Şeyx Zahid Gilani (; Tacəddin İbrahim Zahid Gilani, ) – sufi Zahidiyyə təriqətinin banisi, islam alimi, mürşid.''The Encyclopaedia of Islām: 4. cilt, 1. sayı, Brill, 1934, s. 57: "…Tadj al-Din Ibrahim b. Rawshan Amir b. Babil b. Shaikh Bundâr al-Kurdi al-Sandjani of Gilan…"Ensiklopedia sejarah Islam, 3. cilt, Penerbit Universiti Kebangsaan Malaysia, 1986, s. 1207 : "Sehikh Zahid Taj al-Din Ibrahim b. Rawshan Amir b. Babil b. Sheikh Bundâr al-Kurdi al-Sanjani …"ISBN: 978-605-5244-16-3
Həyatı Tam adı Tâcəddîn İbrahim Zahid GilanîDoç. Dr. Süleyman Gökbulut, "İbrahim Zahid Gilanî Üzerine Bir İnceleme", Sûfî Araştırmaları — Sufi Studies, Sayı 13, s. 50 Serap Şah, Safvetü's-Safâ'da Safiyyüddîn-i Erdebîlî'nin hayatı, tasavvufi görüşleri ve menkibeleri, Doktora tezi , Marmara Üniversitesi Sosyal Bilimler Enstitüsü / Temel İslam Bilimleri Anabilim Dalı Tasavvuf Bilim Dalı, İstanbul 2007, s. 30–31, s.66, s.340Şeyx Səfi Təzkirəsi. Səfvətüs-səfanın XVI əsr türk tərcüməsi. Bakı: Nurlan, 2006, s. 135 (elektron variant) olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Birçox mənbədə etnik Talış olaraq bilinir. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü. O vaxtdan da alimə hörmət əlaməti olaraq Hiləkəran Şıxəkəran adlandırılmışdır.
Mənbələrdə Şeyx Zahid Gilaninin müridlərinin sayı 100.000 nəfər olaraq qeyd olunur.Zabit, "Zuhur-u Silsile-i Safeviye Nokta-i Atıfî der Tarih-i İran", Mishakat, Şumare: 58–59, Bahar ve Tabistan, 1377, s. 60
Səfiəddin 25 yaşında olarkən Həlyəkərana (Lənkəran şəhəri yaxınlığındadır) gedərək Şeyx Zahid Gilani ilə görüşür və onun müridi olaraq, mürşidindən bilik, mərifət öyrənir və irfanın incəliklərinə, gizli sirlərinə yetərincə bələd olur. Səfiəddin ömrünün 25 ilini Şeyx Zahid Gilaninin xidmətində keçirərək mürşidinin qızı Bibi Fatimə ilə evlənir və burada gilək dilini də öyrənir. Hələ Şeyx Zahid Gilaninin sağlığında onun canişini təyin edilən Şeyx Səfiəddin çox keçmir ki, Ərdəbilə qayıdır və burada 35 il ərzində "Darül-irşad" adlı xanəgaha rəhbərlik edir, Səfəviyyə təriqətinin qurucusu, başçısı kimi fəaliyyət göstərərək çoxlu sayda irfan əhli tərbiyə edib yetişdirir. Şeyx Səfi hətta Şeyx Zahid Gilani tərəfindən təsəvvüfün Xorasan məktəbini izləmək üçün yönləndirmişdi.J.S. Trimingham, The Sufi orders in Islam, Oxford 1971, s. 100
Elxani hökmdarı Qazan xan (1295–1304) Şeyx Zahid Gilanini ziyarət edərək ona böyük ehtiram göstərmişdi. Bu fakt Şeyx Zahid Gilaninin də o dövrdə böyük nüfuz və kəramət sahibi olduğunu göstərir. Bu görüş barədə Səfvət-üs Səfada belə məlumat verilmişdirː Hulakularla Şeyx Zahidin münasibətlərinə dair bəzi tədqiqatçılar tərəfindən maraqlı iddialar da irəli sürülür. Belə ki, Yılmaz Karadeniz yazır ki, "Şeyx Zahid Gilani, Monqolların maddi yardım ve himayəsi əvəzində türklər və farslar arasında Monqol ağalığının zərurətini təlqin etmişdir".
Səfəvi hökmdarları ulu babaları olan Şeyx Zahidin məqbərəsini dəfələrlə ziyarət etmiş, onu təmir etmişlər. 1478-ci ildə Şah İsmayıl Xətainin atası Şeyx Heydər (1460–1488) bir neçə nəfər mahir bənna və nəccarla gəlib məqbərə ilə günbəzi təmir etdirmişdir. Şah İsmayıl Xətai (1487–1524) 1500-ci ildə, 1-ci Şah Abbas (1587–1629) isə 1609-cu ildə buranı ziyarət etmişdilər.
Türbədə Şeyx Zahidin adına başdaşı yoxdur. İ.Əzimbəyova görə onun qəbrinin üstü taxta yeşiklə örtülmüşdü.
Xatirəsi 2018-ci il dekabrın 13-dən 15-dək Lənkəran şəhərində AMEA Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetinin təşkilatçılığı ilə "Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu" keçirilmişdir. Azərbaycan, Türkiyə, İran və həmçinin Qərb ölkələrində Şeyx Zahid əfsanəvi həyatı, məsləhətləri, öyüdləri, bəyanları və kəlamları haqqında qaynaqlarda əks olunan müxtəlif tədqiqatlar aparılmışdır.
İstinadlar
Mənbə Silsilät-ul-Nässäb: généologie de la dynastie Säfävy de la Perse. Par Cheik Hossein fils de Cheik Abdâl Zâhedi sous le regne de Chach Soleiman. Berlin: Orientalischer Zeitsschriftenverlag Iranschähr G. m. b. H, 1343 , 116 p.
Həmçinin bax İbrahim Gilani Şeyx Şəhabəddin Mahmud Əhəri
Xarici keçidlər Hamidreza MOHAMMESNEJAD. Erdebil Tarikatı ve İlhanlılar: Tasavvuf ve Siyaset İlişkisinde Yeni Dönem//TAD, C. 34/ S. 57, 2015, s.99–120 Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu Yılmaz Karadeniz. Safevi Devleti’nin kuruluşu meselesi: kızılbaşların ortaya çıkışı.//Amasya Üniversitesi İlahiyat Fakültesi Dergisi (Sayı 3), s.53–67 Hüseyin Mirjafari. Tasavvuf ve Safevilerin döneminde Sufi Kelimesinin anlamındakı aşamalı değişim. Çeviren: Sagıp Atlı//Sûfî Araştırmaları – Mevlânâ Düşüncesi Araştırmaları Derneği, Sayı 5, s.107–114 Bilal Dedeyev. Safevi Tarikatı ve Osmanlı devleti ilişkileri//Uluslararası Sosyal Araştırmalar Dergisi The Journal of International Social Research Volume 1/5, Fall, 2008, s. 205–223 Şeyx Səfi Təzkirəsi. Səfvətüs-səfanın XVI əsr türk tərcüməsi. Bakı: Nurlan, 2006, 932 s. Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani Beynəlxalq Simpoziumu-elan
Kateqoriya:Sufilər Kateqoriya:Zahidilik Kateqoriya:İslam alimləri Kateqoriya:1225-ci ildə doğulanlar Kateqoriya:Zahidilər Kateqoriya:İran şairləri Kateqoriya:Müsəlman dini liderlər