilisesi (Tartu)","fill-opacity":0.5,"stroke":"#FF0000","stroke-width":3,"fill":"#606060"},"type":"ExternalData","service":"geoshape","ids":"Q1698949"}, {"properties":{"stroke-width":5,"stroke":"#FF0000","title":"Aziz John Kilisesi (Tartu)"},"type":"ExternalData","service":"geoline","ids":"Q1698949"}, {"type":"Feature","geometry":{"coordinates":[26.720277777778,58.382777777778],"type":"Point"},"properties":{"title":"Aziz John Kilisesi (Tartu)","marker-color":"#5E74F3"}} ]Ümumi məlumatlarNövKilsəMemarlıq tərziQotikYerTartu, EstonyaKoordinatlar58°22′58″K 26°43′13″D / 58.38278°K 26.72028°DBaşlama12-ci əsrMülkiyətEstoniya Höküməti
Müqəddəs John(Con) Kilsəsi ( Estonca : Jaani kirik, Almanca: St. Johanniskirche zu Dorpat ) — Estoniyanın Tartu şəhərinin görməli yerlərindən biri olan kərpicdən tikilmiş Qotik Lüteran kilsəsi. O , Vəftizçi Yəhyaya(Vəftizçi İohann) həsr olunub.
Tarixcə left|thumb|1860-cı ildə Luis Höflinger tərəfindən təsvir edilən Müqəddəs John(Con) Kilsəsi. İlkin dövrlərdə Müqəddəs İohann kilsəsi katolik məbədi kimi fəaliyyət göstərmişdir. Mövcud tikilinin ən qədim hissələri XIV əsrə aiddir. Lakin bundan əvvəl, ən azı XIII əsrin birinci yarısından başlayaraq eyni ərazidə kilsə mövcud olmuşdur. Arxeoloji araşdırmalar isə göstərir ki, bu ərazidə hələ XII əsrdə taxtadan inşa edilmiş kilsə yerləşirdi ki, bu da xristianlığın milli səviyyədə qəbulundan daha erkən dövrə təsadüf edir və xüsusi əhəmiyyət daşıyır.
Qırmızı kərpicdən tikilmiş bina həm Böyük Şimal müharibəsi, həm də İkinci Dünya müharibəsi sonrasında əsaslı şəkildə bərpa olunmuş və ciddi dəyişikliklərə məruz qalmışdır. 1746 və 1769-cu illərdə isə kilsəyə barokko üslublu əlavələr edilmişdir.
Hazırda kilsə Estoniya Yevangelist Lüteran Kilsəsinin tərkibində fəaliyyət göstərir.
Tartu Böyük Yanğını mübarizəsi 1775-ci ildə kilsənin yaxınlığında başladı. Kilsə və yaxınlıqdakı Uppsala Evi təxminən iki yüz evi məhv edən dağıntıdan sağ çıxdı.
19-cu əsrin sonlarında kilsə ibtidai təhsil üçün istifadə olunurdu. Aktrisa Amali Konsa yeganə təhsilini burada almışdı.
Görünüşü Müqəddəs İohann Kilsəsinin ən diqqət çəkən xüsusiyyəti onun xarici hissəsini əhatə edən çoxlu sayda terrakota fiqurlarıdır. Əvvəlcə hər biri unikal olan mindən çox əl işi fiqur var idi. Hazırda isə təxminən 200-ü var. Fərdi fiqurların bir çoxunun Tartu vətəndaşlarının modelindən düzəldilmiş ola biləcəyi ehtimal edilir. Digər tərəfdən, bəzilərinin taclarına görə başqa şəxsləri təsvir edə biləcəyi də düşünülür.
1999-cu ildən bəri Müqəddəs İohann Kilsəsində şəhərin iki himayədar müqəddəsi olan Petrus və Paulusun ( Müqəddəs Peter və Müqəddəs Pavel ) adını daşıyan iki yeni zəng var.
Xarici keçidlər
Church website 19 Eylül 2013 tarihinde Wayback Machine sitesinde arşivlendi. (İngilizce).
Mənbə
Kateqoriya:Qotik memarlıq Kateqoriya:Qotik kilsələr Kateqoriya:Kilsələr Kateqoriya:Estoniya memarlığı Kateqoriya:Estoniyada turizm Kateqoriya:Infobox mapframe without OSM relation ID on Wikidata