Stefaniya Volitskaya (; ) — polyak tarixçisi. O, Sürix Universitetində doktorluq dərəcəsi alan ilk qadındır, 1875-ci ildə Sürix Universitetində fəlsəfə doktoru dərəcəsinə layiq görülüb. Həyatı Varşavada (1867-ci ildən Rusiya imperiyasının tərkibində idi) doğulan Volitskaya, Rusiya hökumətinin o dövrdə qadınların ali təhsil almasına mane olmaq cəhdlərinə baxmayaraq, tarix üzrə alimlik dərəcəsi almaq yolunda irəliləyib. O, 1873-cü ildə xaricdə təhsil alan rusiyalı qadınlara təhsillərini yarımçıq qoymağı əmr edən fərmana qarşı çıxıb. Volitskaya, sözügedən fərmandan azad edilməsi ilə bağlı müraciəti rədd edildikdən sonra, təhsilini davam etdirməyə qərar verib. Birbaşa Təhsil naziri Dmitri Tolstoya müraciət etsə də, bu cəhdi də uğursuzluqla nəticələndi. Volitskaya, Rusiya hökuməti, "Fritç Dərnəyi" (Sürixdəki ev sahibələri Frau Friçin şərəfinə adlandırılmışdı) adlanan radikal sosialist fəallar tərəfindən gələn siyasi təhlükəni bəhanə edərək, Sürixdə təhsil alan bir neçə qadın tələbənin xaric edilməsinə nail oldu. Onların bəziləri 1877-ci ildə Rusiyada keçirilən "Əllilərin məhkəməsi"ndə mühakimə olundu, onlardan bir neçəsi məhkum edildi. Volitskayanın bu dərnəyin üzvü olmasına dair heç bir sübut yoxdur və son araşdırmalar göstərir ki, Sürixdəki bəzi tələbələrin adı hökumət tərəfindən sırf 1872–73-cü illərdə İsveçrədə universitetdə oxuduqları üçün "inqilabçı" siyahısına salınıb. Lakin Volitskayanın adı Tolstoyun yanına göndərilən və Rusiya imperiyasında dərs demələri qadağan edilən 45 rusiyalı tələbə qızın siyahısında olub, bu isə onları 1 yanvar 1874-cü ilədək İsveçrəni tərk etməyə məcbur qoyub.
Sürix Universitetindən əldə edilən qeydlərə əsasən, Volitskaya Poznan şəhərindən idi, lakin Varşavada doğulub. O, Sürix Universitetində təhsil alarkən valideynləri Sürixdə yaşayıblar. İsveçrəni tərk etməyə məcbur edilməsinə baxmayaraq, 1875-ci ildə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Onun doktorluq dissertasiyası "Griechische Frauengestalten, 1.Teil" (Yunan qadın obrazları, 1-ci hissə) adlanır. O, "ilk polyak qadın akademiklərdən biri" kimi tanınır. Huleviç qeyd edirdi ki, Volitskaya "əsasən qəhrəman fərdlərdən" ibarət olan ilk polyak qadın tələbələr nəslinə aiddir.
Volitskaya ailə həyatı qurduqdan sonra Stefaniya Volitskaya-Arnd adı ilə tanınmağa başlayıb. Onun doktorluq dissertasiyası 1875-ci ildə Sürixdə "Zürcher und Furrer" nəşriyyatı tərəfindən çap olunub. O, Polşada qadın hüquqları üzrə tanınmış yazıçı idi. 1895-ci ildə Polşanın "Athenæum" hüquq jurnalında onun "Qadın hüquqları uğrunda iyirmi beş illik parlament mübarizəsi" adlı məqaləsi dərc edilib.
Volitskaya müasir dövrdə Avropada fəlsəfə doktoru dərəcəsi alan ilk qadın olub. Avropada fəlsəfə doktoru dərəcəsi aldığı məlum olan ilk qadının isə 1678-ci ildə Padua Universitetindən bu dərəcəyə layiq görülən Yelena Lukresiya Kornaro Piskopiya hesab edilir. İsveçrə universitetləri müasir dövrdə qadın tələbələri qəbul edən ilk Avropa universitetləri olub. XIX əsrin sonlarında Polşa, Avstriya, Belçika və Avropanın digər yerlərindən olan qadın alimlər universitetə daxil olmaq üçün İsveçrəyə köçüblər. Belə ki, Belçikanın ilk qadın universitet məzunu, həkim İzala Van Diest buna nümunədir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Rusiya imperiyasının tarixçiləri