Əbüs-Səkən Məkki ibn İbrahim ibn Bəşir ibn Fərdəq əl-Bəlxi (; ) — hədis hafizi.

Bioqrafiya Hicri 126-cı (743) ildə anadan olub.

Məkki ibn İbrahim Malik ibn Ənəsdən, Əbu Hənifədən, İbn Cüreycdən, Həmmad ibn Sələmədən, Süfyan əs-Səvridən və başqalarından hədis rəvayət etmişdir. Ondan isə Buxari, Yəhya ibn Məin, Əhməd ibn Hənbəl, Nəsai, Müslüm, Əbu Davud və başqaları hədis rəvayət ediblər.

Əhməd ibn Hənbəl onu "etibarlı", İbn Həcər isə "siqa və möhkəm hafiz" hesab ediblər. İbn Hibban da "əs-Siqat"ında ondan bəhs edib.

O, Kufəyə, Bağdada (hicri 205), Məkkəyə səfərlər edib və hicri 214 yaxud da 215-ci (829 və ya 830) ildə Bəlxdə vəfat edib.

İstinadlar