upright=0.95|thumb|Dünya ağacı (Həyat ağacı) Ağac kultu – dünya xalqlarının, xüsusilə türk xalqlarının mifoloji və dini dünyagörüşündə mühüm yer tutan təbiət kultlarından biridir. Bu inanc sistemi ağacı həyatın, kosmik nizamın, məhsuldarlığın və ilahi əlaqənin simvolu kimi qəbul edir.

Ümumi baxış Ağac kultu arxaik mədəniyyətlərdə kainatın quruluşunu izah edən əsas simvollardan biri olan Dünya ağacı (Həyat ağacı) anlayışı ilə sıx bağlıdır. Dünya ağacı kosmik şaquli modeli ifadə edir və göy, yer və yeraltı dünyanı birləşdirən vasitə kimi çıxış edir. Mifoloji təsəvvürlərə görə, bu ağac kainatın mərkəzində yerləşir, kökləri yeraltı aləmə, gövdəsi yer üzünə, budaqları isə səmaya uzanır. Bu struktur kainatın üçqatlı modelini əks etdirir.

Yakut və Altay türkləri arasında Dünya ağacı həmçinin Həyat ağacı da adlanır. Qədim türk ənənəsinə görə, bu, Yer kürəsini mərkəzindən digər dünyaya və Şimal ulduzuna (Polaris) bağlayan və budaqları vasitəsilə şamanların yerdən daha yüksək aləmlərə səyahət etməsinə imkan verən bir ağacdır. O, həmçinin Dəmir ağacı adlanır.

Həyat ağacı dünyanın şaquli modelini təmsil edən fundamental mədəni simvol, semantik olaraq ikili ziddiyyətlər ideyasına (həm kosmoloji, həm də aksioloji cəhətdən ifadə olunur) əsaslanır. Ənənəvi mədəniyyətdə kainatın nizamlılığının fundamental simvolu və genezisin tamamlanmış və məhsuldar olması üçün metafora kimi xidmət edir. Arxaik mədəniyyət çərçivəsində dünya ağacının mifologiyası mifoloji kosmoqoniyanın vacib komponenti kimi xidmət edir. Yer və Göyün müqəddəs evliliyi süjetinə (qədim Misir mifologiyasında Nut və Geb, Skandinav mifologiyasında Gerd və Freyd, qədim yunan mifologiyasında Qaya və Uran və s.) əsaslanan kosmogenezin antropomorfik modelləri kontekstində dünyanın kosmikləşməsinin mərkəzi anı Yer və Göyü bir-birindən ayıran və kosmik məkanın mövcudluğunu təmin edən qlobal bir şaqulinin qurulmasıdır.

Türk mifologiyasında həyat ağacı Ulukayın, Bayterek və Aal Luuk Mas kimi adlarla tanınır.https://web.archive.org/web/20211109052632/https://ulukayin.org/gunumuzdeki-etkileriyle-turk-topluluklarda-yasam-agaci/ Bu ağac kainatın mərkəzi hesab olunur və bütün varlıqları birləşdirən kosmik ox funksiyasını yerinə yetirir. Ağac simvolu ilkin olaraq məhsuldarlıq rəmzi kimi meydana gəlmiş və tədricən həyat, nəsil, şaman ağacları kimi təsnif olunmuşdur. Asif Hacılı ağac haqqında mülahizələrini ümumiləşdirərək bildirir ki, Upanişadda ağac kainatın və tanrının rəmzidir. Riq-Vedada qutsal işıq ağacdan saçır. Cənnət bağında ucalan, dünyanın özəyi olan Meru dağında kosmik ağac, müqəddəs alma var. Qədim çinlilərin günəş ağacı yeri və göyü birləşdirən vəsilədirHacılı A. Dünya ağacı / Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XI kitab. Bakı: Səda, 2002, s. 56.

Dünya ağacı yuxarı-aşağı, sağ-sol, yer-səma, keçmiş-gələcək, qaranlıq-işıq, həyat-ölüm, erkək-kişi, güney-quzey, mərkəz-qıraq, xeyir-şər kimi əkslikləri ehtiva edərək, bir-birinə münasibətdə mənalandırır. Həyati başlanğıc, dirilik, məhsuldarlıq, artım anlayışları da Dünya ağacı ilə ifadə olunur.

