Paulina Kuçalska-Raynşmit (; ) — polyak sosial islahatçı, feminist fəal, naşir və yazıçı. O, həmin dövrdə Rusiya, Almaniya və Avstriya-Macarıstan arasında bölünmüş Polşada, qadınların səsvermə hüququ qazanması uğrunda mübarizə aparıb. Həyatı Paulina Kuçalska-Raynşmit, Varşavada 1859-cu ilin yanvarında Evelina Porçinska və Leon Kuçalskinin ailəsində dünyaya gəlib. Stanislav Raynşmit ilə ailə həyatı qurub və bu evlilikdən duqdan sonra, Leon adlı bir oğlu dünyaya gəlib.
Ədəbi fəaliyyətinə 1881-ci ildə, ilk yazısının "Echo" qəzetində dərc edilməsi ilə başlayıb. O, "Tygodnik Illustrowany", "Kurier Warszawski", "Kurier Codzienny", "Ogniwa" və "Nowa Gazeta" kimi mətbuat orqanlarında yazılarını dərc etdirib.
O, qadın hüquqları uğrunda milli müstəqillik məsələsindən ayrı və üstün şəkildə mübarizə aparan ilk şəxslərdən biri olub. 1894-cü ildə o, qadınların sənətkarlıq sahəsinə tam çıxış hüququ əldə etmələrini təmin etmək və onlar üçün kurslar təşkil etmək məqsədilə "Sənaye və Ticarətə Dəstək Cəmiyyəti nəzdində Qadın Əməyi Nümayəndəliyi" təşkilatını təsis edib. Bu işdə o, Yuzefa Boyanovska ilə əməkdaşlıq edib. 1889-cu ildə isə Parisdə keçirilən beynəlxalq qadın dərnəkləri konqresində də iştirak edib.
1895-ci ildə o, qadın hüquqlarına həsr olunmuş, əvvəlcə Lvovda (1895–97), daha sonra isə Varşavada (1907–14) işıq üzü görən "Ster" adlı dövri nəşrin əsasını qoyub. O, Marsalkovska küçəsində həmfikir qadınların görüşlərini təşkil edirdi. Bu görüşlərdə Yanina Boduen de Kurten, Yustina Budzinska-Tilitskaya, Kazimera Bujvidova , Mariya Dulebyanka, Mariya Komornitskaya, Mariya Konopnitskaya, İzabela Moşçenskaya, Eliza Orjeşkova, Yuzefa Savitska və Sesiliya Valevska iştirak ediblər. Pyotr Çmelovski və Stefan Jeromski də bu dövri nəşrlə əməkdaşlıq ediblər.
1907-ci ildə Paulina Raynşmit, birbaşa və gizli səsvermə yolu ilə cinsindən, milli mənsubiyyətindən və ya dinindən asılı olmayaraq ümumi seçki hüququ uğrunda mübarizə aparan "Polşalı Qadınların Hüquq Bərabərliyi İttifaqı"nı qurdu.Hetmanka – Anna Dryjańska Ömrünün sonunadək bu təşkilatın rəhbəri olub.
Polşada qadın hüquqları hərəkatının salnaməçisi Sesiliya Valevskaya, Kuçalska-Raynşmiti qadınların tam və güzəştsiz hüquqları uğrunda mübarizə aparan ilk amansız təşviqatçı hesab edirdi. Seçilmiş əsərləri Nasze drogi i cele. Szkic do programu działalności kobiecej, Lwów 1897. Stan wykształcenia kobiet w Polsce, 1902. Historia ruchu kobiecego, 1903. Młodzież żeńska i sprawa kobieca, Warszawa 1906. Siostry; sztuka psychologiczna, Warszawa 1908. Wyborcze prawa kobiet, Warszawa 1911.
Həmçinin bax Nartsiza Jmixovska Polşada feminizm İstinadlar
Kateqoriya:Rusiya imperiyası jurnalistləri