Əbu Abdullah Məhəmməd ibn Əli ibn Abdullah ibn əl-Abbas ibn Əbdülmüttalib (; ) — Abbasilər sülaləsinin banisi olan dini-siyasi lider.
Bioqrafiyası Məhəmmədin ibn Əlinin atası Abdullah ibn Abbasın ən kiçik oğlu idi. O isə atası Əli ibn Abdullahın ən böyük oğlu olmuşdur.
O, Hümeymədə anadan olmuş və Əməvilərə qarşı olan öz gizli təbliğatına Kufədə, Harisi qəbiləsində start vermiş, daha sonra bu təbliğatını Xorasanda davam etdirmişdir. Vəfatından əvvəl isə öz yerinə oğlu İbrahim əl-İmamı lider təyin etmişdir (125/743). O, həmçinin xəlifə Səffah ilə Əbu Cəfər əl-Mənsurun atası idi.
Məhəmməd ibn Əli babası Abdullah ibn Abbas və Səid ibn Cübeyrdən hədis rəvayət etmişdir. İbn Həcər onu "siqa" hesab etmişdir.
Onun vəfat tarixi haqqında mənbələrdə müxtəlif məlumatlar mövcuddur. Belə ki, Xəlifə ibn Xəyyata görə hicri 124-cü (742), İbn Sədə görə hicri 125-ci (743), İbrahim ibn Məhəmməd ən-Nəhviyə görə isə hicri 126-cı (744) ildə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:İslam tərcümeyi-halı Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:VIII əsr ərəbləri