Əşrəf Balamet oğlu Balametov () — texnika elmləri doktoru, Rusiya Elektrotexnika Akademiyasının həqiqi üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun baş elmi işçisi.
Həyatı və təhsili Əşrəf Balametov 27 yanvar 1947-ci ildə Azərbaycan Respublikasının Qusar rayonunun Əcəxur kəndində anadan olmuşdur.
1961-ci ildə Bakı Energetika Texnikumuna daxil olmuş və 1966-cı ildə oranı bitirmişdir. Həmin ildə M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Energetika fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə professor Zəki Kazımzadənin rəhbərliyi ilə "Dərin neft quyularının elektrik təchizatı sisteminin tənlikləri" mövzusunda diplom işini müdafiə etmişdir.
Əmək fəaliyyəti 1971-ci ildə SSRİ Energetika Nazirliyinin İ. Q. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda mühəndis kimi fəaliyyətə başlamışdır. 2002–2008-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutunda, 2020–2022-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, 2023–2025-ci illərdə isə Azərbaycan Texniki Universitetində elmlər doktoru alimlik dərəcəsi üzrə ixtisaslaşdırılmış elmi şuraların üzvü olmuşdur.
Hazırda Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda baş elmi işçi vəzifəsində çalışır və enerji sistemlərinin enerji effektivliyi istiqamətinə rəhbərlik edir.
Elmi fəaliyyəti Əşrəf Balametov energetika elminin inkişafı istiqamətlərində: riyazi modelləşdirmə; proqram təminatının işlənməsi; informasiya texnologiyaları; bazar münasibətləri; enerji effektivliyi; süni intellekt; elektrik şəbəkələrdə rəqəmsal elektron qeydedici hesablama kompleksləri vasitəsilə eksperimental tədqiqat işləri aparır. Onun rəhbərliyi altında elektrik şəbəkələrinin qərarlaşmış rejimlərinin qeyri-xətti tənliklərinin həlli metodlarının effektivliyinin artırılması və dayanıqlı buraxıla bilən həllin qiymətləndirilməsi üçün üsullar və alqoritmlər işlənilmişdir. SSRİ-də ilk dəfə olaraq yüksəkgərginlikli elektrik verilişi xətlərində tac hadisəsi effektləri nəzərə alınmaqla qərarlaşmış rejimlərin hesablanması modelləri və aktual məsələlərinin həllinə, tədqiqinə və inkişafına əhəmiyyətli töhfə vermişdir. Paylanmış parametrli hava xətti tənliklərində gərginliyin paylanmasını və tac itkilərinin gərginliyin (4÷8)-dərəcəsindən asılılığını nəzərə almaqla qeyri-xətti keçiriciliklə əvəz edilərək həlli üsulunu təklif etmişdir. Elektroenergetika sisteminin qərarlaşmış rejimlərinin və istilik balansı tənliklərinə əsaslanan birgə tənliklər sisteminin həlli üsullarını təklif etmiş və bu məqsədlə yeni proqram təminatları işləmişdir. 1980-ci ildə SSR-inin G. M. Krjijanovski adına Energetika İnstitutunda "Mürəkkəb elektrik şəbəkələrinin qərarlaşmış rejimlərinin həlli metodlarının səmərəliliyinin artırılması" mövzusunda texnika elmləri namizədi alimlik dərəcəsi üzrə dissertasiya işini müdafiə etmişdir. 1980-ci ildən kiçik elmi işçi, baş elmi işçi, elmi tədqiqat sektorunun rəhbəri, şöbə müdiri, "Hesablama Mərkəzi" şöbəsinin rəhbəri və Energetikada Avtomatlaşdırılmış Layihə Sistemləri üzrə direktor müavini vəzifələrində işləmişdir. 1991-ci ildə energetika sahəsində çalışan bir qrup alimlər tərəfindən istismara yararsız hesab olunmuş Zeyxur Kiçik su-elektrik stansiyasını özəlləşdirmiş, bərpa etmiş və 1993-cü ildən istismara vermişdir. Hal-hazırda bərpa olunan enerji mənbələri istiqamətində işlər aparır, Samur çayından derivasiya kanalı üzərində qurulmuş, su basqısı 107 m olan 10 MVt gücündə Zeyxur kiçik su-elektrik stansiyasına rəhbərlik edir. 1994-cü ildə SSR-inin Novosibirsk Dövlət Texniki Universitetində "Yüksək gərginlikli hava xətləri ilə elektrik şəbəkələrinin normal rejimlərinin idarə olunması modelləri və metodları" mövzusunda elmlər doktoru üzrə dissertasiya işini müdafiə etmişdir. Əşrəf Balamətov elektrik şəbəkələrinin qərarlaşmış rejimləri, enerji itkilərininin təhlili və azaldılması tədbirlərinin işlənməsi laboratoriyalarını yaratmış, Hesablama Mərkəzi şöbəsinə rəhbərlik etmişdir. 