Abdulla ibn Budeyl əl-Xuzai (; v. 657, Siffeyn) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi, sərkərdə və Əli ibn Əbu Talibin yaxın tərəfdarlarından biri. O, Siffeyn döyüşündə həlak olduqdan sonra Əli onun adını çəkərək kədərlənmiş və ağlamışdır.
Öldürülməsi
Abdulla ibn Budeyl Siffeyn döyüşündə öldürülmüşdür. Tarixi mənbələrdə onun döyüş meydanına iki qat zireh geyinərək və qılıncına sarılaraq çıxdığı qeyd edilir. O, qarşısına çıxan düşmənləri yararaq I Müaviyənin qərargahına qədər irəliləməyi bacarmış, hətta Müaviyəni və ətrafındakıları mövqelərini tərk etməyə məcbur etmişdir. Onun bu rəşadətini görən Şam ordusunun əsgərləri təkbaşına qarşısını kəsə bilmədikləri üçün Abdullanı daşqalaq etmiş və o, aldığı ağır zərbələr nəticəsində həlak olmuşdur.
İstinadlar
Kateqoriya:657-ci ildə vəfat edənlər Kateqoriya:İslam tarixi Kateqoriya:Ərəb generallar Kateqoriya:Səhabələr Kateqoriya:Tarixi şəxsiyyətlər