Marina Blaqoeviç və ya Marina Şiyakoviç-Blaqoeviç (; ) — Serbiyalı sosioloq, gender tədqiqatları üzrə mütəxəssis və feminist.
Həyatı Marina Blaqoeviç təhsilini Belqrad Universitetində alıb (Bakalavr, 1982; Magistr, 1989; Fəlsəfə doktoru, 1990). 1990-cı ildə Vesna Qoykoviç, Maya Koraç, Angalka Miliç, Zarana Papiç və Lina Vuşkoviç ilə birlikdə qadınların siyasi partiyası olan "Zenska Stranka"nın (ZEST; "Qadın Partiyası") əsasını qoyub. 1991-ci ildə "Qadın və Cəmiyyət" feminist aktivist qrupunun digər üzvləri ilə birlikdə Yuqoslaviyanın Belqrad şəhərində Qadın Tədqiqatları Mərkəzinin həmtəsisçisi olub və buranın ilk idarə heyətində fəaliyyət göstərib. 1994-1998-ci illərdə o, Post-kommunist ölkələrində ilk feminist konfransın (Belqrad Qadın Tədqiqatları Mərkəzi tərəfindən təşkil olunub) təşəbbüskarı və təşkilatçısı olub. 1998-ci ildə isə Serbiyada ilk QHT Forumunun (Demokratik Mərkəz Fondu tərəfindən təşkil olunub) təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib.
Serbiya Sosiologiya Assosiasiyasının keçmiş prezidenti olan Blaqojeviç, Belqraddakı Kriminoloji və Sosioloji Tədqiqatlar İnstitutunda elmi məsləhətçi, həmçinin Macarıstanın Budapeşt şəhərində yerləşən "Altera MB" Gender və Etnik Mənsubiyyət üzrə Tədqiqat Mərkəzində direktor olub. O, Sarayevo Universiteti və Mərkəzi Avropa Universitetində dərs deyib. 2014-cü ildə isə Qrats Universitetində dəvət olunmuş professor kimi fəaliyyət göstərib. Beynəlxalq gender eksperti kimi onun fəaliyyəti Avropa Komissiyası, Avropa Parlamenti, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), BMT Qadın Qurumu, Sida (İsveç Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi) və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu kimi müxtəlif təşkilatları əhatə edib. Müəllif 100-dən çox akademik və 20 ekspert nəşri çap etdirib.
O, Böyük Britaniyanın Mərkəzi Lankaşir Universitetinin İdman və Mədəniyyət Araşdırmaları üzrə professoru və Beynəlxalq Futbol İnstitutunun direktoru Con Hyuson ilə ailə həyatı qurub.
Seçilmiş əsəri 2009, Knowledge production at the semiperiphery: a gender perspective
İstinadlar
Xarici keçidlər
Curriculum Vitae