Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yerli əhalinin məlumatına görə, sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır.

Tarixi Aşağı Cürəli Biləsuvarın ilk salınan kəndlərindəndir. Əsasən 1940–50-ci illərdə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəd ərazidən köçürülən insanlardan təşkil olunmuşdur.

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Muğan düzündə yerləşir. Əsgərabad, Dərvişli, Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992609127813312009↗2751↗1374↗1377

İqtisadiyyatı Kənddə 799 təsərrüfat var.

Mədəniyyəti Kənddə Aşağı Cürəli kənd kitabxana filialı, Aşağı Cürəli kənd klubu və Aşağı Cürəli Poçt Şöbəsi (AZ1313) fəaliyyət göstərir.

Təhsil Kənddə Aşağı Cürəli kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə 1986-cı ildə inşa edilmiş Aşağı Cürəli kənd məscidi yerləşir.

Səhiyyə Kənddə Aşağı Cürəli kənd həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Aşağı Cürəli kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri