Aqneşka Qraff-Osser (; ) — polyak yazıçı, tərcüməçi, şərhçi, feminist, həmçinin qadın və insan hüquqları fəalı və müdafiəçisi. Oksford Universiteti və Amherst Kollecində (Massaçusets, Amerika Birləşmiş Ştatları) təhsil almış Aqneşka Qraff, Polşa Elmlər Akademiyasının Sosial Elmlər məktəbini bitirib. 1999-cu ildə ingilis ədəbiyyatı üzrə fəlsəfə doktoru dərəcəsini tamamlayıb. 2001-ci ildə "Qadınsız dünya" kitabını nəşr etdirib və bu əsər 2002-ci ildə "Nike" mükafatına namizəd göstərilib. Varşava Universitetinin Amerika və Avropa İnstitutunda çalışan Qraff-Osser, gender tədqiqatları üzrə mühazirələr deyir.

Onun esse və məqalələri "Gazeta Wyborcza" (kütləvi tirajlı liberal qəzet), ""Dünya Ədəbiyyatı" və "Tikan" (feminist jurnal) nəşrlərində dərc edilib.

O, hər il keçirilən "Manifa" Varşava qadınlar yürüşünü təşkil edən "8 Mart Qadınlar Koalisiyası" qadın təşkilatının həmtəsisçisidir. 2007-2010-cu illərdə Qraff, Beynəlxalq İnsan Hüquqları Helsinki Federasiyasının Presedent Hallar Proqramının Proqram Şurasının üzvü olub.

Aqneşka Qraff-Osser yəhudidir. O, fotoqraf və fransız mətbuatının müxbiri Bernar Osserin həyat yoldaşı olub və bu nikahdan 2008-ci il təvəllüdlü bir oğulları var. 2021-ci ilin fevralında o, sosial media hesabında bir qadınla ciddi münasibətdə olduğunu yazaraq öz oriyentasiyasını bəyan edib. Polşanın yeganə LGBTİA jurnalı olan "Replika"nın mart-aprel buraxılışında Qraff və partnyoru – mədəniyyət antropoloqu Maqdalena Staroşçik münasibətləri və kvir kimlikləri haqqında ətraflı məlumat veriblər. Seçilmiş əsərləri Świat bez kobiet. Płeć w polskim życiu publicznym. (Qadınsız dünya: Polşa ictimai həyatında gender). Varşava, 2001. Rykoszetem. Rzecz o płci, seksualności i narodzie. (Gender, cinsiyyət və millət haqqında). Varşava, 2008. Magma i inne próby zrozumienia, o co tu chodzi. (Maqma: və digər anlaşılmaz cəhdlər, bununla bağlı nə baş verir). Varşava, 2010. Matka Feministka. (Feminist Ana), Varşava, 2014. Jestem stąd. (Mən buradanam, Mixail Sutovski ilə müsahibə), Varşava, 2014. Memy i graffy. Dżender, kasa i seks. (Memlər və qraflər. Marta Frej ilə birlikdə gender, pul və seks), Varşava, 2015. İstinadlar

Xarici keçidlər Faculty Page at the University of Warsaw Interview with Agnieszka Graff entitled "Women sacrificed on the altar of the Holy Mary Interview, Center for Feminist Foreign Policy, "Dangerous Alliances: Agnieszka Graff on the anti-gender movement and its synergy with the populist right in Poland." Kateqoriya:Varşava Universitetinin müəllimləri