İsmayıl Fərid Edgü – (24 fevral 1936, İstanbul - 22 iyul 2024) — türk yazıçı, şair, roman yazarı, esseist və naşir.
O, qısa hekayələri və esseləri ilə tanınıb. Hakkaridə əsgər-müəllim kimi hərbi xidmətinin nəticəsi olaraq yazdığı və filmə uyğunlaşdırılaraq beynəlxalq mükafatlar qazandığı "Hakkaridə bir Mövsüm" romanı ilə geniş şöhrət qazanıb. O, 1950-ci illər nəslinin yazıçılarının əsərlərini və bədii kitabları nəşr edən "Ada Nəşriyyat Evi"nin təsisçisi olub.
Həyat 1936-cı ildə İstanbulda anadan olub. Anası Fatma Nevbər, atası Mehmet Nuri Edgü olub. O, atasının vəfatından sonra 1952-ci ildə şeir yazmağa başlayıb. İlk şeiri 1952-ci ildə "Qaynaq" jurnalında dərc olunub. Bunun ardınca şeirləri "Şairlər Yarpağı" və "Mavi" jurnallarında dərc olunub.
Ali təhsilinə İstanbul Dövlət İncəsənət Akademiyasının rəngkarlıq şöbəsində başlayıb. Akademiyada sonuncu kursda oxuyarkən, Keramika Kimyası üzrə təhsil almaq üçün Almaniyaya gedib. İlin sonuna qədər Münxendə qaldıqdan sonra universitet təhsilini orada davam etdirmək üçün Parisə getdi. O, təxminən altı il keramika öyrənib, həmçinin Sorbonnada fəlsəfə və Luvrda incəsənət tarixi kurslarında iştirak edib. O, Hollandiyada tanış olduğu Amelie Edgü ilə evlənib. 1997-ci ildə boşanıblar. Daha sonra 1999-cu ildə Filiz Bil Edgü ilə ailə həyatı qurub.
Edgü 1964-cü ildə Türkiyəyə qayıdıb. Hərbi xidmət əsnasında bir müddət Hakkarinin Pirkanis kəndində özəl müəllim kimi çalışıb. Hərbi xidmətini Beypazarıda tamamlayıb. Hərbi xidmətdən sonra bir il Parisdə yaşayıb və 1968-ci ildə Türkiyəyə köçüb. Daha sonra Bodrum və İstanbulda yaşayıb.
O, 22 iyul 2024-cü ildə 88 yaşında vəfat edib. 24 iyul 2024-cü ildə Teşvikiye Məscidində qılınan cənazə namazından sonra Aşiyan qəbiristanlığında dəfn edilib.
Yaradıcılığı O, Vedat Günyol ilə 1953-cü ildə tanış olub. İlk qısa hekayəsi 1954-cü ilin yanvar ayında Günyol tərəfindən nəşr olunan "Yeni Üfüqlər" jurnalında dərc olunub. O, “Yeni Üfüqlər”, “Mavi”, “Vətən” qəzetinin “İncəsənət əlavəsi”, “Bazar Postası”, “Dost” jurnallarında yazdığı hekayələr, “Ataç”, “Eyləm”, “Yeni Dərgi”, “Ant”, “Papirus”, “Söyüt”, “Hürriyyət göstəri”, “Milliyyət Sənət” jurnallarında yazdığı esse və resenziyaları ilə tanınıb. Hakkaridə müəllimlik etdiyi dövrlərdə yaşadığı təcrübə və xatirələr əsasında "Hakkaridə Bir Mövsüm" (1977) romanını yazıb.
1976'da "Data Reklam Şirkətini" və "Ada nəşrləri" ni qurub. 1990-cı ilə qədər 140 kitab nəşr olunub. Ədəbi kitablarla yanaşı, o, rəsm və rəssamlar haqqında əsərlər, eləcə də incəsənət tarixinə dair kitablar da nəşr etdirib. O, yüksək keyfiyyətli dizayn edilmiş, məhdud sayda çap olunan, nömrələnmiş kitablar nəşr etdirib. 1977-ci ildə o, "Ada Nəşriyyat Evi" nə məxsus olan Namanlıdakı "Bedri Rahmi İncəsənət qalereyası" nı idarə edib.
O, ədəbiyyatın bir çox sahəsində əsərlər yazıb və bu əsərlər bir çox dünya dillərinə tərcümə edilib.
Əsərləri
Roman
1976: "Heç kim" 1977: "Hakkaridə Bir Mövsüm" 1988: "Sentyabrın kölgəsindəki yay"
Hekayə
1959: "Qaçqınlar" 1962: "Məğlubiyyət" 1968: "Ov" 1978: "Gəmidə" 1982: "Qışqırıq" 1991: "Min bir heca" 1995: "Şərq hekayələri" 1999: "Budur dəniz, Mariya" 2002: "Do səsi" 2005: "Boş Kasnak" 2007: "Nijinski Hekayələri" "Yaralı Zaman" "Cəsəd" "Yolun Getdiyi Yer"
Şeir
1978: "Ah Min-el Aşk"
1999: "Dağ Şeirləri"
Ssenari
"Hakkaridə bir Mövsüm" (“O” adlı romanından, Onat Kutlar ilə birlikdə)
Xatirə
2003: "Vizual Səyahətlər"
Bioqrafiya
1986: "Osman Hamdi - Naməlum tablolar"
2001: "Avni Arbaş"
2003: "Abidin"
Uşaq kitabı
2004: "Təbiətin Dostları"
Mükafatları
1979: "Sait Faik Hekayə Mükafatı" (Bir gəmidə) 1979: "Türk Dili Dərnəyi Esse Mükafatı" (Bütün Mühazirə Qeydləri) 1988: "Sedat Simavi Ədəbiyyat Mükafatı" (Sentyabrın Kölgəsində Bir Yay)
Həmçinin bax
Nilufər kuyaş Edip Cansevər
Xarici keçidlər
Ferit Edgü’s Prescient Fiction of a Turkey in Crisis Ferit Edgü Hayatı ve Edebi Kişiliği Ferit Edgü
İstinadlar