Nora Brokstedt və ya Nora Berq (; ) — Norveç müğənnisi. O, 1960 və 1961-ci illərdə Norveç təmsilçisi kimi çıxış edərək, Avroviziya Mahnı Müsabiqəsində ölkəsini təmsil edən ilk şəxs kimi tarixə düşüb. Həyatı Nora Brokstedt 20 iyul 1944-cü ildə "Chat Noir" teatrında Oddvar Sörensen (sonradan Sanne) ilə birlikdə çıxış etdiyi "Harmony Duo" qrupunun tərkibində debüt edib. Onlar hələ 1943-cü ildən birgə ifa etməyə başlayıblar və o vaxta qədər Konqsberq və Trondheym kimi şəhərlərdə səhnə alıblar. Brokstedt ilk valını 21 fevral 1945-ci ildə "Harmony Duo" qrupunun üzvü kimi Oddvar Sanne və Kristian Haugerin orkestri ilə birgə yazdıraraq debüt edib. Onlar "Kanskje engang tilbake den kommer" / "Enn en gang skal fuglene synge" mahnılarını lentə aldırıblar. O, həmçinin 1946-cı ildə Pit Braunun (Pete Brown) orkestri ilə "Love in Bloom" / "Gotta Be This or That" adlı 78-lik valı yazdıran vokal kvintetinin üzvü olub.

1951-ci ildə Brokstedt, Per Asplin, Oddvar Sanne, Fredrik Konradi və Sölvi Vanqdan ibarət "The Monn Keys" qrupu ilk valını çıxarıb. Layihənin musiqi rəhbərliyini Eqil Monn-Iversen edib. Üç il sonra Konradi kvintetdən ayrıldıqda Arne Bendiksen qrupun yeni üzvü olub. 1953-cü ildə işıq üzü görən "Du, du, du" bəstəsi onun solo ifaçı kimi ilk valı olub. Sonradan o, İsveçdə Ture Erlinqin (Thore Ehrling) orkestri ilə çıxış edib. "Tango for to" mahnısı onun Alf Pröysen ilə ilk birgə işi olub və bu əməkdaşlıq "Klara på Dal" (1957), "Mari du bedåre" (1958) və "Æille så nær som a Ingebjørg" (1962) kimi digər mahnılarla davam etdirilib. Müğənni, həmçinin "Hu Dagmar" müziklində rol alıb və "Slipsteinsvæilsen" mahnısını yayımlayıb.

Onun İsveçdəki ilk albomu 1959-cu ildə buraxılıb. 1960-cı ildə "Er du glad i meg ennå, Karl Johan?" mahnısı ilə ardıcıl beş həftə ərzində (6-cı həftədən başlayaraq) "VG-lista" hit-paradında birinci yeri tutub. Nora Brokstedt 1960-cı ildə Avroviziya Mahnı Müsabiqəsində Norveçi ilk dəfə təmsil edərək dördüncü yeri qazanıb. O, 1961-ci ildə Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak edib və 7-ci yeri tutub.

1970-ci ildə işıq üzü görən "Noe nytt" layihəsi onun norveç dilindəki ilk albomu olub. O, "Tøydokke-Anna" televiziya serialında, həmçinin NRK kanalının 1979-cu ildə yayımlanan populyar Milad təqvimi (adventskalender) layihəsi olan "Jul i skomakergata" serialında rol alıb. Aktrisa orada Lilletorget meydanında şəxsi piştaxtası olan bazar alverçisi Fru Enebər (Fru Enebær) obrazını canlandırıb. 1980-ci illərdə "Rikskonsertene" dövlət konsert təşkilatının xətti ilə qastrol səfərlərində olub.

2004-cü ildə onun "As Time Goes By" albomu işıq üzü görüb. 2005-ci ildə bu layihənin ardı olaraq "Christmas Songs" Milad albomunu təqdim edib və 20 yanvar 2008-ci ildə, özünün 85 illik yubileyi münasibətilə "Nora – for swingende!" albomunu buraxıb. Onun vəfatından əvvəl "VG-lista" hit-paradına daxil olan sonuncu işi məhz 38-ci yerə yüksələn "Nora – for swingende" albomu olub. Onun səs yazıları orijinal olaraq "Nera" şirkəti üçün "Telefunken", "Musica" və "RCA Victor" kimi səsyazma leyblarında buraxılsa da, 1960-cı ildə o, "Egil Monn-Iversen A/S" şirkətinə və "Karusell" leyblına keçib, sonralar isə həmçinin "JazzAvdelingen" və "Park Grammofon" ilə əməkdaşlıq edib.

Şəxsi həyatı O, 1947-ci ildə ekspeditor Einar Brokstedt ilə ailə həyatı qurub və bu evlilikdən onların bir oğlu dünyaya gəlib. İkinci dəfə 1968-ci ildə mahnı sözü yazarı Arne Riis ilə evlənib, həyat yoldaşı 2009-cu ildə vəfat edib.

Nora Brokstedt qısamüddətli xəstəlikdən sonra 5 noyabr 2015-ci ildə dünyasını dəyişib.Norwegians mourn Brockstedt’s death , newsinenglish.no; accessed 20 November 2015.

İstinadlar

Xarici keçidlər

:no:Fil:Loudspeaker.svg Lydsnutt med Nora Brockstedt finnes på www.mic.musikkonline.no Lenker til tidl. versjoner av nettleksikonet Norsk biografisk leksikon: «Nora Brockstedt» på nettstedet Store norske leksikon

Kateqoriya:"Avroviziya" iştirakçıları