Məryəm Rəcəvi (, qızlıq soyadı: Qacar-Azadanlu, dekabr 1953-cü il) hazırda İran rejiminin dəyişməsi mövqeyini müdafiə edən İran Milli Müqavimət Şurasının (İMMŞ) prezidenti vəzifəsində çalışan Güney Azərbaycan əsilli siyasətçi.

Erkən həyati Məryəm Rəcəvi 4 dekabr 1953-cü ildə Tehranda Qacar sülaləsindən olan orta səviyyəli dövlət qulluqçusu ailəsində Məryəm Qacar-Azadanlu adı ilə anadan olub. O, İran Şərif Texnologiya Universitetində metallurgiya üzrə bakalavr dərəcəsi alıb.

Siyasi karyerası right|thumb|400x400px|Məryəm Rəcəvi 2018-ci ildə Azad İran toplantısında Məryəm Rəcəvi siyasi fəaliyyətinə iyirmi iki yaşında, bacısı Nərgizin SAVAK tərəfindən öldürülməsindən sonra başlayıb. Digər bacısı Məsumə də 1982-ci ildə Ruhullah Xomeyninin dövründə hamilə ikən edam edilib. Məryəm xanım siyasi karyerasına İran Xalq Mücahidləri Təşkiltının (İXMT) üzvü olaraq başlayıb. İXMT üzvlərinin əksəriyyətinin yerləşdiyi yer Albaniyadır.

Məryəm Rəcəvi 1970-ci illərdə Şah Məhəmməd Rza Pəhləvi əleyhinə tələbə hərəkatının təşkilatçılarından olub. Məryəm xanım 1979-1981-ci illərdə İXMT-in sosial bölməsinin rəsmisi olub və bu zaman o həmin təşkilatın başqa bir fəal üzvü Güney Azərbaycandan olan Mehdi Əbrəşəmçi ilə ailə həyatı qurub.

O, 1980-ci ildə İslam Şurası Məclisi deputatlığına namizəd olub. 1982-ci ildə isə o, Mücahidlərin siyasi qərargahının yerləşdiyi İl-de-Frans əyalətinin Over-sür-Uaz şəhərinə köçüb.

1985-ci ildə Məryəm Rəcəvi İXMT-in həmsədri seçilib və Parisdə İran fundamentalizminə qarşı mücadilə edən Məsud Rəcəvi ilə yaxınlaşıb, əri Mehdi Əbrəşəmçidən boşanaraq, fasr məşəlli Məsud Rəcəvi ilə ailə həyatı qurub. Məryəm xanımın ailə qurması 1985-ci il ideoloji inqilabından sonra qadınların məcburi evliliklərə qarşı çıxmasının simvoluna çevrilb. Bu, həmdəmləri tərəfindən "inqilabi zərurət məsələsi" kimi təqdim edilib (təşkiat sənədlərində belə görünür ki, Məsud siyasi itaətkarlıq və sadiqliq tələb edib, Mehdi isə itaət göstərərək, Məyrəmdən boşanıb), həmsədr təyinatı həmfikirlərinin "müsəlman dünyasında qadınların rolu haqqında düşüncəsini" əks etdirib; onun izdivacı "ideoloji inqilaba" xidmət edib.

1989-1993-cü illərdə Məryəm İMMŞ Baş katibi vəzifəsində çalışıb və 22 oktyabr 1993-cü ildə elan edilib ki, İMMŞ İranda hakimiyyəti ələ keçirərsə, Məryəm "İranın müvəqqəti prezidenti" seçilməlidir. Seçildikdən sonra Məryəm İMMŞ-in seçilmiş prezidenti kimi öhdəliklərini icra etmək üçün İXMT həmsədri kimi digər vəzifələrindən istefa verib.

2011-ci ilin oktyabr ayında "İranda qadınlara yaramaz rəftarı izah" etmək istədiyi Britaniyaya səfərə hazırlaşdığı zaman Britaniya Daxili işlər naziri Tereza Mey Məryəmin Britaniyaya girişini qadağan edib. Sonra Tereza Meyin qərarında Ali Məhkəməyə şikayət verilib və Berriew Lord Carlile (hökumətin terrorizmə qarşı mübarizə qanunlarının keçmiş müstəqil icmalçısı) Meyin qərarının "mollaları sakitləşdirmək cəhdi" olduğunu bildirib.