Qədim hindlilərin miflərində də Dünya ağacı çox populyar bir obraz olmuşdur. Hindlilər belə düşünürdülər ki, “aşvattha” adlanan bu ağac kosmosu sabit saxlayan bir dayaqdırHüseynoğlu K. Mifin mənşəyi, mahiyyəti və tipologiyası. Bakı: Elm və təhsil, 2010, s. 74.

V.Radlov tərəfindən təsbit edilən Altay əfsanəsində yerin yaradılışında ağac belə izah edilir ki, qolsuz, budaqsız bir ağac bitmişdi. Bu ağacı Tanrı gördü və “budaqları olmayan ağaca baxmaq xoş bir şey deyil; buna doqquz dənə budaq bitsin!” dedi. Ağacda doqquz budaq bitdi. Allah yenə belə dedi: “doqquz budağın kökündən doqquz insan törəsin və bunlardan doqquz xalq olsun!"İnan A. Tarihte ve bugün şamanizm. Ankara: Türk tarih kurumu Basım evi, 1986, s. 15.

Abakan və monqol ənənələrində də bir çox Asiya şamanizm ənənələrində olduğu kimi Həyat ağacı “Dünya dağı” anlayışı ilə əlaqələndirilir; ağac ya dağın ortasında, ya da zirvəsində yerləşir. Bundan əlavə, bir çox Asiya şamanizm ənənələrində, xüsusən də Orta Asiya, Sibir, Monqol və İndoneziya mifologiyalarında bədənsiz varlıqlar – ölümdən sonra bədənlərini tərk edən və yenidən doğuşa hazırlaşan ruhlar – çox vaxt Həyat ağacının budaqlarında qonub gözləyən kiçik quşlar kimi təsvir olunurlar. Məsələn, Altay xalqı deyir ki, “Yer üzündə yenidən doğulmağı gözləyən insan ruhları göylərdəki səma ağacının budaqlarında uçan kiçik quşlar kimidir”. Yakutların ənənəsinə görə, işığın Yaradanı və ya yaradıcısı olan Ali varlıq ilk şamanı yaradanda, səmavi məskənindən səkkiz budaqlı bir ağac əkdi və budaqlarındakı quşlar Onun övladları olan ruhları təmsil edir.

Mifologiyada ağac simvolu Dünya ağacı mifologiyada həm kişi, həm də qadın başlanğıcını özündə birləşdirən ikili simvol kimi çıxış edir. Kişi başlanğıcı – göy, yüksəliş və yaradıcı qüvvə Qadın başlanğıcı – torpaq, məhsuldarlıq və doğum

Bu baxımdan ağac həm göy ilə yerin ayrılmasını, həm də onların birliyini simvolizə edir.

Türk mifologiyasında ağac kultu Türk xalqlarının mifoloji dünyagörüşündə ağac müqəddəs varlıq hesab olunur. Xüsusilə Altay və Sibir şamanizmində ağac Tanrı ilə əlaqə vasitəsi kimi çıxış edir. Bir çox mifoloji süjetlərdə qəhrəmanların və ya şamanların ağac vasitəsilə göyə yüksəlməsi motivinə rast gəlinir.

Müqəddəs ağaclar

Ən müqəddəs ağac növlərinə aşağıdakılar daxildir: Ağcaqayın Çinar Palıd Ardıc

Ağcaqayın xüsusilə şaman rituallarında mühüm yer tutur və “Tanrı ilə insan arasında körpü” kimi qəbul edilir.

