Qayıdan əsgər effekti – müharibədən sonrakı dövrlərdə doğulan uşaqların cinsi nisbətində oğlanların çox olması fenomeni. Effekt insanların cinsi nisbətinə təsir edən bir çox faktordan biridir. Xüsusilə, Dünya müharibələrindən sonra kəskin şəkildə müşahidə olunmuşdur.
Müharibə olmadan cinsi nisbət Hesablanmış normal nisbət 1,03–1,06 (oğlanların qıza) arasında dəyişir. Belə ki, uşaq ölümlərində oğlanların nisbəti daha çoxdur, həmçinin yetkin kişilər qadınlara nisbətədən qəza nəticəsində ölməyə daha çox meyillidirlər.
Ultrasəsdən öncə Fenomen ilk dəfə 1883-cü ildə Yena Universitetindən Karl Düsinq tərəfindən müşahidə olunmuşdur. O, bunu cinsi nisbətin təbii tənzimlənməsi hesab etmişdir. Avstraliyalı həkim Artur Deyvenport 1899-cu ildə Düsinqin araşdırmasını görmüş və fenomenin səbəbi kimi geri qayıdan qoşunların nisbətən pis sağlamlıq vəziyyəti ilə onların partnyorlarının yaxşı sağlamlıq vəziyyəti arasındakı fərqi göstərmişdir.
1954-cü ildə Brayan Makmahon və Tomas Pyu tərəfindən yayımlanmış araşdırma göstərmişdir ki, 1945–1947-ci illərdə (İkinci Dünya müharibəsindən sonra) ABŞ-də doğulmuş ağ oğlan uşaqlarının cinsi nisbətində oğlanlar üstünlük təşkil etmişdir. Xüsusilə, 1946-cı ildə pik hədd qeydə alınmışdır.
2007-ci ildə Kanazava Satoşi yayımladığı məqaləsində bildirmişdir ki, daha hündür əsgərlərin müharibədə sağ qalması ehtimalı daha çoxdur və daha hündür valideynlərin oğlan uşağı olması ehtimalı yüksəkdir. O, bu araşdırmasını Britaniya ordusunun Birinci Dünya müharibəsinə aid qeydlərinə əsaslanmışdır. Belə ki, sağ qalmış əsgərlərin ortalama boyu ölmüş əsgərlərin ortalama boyundan 3,33 santimetr daha çox idi. Digər genetik izahlar da verilmişdir.
Valeri Qrant səbəb kimi müharibə zamanı qadınların dəyişən hormonlarını göstərmişdir. Belə ki, onlar "daha dominant rollar" qəbul etməyə meyil edirlər.
Ultrasəsdən sonra Doğumdan öncə uşağın cinsiyyətini müəyyənləşdirmək üçün ultasəs metodunun yayılmasından sonra selektiv abortlar qeydə alınmağa başlamışdır. Bu isə qayıdan əsgər effektinə təsir göstərmişdir.
Vilyam Ceyms İran–İraq müharibəsindən sonra İranda oğlan doğumlarının azaldığını qeyd etmiş, "psixoloji stress səbəbindən hamilə qadınların oğlan doğulacaq uşaqlarını abort etdiyini" bildirmişdir.
İstinadlar
Kateqoriya:Müharibədən sonra Kateqoriya:Cinsi nisbət