2014-cü ildə Birləşmiş Krallığın Ali Məhkəməsi Berriew Lord Carlile QC və digərlərinin apellyasiya şikayətlərini rədd edib və 1997-ci ildə tətbiq edilən qadağanı qüvvədə saxlayıb. Böyük Britaniya Lordlar Palatasının üzvləri Daxili işlər nazirinin " Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 10-cu maddəsini (ifadə azadlığı) pozduğunu" iddia edərək, "Daxili işlər nazirinin qeyd etdiyi səbəblərin hüquqi cəhətdən əhəmiyyətsiz və Konvensiyada təsbit olunmuş dəyərləri bölüşməyən xarici dövlətin potensial reaksiyasından asılı olduğunu" bildiriblər. Məryəmin heç bir digər Avropa ölkəsinə girişi qadağan edilməyib və Avropa Parlamentindəki deputatlara müntəzəm əlaqə saxlayır.

Məryəm Rəcəvi 30 iyul 2016-cı ildə Parisdə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ilə açıq şəkildə görüşüb.

Seçki tarixi İl Seçki (Dairə) Səslər % Rütbə Nəticə İstinad 1980-ci il Parlament 221,831 10.4 67-ci Məğlub olub 1992-ci ildə Avropa Parlamenti İran hökuməti tərəfindən insan hüquqlarının pozulmasını pisləməklə yanaşı, Məryəm Rəcəvinin "beynəlxalq ictimaiyyətin qadın hüquqlarının lehinə xüsusi hərəkət etdiyini" qeyd edərək, onu dəstəkləyib.

2015-ci ilin noyabr ayında Güney Azərbaycanda qiyam qalxan zaman Məryəm Rəcəvi Güneyli azərbaycanlılara dəstək verib, etnik qrupların bərabərliyi mövzusunda çıxışlar edib. Sonrakı dövrdə də həmin mövzuda silsilə məqalələr yazıb.

2018-ci ildə Vyanada yaşayan İran diplomatı Əsədullah Əsədi Məryəm Rəcəvinin rəhbərlik etdiyi nümayişçilər yürüşünə qarşı terror aktı planlaşdırdığına görə xüsusilə ağır cinayət üzrə mühakimə olunaraq 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Nümayişdə mülki şəxslər və çıxış etmələri planlaşdırılan tanınmış qərblilər (o cümlədən Rudolf Culiani, Stiven Harper və Bill Riçardson) iştirak ediblər.

Məryəm Rəcəvi 2006-cı ildə Avropa Şurasında siyasi və sosial hüquqlarda tam gender bərabərliyini, xüsusilə qadınların siyasi liderlikdə bərabər iştirakına sadiqliyi dəstəkləyən planını təqdim edib. Onun İranın gələcəyi üçün 10 bəndlik planında qadınlara qarşı hər hansı ayrı-seçkiliyin, habelə qəddar və alçaldıcı cəzaların qarşısının alınacağı, qadınların sərbəst geyim seçmə hüququnun müdafiəsi nəzərdə tutulur.

2021-ci ilin aprel ayında Məryəm Rəcəvi "İran xalqının Demokratik Respublika arzusunu dəstəklədiyini" ifadə edən və "Tehran tərəfindən "insan hüquqlarının pozulmasını və dövlət tərəfindən dəstəklənən terrorizmi" pisləyən" HR 118 qətnaməsini imzalayıb.

2021-ci ilin iyul ayında Məryəm Rəcəvi Berlində İbrahim Rəisinin İran prezidenti seçilməsinə etiraz olaraq mitinq təşkil edib. O, Rəisini 1988-ci ildə 30.000 siyasi məhbusun edamının "cəlladı" adlandırıb. Məryəm Rəcəvi və İran Milli Müqavimət Şurasını dəstəklədiyini bildirən ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo da bu etiraz aksiyasına qoşulub.

