Stefan Zeromski (; ) — Polşa yazıçısı, dramaturqu və publisisti. O, XX əsrin əvvəllərində fəaliyyət göstərmiş "Gənc Polşa" (Młoda Polska) hərəkatına mənsub olub. Tənqidçilər Stefan Zeromskini "polyak ədəbiyyatının vicdanı" adlandırıb. Müəllif eyni zamanda Maurıtsı Zıx, Yuzef Katerla və Stefan İksmojej təxəllüsləri ilə də əsərlər yazıb. O, dörd dəfə Ədəbiyyat üzrə "Nobel" mükafatına namizəd göstərilib. Həyatı
Stefan Zeromski 14 oktyabr 1864-cü ildə müflisləşmiş zadəgan (şlyaxta) ailəsində anadan olub. Atası 1863-cü il Polşa üsyanında iştirak etdiyinə görə mülkündən məhrum edilib və mülkədar təsərrüfatı (folvark) icarəyə götürüb.
Zeromski Kelsedəki gimnaziyada təhsil alıb ki, burada onun müəllimlərindən biri ədəbi tənqidçi Antoni Qustav Bem olub. Yetkinlik attestatı ala bilməyərək, Varşavadakı Ali Baytarlıq Məktəbinə daxil olub. Vətənpərvərlik fəaliyyətinə görə həbsə məruz qalıb. 1889-cu ildən etibarən özəl müəllim kimi fəaliyyət göstərib. 1880-ci illərdə ədəbi yaradıcılığa başlayıb. 1892-ci ildə Vyana, Sürix və Münxenə səyahətə yollanıb. Bir neçə ay Krakov və Zakopanendə vaxt keçirib.Monika Piątkowska, Prus: Śledztwo biograficzne (Prus: A Biographical Investigation), :en:Kraków, :en:Wydawnictwo Znak, 2017, , p. 466. Ziqmund Vasilevski ilə birlikdə Rappersvildəki Polyak Muzeyində kitabxanaçı köməkçisi kimi çalışıb (1892–1896). Qayıtdıqdan sonra Varşavadakı Zamoyski Kitabxanasında kitabxanaçı işləyib (1897–1904). İlk nəsr toplularını 1895-ci ildə çap etdirib. Sonradan yalnız ədəbi yaradıcılıq hesabına yaşayıb.Monika Piątkowska, Prus: Śledztwo biograficzne (Prus: A Biographical Investigation), :en:Kraków, :en:Wydawnictwo Znak, 2017, , p. 358.
Zakopane və Nalençuvda ömür sürüb, 1906-cı ildə İtaliyaya səfər edib. 1908-ci ildə təşviqat və maarifçilik fəaliyyətinə görə həbs olunub. Azadlığa buraxıldıqdan sonra 1912-ci ilə qədər Parisdə yaşayıb. Polşaya geri dönüb, Zakopane və Krakovda məskunlaşıb. Birinci Dünya müharibəsi başlayanda Yuzef Pilsudskinin legionlarına qoşulub, lakin tezliklə oradan ayrılıb. 1914-cü ilin dekabrında Yan Kasproviçlə birlikdə Zakopanendə bütün polyak torpaqlarının birləşdirilməsi ideyasını təbliğ edən gizli siyasi təşkilatın əsasını qoyub. Müharibədən sonra Varşavada və Varşava yaxınlığındakı Konstansində ömür sürüb. Müxtəlif siyasi, ictimai və mədəni kampaniyalarda fəal iştirak edib, Ədəbiyyat Akademiyasının yaradılmasının təşəbbüskarı, Polyak Ədəbiyyat Klubunun (PEN klubun bölməsi) təsisçisi olub.
1924-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib, lakin bu mükafatı digər polyak yazıçısı Vladislav Reymont qazanıb.Polish culture: The Stefan Żeromski Museum at www.culture.pl1925-ci ildə “Dənizdən əsən külək” (“Wiatr od morza”) romanına görə Dövlət Ədəbiyyat Mükafatına layiq görülüb.:pl:Aleksander Gieysztor, :pl:Stanisław Herbst, :pl:Stanisław Lorentz, Władysław Tomkiewicz, :pl:Jan Zachwatowicz, Zamek Królewski w Warszawie (Warsaw's Royal Castle), Warsaw, :pl:Państwowe Wydawnictwo Naukowe, 1972, p. 173. 1924–1928-ci illərdə SSRİ-də Zeromskinin 24 kitabı nəşr olunub, “Yaz qabağı” (“Przedwiośnie”) romanı isə beş fərqli tərcümədə işıq üzü görüb.