İnanclar və rituallar

Türk xalqları arasında ağacla bağlı müxtəlif inanclar mövcuddur: Ağaclara parça bağlamaq (dilək niyyəti ilə) Qəbiristanlıqlarda ağac əkmək Müqəddəs ağacların kəsilməsinin günah sayılması Ağacın məhsuldarlığını artırmaq üçün rituallar

Bəzi inanclara görə, ağaclar canlı varlıqlardır və onların ruhu mövcuddur. Türk xalqları arasında ağacların məhsuldarlığını təmin etmək və ya illərdir məhsul verməyən ağacların meyvə verməsi üçün “ağacı qorxutmaq” kimi tanınan ənənələr mövcuddur. Yuxuda çiçəkli bir ağac görmək uşağın gəlişinin əlaməti, yıxılmış bir ağacı isə ölümün əlaməti kimi görmək ağaclarla əlaqəli qədim inancların məhsuludur. Mifoloji inanca görə, axirətdə bir ağac var ki, onun hər yarpağı bu dünyada bir insana məxsusdur; insan, yarpağı saralıb yerə düşəndə ölür. Həmçinin inanılır ki, Qədr gecəsində sular kəsilir və ağaclar səcdə edir.

Azərbaycan folklorunda ağac kultu Azərbaycan folklorunda ağac motivləri geniş yayılmışdır. Nağıl və dastanlarda ağac tez-tez həyat bəxş edən və ya möcüzə yaradan element kimi çıxış edir və müxtəlif simvolik mənalar daşıyır: Alma ağacı – həyat və dirilik rəmzidir. Nar ağacı – sağlamlıq və bərəkət simvoludur. Qoz ağacı – bəzi inanclarda uğursuzluqla əlaqələndirilir.

İnanclar Ağacın altında gecə yatmaq təhlükəli sayılır. Ağacın kölgəsində yatmaq pis əlamət sayılır. O adamı cin vura bilərAzərbaycan folkloru antologiyası, IV kitab, Şəki folkloru, I cild. Bakı: Səda, 2000, s. 78; 80.Gecə qoz və əncir ağacının altında yatmazlar. Müqəddəs ağaclara zərər vermək bədbəxtlik gətirir. Körpə heyva ağacını göy vaxtı kəsməzlər. Deyərlər ki, qarğışa düşərsənAzərbaycan folkloru antologiyası, XI kitab, Şirvan folkloru. Bakı: Səda, 2005, s. 35 Uşaqları qorumaq üçün ağac parçaları istifadə olunur.

Yenicə yeriməyə, dil açmağa başlayan uşaqların paltarlarının çiyninə dağdağan ağacından bir parça tikilir, yaxud biləyinə iplə bağlanır ki, bu da uşağı pis gözdən qoruyurdu. Dağdağan olmasa, bunu heyva ağacı əvəz edirdi. İnsanlar inanırdılar ki, heyva ağacı insan bədəninə daxil olan müxtəlif ruhları bədəndən çıxarıb qovur və insan əvvəlki halına qayıdır, sağlamlığına qovuşurAzərbaycan folkloru antologiyası, XIII kitab, Şəki-Zaqatala folkloru. Bakı: Səda, 2005, s. 20.

İnsanlar müqəddəs saydıqları, tapındıqları ağacların kiçik bir hissəsini üstlərində gəzdirməklə həmişə təhlükəli olan bəd ruhları uzaq salacaqlarına inanmışlar. Orta Asiyada bütün qoruyucu həmayillərə verilən ümumi adlardan biri “dağdağ”dır. Ehtimal ki, bu ad dağdağanın təhrif edilmiş formasıdırXürrəmqızı A. Azərbaycan mərasim folkloru. Bakı: Səda nəşriyyatı, 2002, s. 17.

Türk mədəniyyətində heç kim müqəddəs ağacın kiçik bir budağını belə kəsməyə cəsarət etmir. Qəbirlərin başındakı ağaclar müqəddəs hesab olunurdu və qətiyyən yandırılmırdı. Ənənəvi baxışlara görə, ağacların kəsilməsi günah hesab olunurdu və yalnız zəruri hallarda tətbiq olunurdu.

Xakas xalqı “İmay toyu” adlanan mərasimlərində ağacdan istifadə edir və mərasimdən sonra onu meşəyə aparıb əkirdilər. Ağac qurumasaydı, adına mərasim keçirilən qadının ailəsində uşaqlar olacağına inanılırdı. Xakasların ənənəvi inanclarında ağac, həmçinin “insan”, “insan həyatı” və “nəsil” mənaları ilə əlaqələndirilir.