İran parlamentinə və İslam Respublikasının qurucusunun məqbərəsinə qarşı İŞİD hücumlarını qınayan açıqlamada Məryəm Rəcəvi bildirib: "İŞİD hərəkatı İran rejiminə və onun Rəhbər Əli Xameneiyə açıq şəkildə fayda verir. Əli Xamnei bunu ayətulla rejiminə qarşı regional və beynəlxalq təzyiq və təcridin aradan qaldırılması üçün fürsət kimi dəyərləndirərək, dəstəkləyir. Dövlət terrorunun qurucusu və bir nömrəli sponsoru bu yolla qatillə qurbanın yerini dəyişməyə və terrorizmin mərkəzi bankirini qurban kimi göstərməyə çalışır."

Məryəm Rəcəvi tərəfindən dərc edilmiş 10 bəndlik manifestdə İranı dəyişdirmək üçün bir proqram təqdim olunur. O, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər oxşar beynəlxalq sənəd və təşkilatlara sadiq olduğunu bildirir. O, İranda ölüm hökmünün ləğvinə, müasir hüquq sisteminin yaradılmasına və hakimlərin müstəqilliyinə çağırır. Məryəm xanım Tehranın HƏMAS, Hizbullah və digər silahlı qrupları maliyyələşdirməsinə son qoymağa, sülh şəraitində yaşamağa, bütün ölkələrlə münasibətlərə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə hörmət etməyə çağırıb. Manifestdə "Biz özəl mülkiyyəti, özəl investisiyanı və bazar iqtisadiyyatını tanıyırıq" ifadəsi yer alıb.

2020-ci ilin iyun ayında ABŞ Nümayəndələr Palatası üzvlərinin əksəriyyəti Məryəm Rəcəvi və onun rəhbərlik etdiyi İMMŞ-in "dünyəvi, demokratik İran çağırışını" dəstəkləyən, "İran dövləti tərəfindən dəstəklənən terrorizmi pisləyən", hər iki partiyanın səs verdiyi qərarı qəbul etdi.

221 deputatın (o cümlədən, Louie Gohmert və Sheila Jackson Lee) səs verdiyi qərarda Məryəm Rəcəvinin İranın gələcəyi ilə bağlı 10 bəndlik planı (bunlara "ümumi səsvermə hüququ, bazar iqtisadiyyatı və nüvə silahı olmayan İran" daxildir) dəstəklənərək, "İran rejiminin diplomatik nümayəndəliklərinin zərərli fəaliyyətlərinin" qarşısının alınmasına çağırılıb.

2023-cü ildə o, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumu qətiyyətlə qınayıb. O izah edib ki, Molla rejimi devrilmədikcə İran xalqı azadlıq və demokratiyaya nail ola bilməyəcək, Vilayəttül-Fəqih sistemi ilə təmsil olunan terrorun mərkəzi hədəf alınmayınca region və dünya sülh və əmin-amanlığa nail olmayacaq.

2024-cü ildə Məryəm Rəcəvi verdiyi açıqlamada İbrahim Rəisinin ölümünün "Əli Xameneiyə, habelə edam və qırğınlarla məşhur olan bu rejimə monumental və düzəlməz strateji zərbə" olduğunu bildirib.

2025-ci ilin avqust ayında o, Zərgəzur dəhlizinin açılmasına dəstək verən və İranın bu mövzudakı mövqeyini tənqid edən yazılar dərc edib.

6 sentyabr 2025-ci ildə tədbirlərin birində Məryəm Rəcəvi Brüsselin Atomium İş Mərkəzində İran Xalq Mücahidləri Təşkilatının 60 illik yubileyini qeyd edən on minlərlə insanın iştirak etdiyi izdihama qoşulub. O, tədbirdəki çıxışında deyib: “Xamneyiyə və mollalara xəbərdarlıq edirəm ki, diqqətli olun: Edam dalğaları İran xalqının üsyan vulkanını söndürməz! Həbs və işgəncə artıq işə yaramaz. Müharibə və dağıntıları qızışdırma, yaxud İran xalqına iqtisadi əzabvermə sizin çürümüş rejiminizi xilas etməyəcək! Bəli, üsyan və çevrilişlər qabaqdadır!”

