Tayvan səyahətnaməsi () – Tayvan yazıçısı Yan Şuan-tsi tərəfindən yazılmış roman. Mandarin çincəsində yazılmışdır və ilk dəfə 2020-ci ildə Tayvanda nəşr olunmuşdur. Roman yapon yazıçısı Aoyama Çizukonun 1938-ci ildə Yaponiyanın koloniyası olan Tayvana səyahət etməsindən və tayvanlı tərcüməçisi ilə münasibətlər qurmasından bəhs edir. Roman Çizokunun 1954-cü ildə nəşr olunmuş avtofikşnı formasında təqdim olunur.
"Tayvan səyahətnaməsi" bir sıra mükafatlara layiq görülmüşdür. Roman 2026-cı ildə Beynəlxalq Buker Mükafatının qalibi olmuşdur.
Məzmun Roman yapon yazıçısı tərəfindən yazılmış avtofikşn (uydurma avtobioqrafiya) kimi təqdim olunur və onun 1938-ci ildə Yaponiya tərəfindən idarə olunan Tayvana səyahət etməsindən bəhs edir. O, Tayvana koloniyaçı qüvvələrin dəstəyi ilə gəlsə də, onlar üçün təbliğat məzmunlu yazılar yazmaq istəmir. Bunun yerinə yerli tərcüməçisi olan tayvanlı qadın ilə münasibət qurur. Çizuru onu Tayvan mətbəxi ilə tanış edir; romandakı hər bir fəsil bir Tayvan yeməyinin adını daşıyır.
Mövzular "Tayvan səyahətnaməsi" romanının əsas mövzularından biri kolonializmdir. Yan romanın ilham mənbəyi kimi Tayvan xalqının kolonizasiyaya olan hisslərini göstərmişdir. O, tayvanlıların koloniya dövrünə ikrah və nostalgiya hisləri ilə yanaşdığını demişdir.
Romandakı digər mövzulardan biri milli kimlik məsələsidir. Əsərdəki uydurma alim Hiyoşi Saqako "yapon alim" kimi tanınmasından narahatlıq duyduğunu bildirir; o, etnik baxımdan yapon olsa da, Tayvanda doğulduğu üçün "digər yaponlardan daha aşağı mərtəbədə olduğunu" bildirir. Çizuro və Çizuko arasındakı münasibətlər koloniyaçı yapon qadınla koloniyalaşdırılmış tayvanlı qadının bərabər olub-olmadığı sualını cavab tapmağa çalışır.
Əsərdəki digər əsas mövzu yeməkdir. Roman Tayvan mədəniyyətini və tarixini təsvir etmək üçün yeməklərdən istifadə edir. Hər bir fəsilə bir yeməyin adı verilib. "Los Angeles Review of Books" romanı "Tayvan mədəniyyətinin muzeyi" adlandırmışdır.
Qəbul "Tayvan səyahətnaməsi" 2021-ci ildə Tayvanın Qızıl Tripod Mükafatını qazanmışdır. Yapon dili versiyası 2023-cü ildə nəşr olunmuş və 2024-cü ildə Yaponiyanın Ən Yaxşı Tərcümə Mükafatının qalibi olmuşdur. İngilis dili versiyası 2024-cü ildə ABŞ-də, 2026-cı ildə Britaniyada nəşr olunmuşdur. Roman 2024-cü ildə Tərcümə Ədəbiyyatı üçün Milli Kitab Mükafatına layiq görülmüşdür. Əsər 2026-cı ildə 2026-cı ildə Beynəlxalq Buker Mükafatının qalibi olmuşdur.
İstinadlar
Kateqoriya:2020-ci ilin romanları Kateqoriya:Tayvan romanları Kateqoriya:Postkolonial romanlar