Əli Əkbər Şahnazi (; ) — İran musiqiçisi və tar alətinin görkəmli ustadı.

Bioqrafiya

Əli Əkbər Şahnazi 12 may 1897-ci ildə Qacarlar dövründə, Tehranda anadan olmuşdur. Başqa bir tar ustadı olan atası Mirzə Hüseynqulu, çox qədim bir ənənəyə sadiq qalaraq (nəvəyə babanın adının verilməsi) ona Əli Əkbər adını qoymuşdur. Onun kiçik qardaşı Əbdülhüseyn Şahnazi və bacısı Zinətülmülük Şahnazi də tar ifaçılığının ustadları olmuşdular.

O, öz dövrünün Əbülhəsən xan İqbali Azər və Hüseynəli Nəkişa kimi tanınmış vokalçıları ilə bərabər bir çox musiqi əsərləri lentə aldırmışdır. Şahnazi həmçinin Rza Məhcubi (skripkaçı) və müasir tonbak ifaçılığının atası sayılan Hüseyn Tehrani kimi digər musiqi ustadları ilə yaxından əməkdaşlıq etmişdir. O, tələbələrinə yalnız atasının yığdığı rədif məcmusunu öyrətməklə kifayətlənməmiş, həm də "rədif-e dövrə-ye ali" (; ali dövr rədifi) adlandırdığı gözəl bir rədif bəstələmiş və onu da şagirdlərinə tədris etmişdir.

Şahnazi, İran mədəniyyətində sözün əsl mənasında "sənət sülaləsi" mənasını verən "Xanədan-e Hünər" () adlı məşhur bir musiqiçi ailəsindən gəlirdi.

Əli Əkbər Şahnazi 17 mart 1985-ci ildə 87 yaşında vəfat etmişdir.

thumb|Gənc Əli Əkbər Şahnazi (sağda) və atası Mirzə Hüseynqulu (solda)

İstinadlar

Xarici keçidlər

A sample of his work

Kateqoriya:XX əsr İran şəxsləri