İranlıların 6 sentyabr 2025-ci ildə Brüsseldə keçirilən nümayişində çıxış edən Məryəm Rəcəvi bildirib ki, “İran böhranının həlli üçün dini zülm devrilməlidir! İndi İran xalqı əvvəlkindən daha hazırlıqlıdır! İran cəmiyyəti qeyri-sabit vəziyyətdədir və yeganə çıxış yolu Üçüncü Seçimdir ki, bu nə sakitləşdirmə, nə də müharibə yolu deyil. Rejim xalqın təsiri və mütəşəkkil müqaviməti nəticəsində dəyişdirilələkdir!”

26 sentyabr 2025-ci il tarixində əksəriyyəti qadınlardan ibarət minlərlə iranlının qatıldığı, İranda demokratik dəyişiklik tələb etmək üçün Nyu-Yorkda keçirilən aksiyada Məryəm Rəcəvi deyib: “Qadınların mübarizəsi davam edəcək. İranda diktatura dövrü – istər Şah, istər mollalar altında – artıq sona çatıb”.

7 fevral 2026-cı ildə minlərlə insan iranlıların ümumxalq üsyanını dstəkləmək üçün Berlində nümayiş keçirib. Nümayiş zamanı Məryəm Rəcəvi deyib: "İran xalqının və onun Müqavimətinin mesajı belə olub və belə də qalır: nə yatırtma, nə müharibə, nə də xarici müdaxilə! Yalnız xaqın və onun mütəşəkkil müqaviməti nəticəsində rejim dəyişikliyi və xalq cumhuriyyətinin suverenliyi".

Çıxışlarında mütəmadi olaraq Azərbaycanı dəstəkləyən Məryəm xanım 2026-cı ilin Novruz bayramə təbriklərində Güney Azərbaycanda 1920-ci illərdə baş vermiş Səttərxan hərakatı barədə bu sözləri yazıb:"Ən böyük güc sizin əlinizdədir. Konstitusiya İnqilabı kimi böyük fırtınalarda Səttarxanın qətiyyəti və azadlıqsevər Azərbaycan xalqının rəhbərliyi ilə, sonralar monarxiya əleyhinə inqilabda siz göstərdiniz ki, azadlıq uğrunda qalxan bir xalqa heç bir qüvvə müqavimət göstərə bilməz"

Hüquqi məsələlər

Fransa 17 iyun 2003-cü ildə Məryəm Rəcəvi Paris Polis Prefekturası tərəfindən təxminən 150 İXMT üzvü ilə birlikdə həbs edilib. O, 23 nəfərlə birlikdə terrorizmlə əlaqədə şübhəli bilinərək istintaqa cəlb ediliblər. İXMT ittihamları təkzib edərək, tədbirin İranı sakitləşdirmək məqsədi daşıdığını bildirib. Nəticədə ittihamlar geri götürülüb.

İraq 2010-cu ilin iyul ayında İraq Ali Məhkəməsi Məryəm Rəcəvi də daxil olmaqla, 39 İXMT üzvü üçün "insanlığa qarşı cinayətlər törətdiklərini təsdiqləyən dəlillər" əsas gətirilərək həbs qərarı verib. İXMT ittihamları rədd edərək, bunun "siyasi qərar motvlərlə Nuri əl-Maliki hökumətinin İran hökumətinə son hədiyyəsi olduğunu" bildirib.

Qiyabi məhkəmə 29 iyul 2023-cü ildə İran Məryəm Rəcəvi və İXMT-nin digər 103 üzvünü qiyabi olaraq mühakimə edəcəyini açıqladı. Həm Məryəm Rəcəvi, həm də digər 101 təşkilat üzvünə qarşı məhkəmə prosesi 21 dekabr 2023-cü ildə Tehran məhkəməsində başlayıb və 2024-cü ilin aprel ayına qədər davam edib. ABŞ federal qanunvericilik məlumatlarına görə, müxalif İXMT veteranlarının İrana geri ekstradisiya edilməsi və ya "onlara qarşı terror planlarını əsaslandırmaq" üçün "saxta məhkəmələri"lər qurulub.

Kitabları

Azadlığa doğru Böyük Yürüş Məcburi dinə yox , məcburi hökumətə yox Illustrated Qadınlar, İslam və Fundamentalizm İran Azad Olacaq İslam Fundamentalizminə Qarşı Mübarizənin Açarları

İstinadlar

Kateqoriya:Şərif Texnologiya Universitetinin məzunları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1953-cü ildə doğulanlar Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:XXI əsr İran siyasətçiləri