Teodor Oktavian Andrey (; ) — Rumıniya müğənnisi. "D.G.T. (Off and On)" mahnısı ilə Avroviziya-2023 mahnı müsabiqəsində Rumıniyanın nümayəndəsi olmuşdur.

Həyatı Teodor Oktavian Andrey 9 oktyabr 2004-cü ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində anadan olmuşdur. Teodor Andrey 2017-ci ildə "The Voice Kids" layihəsinin Rumıniya versiyası olan "Vocea Romaniei Junior" ("Rumıniyanın Səsi. Uşaqlar") istedad şousundakı iştirakı ilə tanınmış və orada yarımfinala qədər yüksəlmişdir. 2020-ci ildə o, "The X Factor" layihəsinin yerli versiyasında iştirak etmiş və burada "butkemp" mərhələsində mübarizəni dayandırmışdır. Onun "Fragil" adlı debüt albomu 2022-ci ildə işıq üzü görmüşdür.

2022-ci ilin dekabr ayında Teodor Andrey hər il keçirilən "Avroviziya" mahnı müsabiqəsində Rumıniya nümayəndəsini müəyyən etmək üçün təşkil olunan "Seçim turu 2023" festivalının 12 iştirakçısından biri olaraq təsdiqlənmişdir. Onun müsabiqə üçün nəzərdə tutulan "D.G.T. (Off and On)" mahnısı daha əvvəl Luka Udetsianu ilə əməkdaşlıq çərçivəsində onun albomuna trek kimi daxil edilmişdir. Bu müsabiqə münasibətilə mahnının Avroviziya çıxışı üçün maksimum müddət sayılan 3 dəqiqəlik solo versiyası buraxılmışdır. 11 fevral 2023-cü il tarixində müğənni milli seçim turunda çıxış etmiş, burada keçirilən telesəsvermə nəticəsində 12 iddiaçı arasından qalib seçilərək Liverpul şəhərində keçirilən "Avroviziya-2023" mahnı müsabiqəsində ölkənin nümayəndəsi olmuşdur.

Mükafatları 2022-ci ildə o, "Radar de Media Awards" mərasimində "Mahnı ifaçısı" nominasiyasında müğənni-bəstəkarın ən yaxşı əsərinə görə "Myosotis Award" mükafatına layiq görülmüşdür.

Diskoqrafiya

Albomlar BaşlıqTəfərrüatlarFragil Buraxılış tarixi: 15 oktyabr 2022 Leybl: Selective Studio

Sinqllar 2017 — Young and Sweet 2018 — Și dacă azi zâmbesc 2019 — Stelele de pe cer 2019 — Nu te mira ca nu te place 2020 — Nu le place 2020 — Nu mai vreau sentimente (con Oana Velea) 2020 — Beatu' asta fire 2020 — Crăciunul ăsta 2021 — Genul meu 2021 — Selectiv 2021 — Tatuaj 2022 — Ţigări mentolate (con Valentina) 2022 — Prigoria Teen Fest (con Shtrood) 2022 — D.G.T. (Off and On)

İstinadlar

Kateqoriya:Rumıniyanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Rumıniyanın teatr rejissorları