Tsutomu Yamaquçi () — 1945-ci ilin avqust ayında ABŞ tərəfindən Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə qarşı həyata keçirilmiş hər iki atom bombardmanından sağ çıxan yeganə şəxs.

1945-ci ildə ABŞ təyyarəsi Hiroşima şəhərinə atom bombası atan zaman bir iş üçün bu şəhərə gələn Tsutomu Yamaquçinin dərisi yanıb. Bir gecə Hiroşimada qaldıqdan sonra doğma şəhəri Naqasakiyə gəlib. Avqustun 9-da ABŞ təyyarəsi Naqasakiyə də atom bombası atıb. O, bu dəfə də sağ qalmağı bacarıb.

Yapon hökuməti Tsutomu Yamaquçini hər iki hücumdan sonra sağ qalan yeganə şəxs kimi qəbul edib. BMT-də 2006-cı ildə çıxış edən Tsutomu Yamaquçi başına gələn hadisələrlə bağlı kitablar və nəğmələr yazıb.

2010-cu ilin yanvarın 4-də 93 yaşlı Tsutomu Yamaquçi mədə xərçəngindən vəfat edib.

İstinadlar

Kateqoriya:Yaponiya uzunömürlüləri Kateqoriya:Yaponiyada xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Hibakuşa Kateqoriya:Mədə xərçəngindən ölənlər