Zəhra Yaşin Dökmən (; ) — türk alim, psixoloq və yazıçısı.
Erkən həyatı və karyerası Zəhra Yaşin Dökmən 1956-cı ildə Ankara şəhərində anadan olub. Maltepe ibtidai məktəbində, Namiq Kamal orta məktəbində və Cumhuriyet liseyində təhsil alıb. 1978-ci ildə məzunu olduğu Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Psixologiya kafedrasında 1980-ci ildə assistent kimi fəaliyyətə başlayıb. Eyni kafedrada sosial psixologiya sahəsi üzrə magistratura və doktorantura təhsilini də alıb. 1998-ci ildə dosent elmi adını alan Zəhra Yaşin Dökmən 2015-ci ildə təqaüdə çıxıb. Həmkarı Üstün Dökmən ilə evlidir və iki qızı var.
Psixologiyaya töhfələri Dökmənin Dil psixologiyası sahəsindəki magistr dissertasiyası üç uşağın danışıq yazılarının təhlilinə əsaslanır. Doktorluq dissertasiyası isə Almaniyaya fəhlə kimi gedən türklər ilə Türkiyədə qalan yaxınlarının bir-biriləri haqqındakı qavrayışları mövzusundadır.
Bern Gender Rolu İnventarının "Qadınlıq" və "Kişilik" şkalalarının Ayşə Nur Kavuncu tərəfindən Türk cəmiyyətinə uyğunlaşdırılmış formasının psixometrik xüsusiyyətlərini müəyyən etmək məqsədilə araşdırması dərc etdirib. Nihal Mamatoğlu və Fatma Yıldırım ilə birlikdə "İş yerində əlilliyi olan şəxslərə qarşı münasibət" şkalasını hazırlayıb.Mamatoğlu, N., Yaşın Dökmen, Z., & Yıldırım, F. (2015). İşyerinde engelliye yönelik tutumlar ölçeği. Hacettepe Üniversitesi Edebiyat Fakültesi Dergisi, 32(2), 183-204.
Zəhra Yaşin Dökmənin "Gender - Sosial Psixoloji izahlar" adlı kitabı 2004-cü ildə işıq üzü görüb.
Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsinin Psixologiya kafedrasında fəaliyyət göstərdiyi 35 il ərzində psixologiya üzrə bakalavr və magistratura/doktorantura proqramları çərçivəsində; Ümumi psixologiya, Duyğular və qavrayış, Sənaye psixologiyası, Seminar, Psixoloji testlər, Tədqiqat metodları, Sosial psixologiya, Gender rolları və Gender dərslərini tədris edib.
İstinadlar
Kateqoriya:Türkiyə akademikləri Kateqoriya:Türkiyə yazıçıları