Nurəddin — Azərbaycan Respublikasının Laçın rayonunun Fərraş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Nurəddin kəndi Fərraş kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Toponimikası Yaşayış məntəqəsini Piçənis kəndindən köçüb gəlmiş ailələr keçmiş binə yerində salmışlar. Bəzi tədqiqatçılar kəndin adını Nurəddin şəxs adı ilə bağlayırlar. Güman ki, binə həmin şəxsə məxsus olmuşdur. Oykonim (1933) Nuraddin variantında da qeydə alınmışdır. Norədin variantında oykonim "uçqun, yarğan yaxınlığında məskən" mənasını ifadə edir.
Tarixi
Əhalisi 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur. Əhali Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıb.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Laçın rayonunun kəndləri