Stefan Zeromski 20 noyabr 1925-ci ildə Varşavada vəfat edib. Yaradıcılığı
Stefan Zeromski ədəbi fəaliyyətinə 1880-ci illərdə başlayıb. İlk hekayələrini “Tıqodnik Povşexnı” (“Tygodnik Powszechny”) həftəliyi və “Qlos” (“Głos”) qəzetində dərc etdirib. Müəllifin ilk topluları olan “Hekayələr” (“Opowiadania”, 1895), “Quzğunlar, qarğalar bizi didişdirəcək” (“Rozdziobią nas kruki, wrony”, 1895), “Nəsr əsərləri” (“Utwory powieściowe”, 1898) kitablarındakı hekayə və povestlər ədəbiyyatşünaslar tərəfindən Boleslav Prus, Eliza Ojeşko və Mariya Konopnitskayanın polyak tənqidi realizmi ənənələrinin davamı kimi dəyərləndirilib. Lakin Stefan Zeromskinin əsərləri öz ideya məzmunu və bədii xüsusiyyətləri ilə “pozitivistlərin” yaradıcılığından fərqlənib. Onun sosial tərəqqiyə şübhə ilə yanaşması qəhrəmanların öz ideallarını gerçəkləşdirmək istəyərkən uğursuzluğa düçar olduqları süjetlərdə öz əksini tapıb.
Polyak xalqının XIX əsrdəki milli-azadlıq mübarizəsinə “Kül” (“Popioły”, 1902–1903; 1965-ci ildə kinorejissor Anjey Vayda tərəfindən eyniadlı film olaraq ekranlaşdırılıb), “Həyatın gözəlliyi” (“Uroda życia”, 1912), “Sadiq çay” (“Wierna rzeka”, 1912) romanlarını və “Sulkovski” (“Sułkowski”, 1910) tarixi dramını həsr edib.
O, həmçinin “Sizif əməyi” (“Syzyfowe prace”, 1897), “Şüa” (“Promień”, 1897) povestlərinin, “Qızılgül” (“Róża”, 1909) dramının, “Bildirçinim məndən qaçdı” (“Uciekła mi przepióreczka”, 1924) komediyasının, “Şeytanla mübarizə” (“Walka z szatanem”, 1916–1919) trilogiyasının, “Evsizlər” (“Ludzie bezdomni”, 1900), “Günahın tarixi” (“Dzieje grzechu”, 1908, rus dilinə tərcüməsi 1909, 1975-ci ildə ekranlaşdırılıb), “Yaz qabağı” (“Przedwiośnie”, 1924, rus dilinə tərcüməsi 1925) romanlarının və digər əsərlərin müəllifi olub.
Seçilmiş əsərləri
Alatoran (Zmierzch, hekayə, 1892) Quzğunlar və qarğalar bizi parça-parça edəcək (Rozdziobią nas kruki, wrony, 1895) Həkim Peter (Doktor Piotr, 1895) Sizif əməyi (Syzyfowe prace, 1898 — XIX-XX əsrlərdə Çar Rusiyasının işğal altındakı Polşada apardığı ruslaşdırma siyasətindən bəhs edir) Evsiz insanlar (Ludzie bezdomni, 1899) Küllər (Popioły, 1904) Meşə əks-sədası (Echa leśne, 1905) Günahın bədəli (Dzieje grzechu, 1908) Hetman üçün mərsiyə (Duma o hetmanie, 1908) Qızılgül (Róża, 1909) Sulkovski (Sułkowski, 1910) Sadiq çay (Wierna rzeka, 1912) Həyatın cazibəsi (Uroda życia, 1912) Şeytanla mübarizə (Walka z szatanem, 1-2-ci cildlər, 1916; 3-cü cild, 1919) Dənizdən əsən külək (Wiatr od morza, 1922) Bildirçinim qaçdı (Uciekła mi przepióreczka, 1924) Gələcək bahar / Erkən bahar (Przedwiośnie, 1924) Gündəliklər (Dzienniki, ölümündən sonra nəşr olunub, 1953-1956)
Stefan Jeromskinin əsərləri bir neçə dilə tərcümə edilib. Bu əsərləri Xorvatiya Elmlər və Sənət Akademiyasının (HAZU) üzvü Styepan Musulin xorvat dilinə tərcümə edib.
Filmlər Jeromskinin bir neçə romanı ekranlaşdırılıb. Bura Valerian Borovçik tərəfindən çəkilən "Günahın bədəli" (Dzieje grzechu / "A Story of Sin"), Anjey Vayda (Andrzej Wajda) tərəfindən çəkilən "Küllər" (Popioły / "Ashes") və Filip Bayon (Filip Bajon) tərəfindən ekranlaşdırılan "Gələcək bahar" (Przedwiośnie / "The Spring to Come") daxildir. 2000-ci ildə isə "Sizif əməyi" (Syzyfowe prace) romanı rejissor Pavel Komorovski (Paweł Komorowski) tərəfindən eyniadlı filmə adaptasiya olunub.
İstinadlar
Ədəbiyyat Irena Kwiatkowska-Siemieńska, Stefan Żeromski. La nature dans son expériences et sa pensée (Stefan Żeromski: Nature in His Experiences and Thought), Préface de Jean Fabre, Professeur à la Sorbonne (Preface by Jean Fabre, Professor at the Sorbonne), Paris, Nizet, 1964 (256 pp.). Mortkowicz-Olczakowa, Hanna (1961). Bunt wspomnień. Państwowy Instytut Wydawniczy. Витт В. Стефан Жеромский. — , 1961. Mały słownik pisarzy polskich. Część pierwsza. — Warszawa: Wiedza powszechna, 1966. — S. 197—199.
Xarici keçidlər
Kateqoriya:Rusiya imperiyası yazıçıları