Avstriyalı Maksimilyan Ernest (; ) — Avstriya hersoqu II Karlın oğlu.
1583-cü ildə Qratsda dünyaya gəldi. Atası Avstriya hersoqu II Karl, anası isə Bavariya hersoqu V Albertin qızı Mariya Annadır. Hər iki valideyni də Müqəddəs Roma imperatoru I Ferdinandın şəcərəsinə mənsub idi. Anası qatı dindar və güclü anti-reformasiya tərəfdarı idi. Bu səbəblə, başda Maksimilyan Ernest olmaqla, digər bacı-qardaşları 1 yaşından etibarən kilsə ayinlərinə qatıldı və alman dilindən öncə latın dilini öyrəndi.
1592-ci ildə anası Mariya Anna ilə birlikdə Polşa kralı III Sigizmundla evlənən bacısı Annanı Krakova qədər müşayiət etdi. Qardaşı Ferdinand, əmisi oğlanları Matvey və Maksimilyanla birlikdə 1606-cı ildə Vyanada bir sənəd imzaladı. Bu sənədə əsasən, digər əmisi oğlu olan Müqəddəs Roma imperatoru II Rudolfun əqli əzif olduğu və bu səbəblə dövlət idarəsində məhrum edilməli olduğu təsdiqləndi. 1615-ci ildə Tevton ordeninə qatıldı. Ancaq ertəsi il anidən vəfat etdi. Heç vaxt evlənmədi və rəsmi bir varisi olmadı.
Mənbə
Ədəbiyyat
Friedrich Emanuel von Hurter, Geschichte kaiser Ferdinands II und seiner eltern bis zu dessen krönung in Frankfurt, Hurter Bookstore, 1850, p. 230 Academy of Sciences in Vienna. Historical Commission: Archiv für österreichische Geschichte, vol. XV, 1856, p. 116
İstinadlar