Çətin Alp Küçükarslan (), həmçinin sadəcə Çətin Alp (; ) — Türkiyə müğənnisi. O, 1983-cü il Avroviziya Mahnı Müsabiqəsində Türkiyənin nümayəndəsi olmuşdur.
Həyatı Musiqi karyerasına 1979-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turunda iştirak etməklə başlamış və həmin seçimdə yalnız beşinci yeri tutmuşdur.
Dörd il sonra milli seçim turunda qalib gələrək Türkiyəni Avroviziyada "Opera" mahnısı ilə təmsil etmək hüququ qazanmışdır.Melodyportal - Türkiye Ulusal Finalleri Almaniyanın Münxen şəhərində keçirilən müsabiqədə müğənni "The Short Waves" qrupu ilə birlikdə çıxış etmişdir. Bu çıxış uğursuzluqla nəticələnmişdir. Heç bir xal qazana bilməyən Çətin Alp Remedios Amaya ilə birlikdə sonuncu pillədə qərarlaşmışdır.
Müsabiqədə ifa olunan kompozisiya böyük ölçüdə mənfi tənqidlərlə qarşılaşmışdır. Bir çoxları bu mahnını musiqi uğursuzluğu kimi qiymətləndirmişdir, lakin Çətin Alp bəstənin Balkan ölkələrində və ABŞ-də böyük populyarlıq qazandığını iddia etmişdir.
Müğənni həyatı boyu Avroviziyanın ən uğursuz iştirakçılarından biri kimi xatırlanmaqdan xilas ola bilməmişdir. Türkiyədə onun adı uzun müddət səs-küyə səbəb olmuş "Opera" mahnısı ilə assosiasiya olunmuşdur. İfaçı barəsindəki mənfi rəylər və ailə öhdəlikləri onun musiqi karyerasına son qoymasına səbəb olmuşdur.
2004-cü ildə Türkiyədə keçirilən növbəti Avroviziya Mahnı Müsabiqəsindən əvvəl Çətin Alp Türkiyə təmsilçilərinin qonaqlığına dəvət edilmişdir, lakin qızının vəfat etməsi səbəbindən bu dəvətdən imtina etmişdir.Hürriyet - -Çetin Alp 57 yaşında kalp krizinden öldü Bir neçə gün sonra Çətin Alpın özü də ürək tutmasından vəfat etmiş, geridə həyat yoldaşı və oğlunu qoymuşdur. Onun dəfn mərasimində Türkiyə estradasının bir çox tanınmış nümayəndələri iştirak etmişdir.‘Opera’nın küskün sesi sustu
Sinqllar Çek Çek (1979) İğne Değmemiş (1979) Günah Bize (1980) Meçhul Karanlık (1981) Elveda (1982) Son Defa Görsem (1982) Sana Ne Olmuş (1983) Opera (1983)
İstinadlar
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:Türkiyənin "Avroviziya" təmsilçiləri