Yerin ruhunun ağcaqayın ağacında olduğuna inanılırdı. Şamanlar öz himnlərində mərasim və ritualların əsas elementi olan ağcaqayın ağacını “Körfəz ağcaqayınlığı” adlandırırdılar. Ağcaqayın ağacı Tanrı ilə Onun bəndəsi arasında ilahi körpü hesab olunurdu. Şor xalqı da rituallarını ağcaqayın ağaclarının altında dağ və su ruhlarının şərəfinə yerinə yetirirdilər.

Türk etnik-mədəni ənənəsində hər ağacın canlı varlıq olduğuna inanılırdı. Buna uyğun olaraq, müqəddəs ağaca zərər verən və ya onun budaqlarını qıran hər kəsin bədbəxtliyə düçar olacağına inanılırdı. İbadət edilən ağaca and içilir və hər il qurban kəsilirdi. Anadolu qızılbaşları bu ağacları müqəddəs ağacın ilahi keyfiyyətlərə malik olduğunu göstərmək üçün “Dədə ağacı” (Baba ağacı) adlandırırdılar. Çingiznaməyə görə, Çingiz xan hər qəbiləyə simvol olaraq bir ağac, ayrıca bir gerb, quş və oxşar şeylər təyin edirdi.

Ağacla bağlı müxtəlif inamlara bir çox dünya xalqlarının folklorunda da rast gəlinir. Məşhur Britaniya alimi C.Frezer yazır ki, koreyalıların inancına görə, taundan ölənlərin və ya yolda qəza nəticəsində həlak olanların, o cümlədən doğuş zamanı ölən qadınların ruhu ağaca keçir. Bundan başqa, Ost-hind adalarından olan Nias adasının sakinləri isə ağaclarda demonların yaşamasına inanırlarФрэзер Дж.Дж. Золотая ветвь: Исследование магии и религии (пер. с англ. М.К.Рыклина). Москва: Эксмо, 2006, с. 156.

Epik və mifoloji mətnlərdə Azərbaycan epik ənənəsində, xüsusilə “Kitabi-Dədə Qorqud” dastanında ağac kultunun izləri aydın görünür. Bu mənbələrdə ağac: nəsil və soyun başlanğıcı ilahi mənşə qəhrəmanlıq simvolu kimi təqdim olunur. “Kitabi-Dədə Qorqud” eposunda ağac kultuna əcdad mifi səviyyəsində yanaşıldığı görünməkdədir. Qədim türklərin mifoloji dünyagörüşündə ağac ilkin həyati başlanğıc hesab edilir və ona xüsusi ehtiram ifadə edilərək sakral münasibət bəslənilirdi. “Basatın Təpəgözü öldürməsi” adlanan səkkizinci boyda Basat Oğuz elinə qənim kəsilən Təpəgözə öz əsil-kökünü xatırladır. Oğuz igidi olan Basat öz nəsil şəcərəsinin bir ucunun Qağan aslana, digər ucunun isə Qaba ağaca söykəndiyini bildirir. Mətin Ərqun qeyd edir ki, əski türk etiqadına görə xaqanlar və bəylər bu dünyaya Tanrı tərəfindən ağac yolu ilə göndərilmişlər. Bu sözləriylə Basat da özünün mübarək üzlü müqəddəs ağac yolu ilə Cənnətdən, dolayı olaraq Tanrıdan gəldiyini deyir.Ərqun M. Türk ağac kultunun Dədə Qorqud oğuznamələrindəki izləri // Dədə Qorqud. Elmi-ədəbi toplu. Bakı: 2002, № 1, s. 10

Simvolik mənalar

Ağac kultu aşağıdakı anlayışlarla əlaqələndirilir: həyat və ölümsüzlük məhsuldarlıq və artım kosmik nizam insan və təbiət birliyi M.Eliadeyə görə ağac kosmik oxu simvolizə edir; həyat, yenilənmə və ölümsüzlük ideyası ilə bağlıdır; yer ilə göy arasında vasitəçi kimi çıxış edir.Eliade M. Patterns in comparative religion. New York: Sheed & Ward, 1958, p. 265-330

Ağac həm də əksliklərin (işıq-qaranlıq, həyat-ölüm və s.) birləşdirici modeli kimi çıxış edir.