2008-ci ildə ilk dəfə olaraq Azərbaycan EES-də uzunluğu 250 km olan 500 kV-luq 2-ci Abşeron hava xəttində müxtəlif hava şəraitlərində beş gün ərzində hava xəttinin sonlarında rejim parametrlərinin müxtəlif ortalaşdıma müddəti ilə aparılmış ölçmələr əsasında eksperimental tədqiqatları yerinə yetirmişdir və emal olunaraq nəticələr ümumiləşdirilmişdir. Əşrəf Balamətov elektromaqnit uyğunluğu, ali harmonikalar, güc axınlarının ünvanlılığı, çevik idarə olunan ötürücü sistemləri, ifrat yüksəkgərginlikli hava xətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi kimi elmi istiqamətlərdə işləri davam etdirmişdir. Rusiyanın "Proqram Məhsulları və Sistemləri" Beynəlxalq elmi-praktik jurnalının redaksiya heyətinin üzvüdür. Azərbaycan Respublikası və Rusiya Federasiyasının Dağıstan Respublikası xalqları arasında qarşılıqlı anlaşmanın, dostluğun və millətlərarası əməkdaşlığın möhkəmləndirilməsi ilə əlaqədar Fəxri Diplomla mükafatlandırılmışdır. Əşrəf Balamətovun rəhbərliyi altında 15 namizədlik dissertasiya işi uğurla müdafiə olunmuşdur. Bir elmlər doktoru üzrə dissertasiyanın məsləhətçisi olmuşdur. Əşrəf Balamətov 12 müəlliflik şəhadətnaməsi və 4 patent almışdır. Onun rəhbərliyi ilə 118 tədqiqat hesabatı tamamlanmışdır. O, 60 beynəlxalq, 14 ümumittifaq və 13 milli konfransda məruzələrlə çıxış etmişdir. 400-dən çox elmi məqalənin, o cümlədən 40 (WOS, Scopus), dünyanın müxtəlif ölkələrində (Azərbaycan (6), Rusiya (2), Almaniya (1)) olmaqla 9 monoqrafiyanın müəllifidir. SSRİ-nin və Rusiya Federasiyasının ЭНИН, ВНИИЭ, МЭИ, ИСЭМ, СибНИИЭ, ИПИ, СтПИ kimi Elmi Mərkəzləri, institutları, laboratoriyaları və alimləri ilə əməkdaşlıq etmişdir. Mükafatları: "SSRİ Energetika və Elektrikləşmə sahəsində Əla İşçi" döş nişanı və Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti akademik Yusif Məmmədəliyevin adını daşıyan medalla təltif edilmişdir. O, həmçinin MDB-nin Əməkdar Energetikidir. "Qafqazda və Mərkəzi Asiyada enerji sistemlərinin əməliyyat planlaşdırılması, istismarı və idarə edilməsi" TACIS layihəsində iştirak etmiş və Şahdağ Milli Qoruğunda ekoloji layihələrə töhfə vermişdir. Aktiv güc itkilərinin ölçülməsi və hava elektrik xəttinin sonlarında aktiv güclərin fərqi əsasında güc itkilərinin qiymətləndirilməsi və təşkiledicilərinin ayırd edilməsi üçün yeni üsullar təklif etmişdir. İfrat Yüksəkgərginlikli elektrik verilişi xətlərində tac itkilərinin ölçülməsi üçün texniki həllər VSPI və Elektrik Enerji Sistemləri Tədqiqat İnstitutuna, SSRİ Energetika Nazirliyinin "Uzun Elektrik Verilişi Xətləri" İstehsalat Birliyi ilə 1150 kV-luq Ekibastuz-Kökşetav və 750 kV-luq Donbass-Dnepr hava elektrik xətləri üçün güc itkilərinin ölçmə sistemində istifadə olunmuşdur. 500 kV-luq hava elektrik xətlərində ümumi aktiv güc itkilərinin ölçülməsi və güc itkilərinin tac hadisəsi itkilərinin qiymətləndirilməsi, kəskin dəyişən yüklərin enerji keyfiyyəti göstəricilərinə təsirini müəyyən etmək və enerji keyfiyyətinin müasir qeydetmə mikroprosessor əsaslı cihazlardan və kompüter avadanlıqlarından istifadə edərək Azərbaycan enerji sistemində enerji itkilərinin monitorinqi üçün tam miqyaslı təcrübələr aparılmışdır. Əşrəf Balamətovun rəhbərliyi ilə kompüterlər üçün işlənib hazırlanmış proqram təminatı enerji itkilərinin hesablanması sistemlərində istifadə olunur. Bu proqramların müəyyən hissəsi SSRİ Dövlət Alqoritmlər və Proqramlar Fondunda (7) və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (9) qeydiyyata alınmışdır. Proqramlar Azərenerji ASC, Moskva ENIN, ET PI və NII ESP və Uzaq Elektrik Verilişi Xətləri İstehsalat birliyi, Uzaq Elektrik Ötürücü Xətləri Enerjisi Ötürülməsi) müəssisələrində praktik tətbiq tapmışdır. Əşrəf Balamətovun elmi məqalələri SSRİ-nin və Rusiyanın: Elektriçesnvo, Elektrotexnika, Proqram Məhsulları və Sistemləri, Krijijanovski adına Elmi Tədqiqat Energetika İnstitutu kimi, EnerjiŞəbəkəLayihə, Ümum-Rusiya aparıcı elmi tədqiqat institutlarının jurnallarında, EA Sibir şöbəsinin və Rusiya Elmlər Akademiyasının konfrans materiallarında dərc edilmişdir. Əşrəf Balamətov MDB-nin əməkdar energetikidir. Azərbaycan Respublikası "Samur" Ləzgi Milli Mərkəzi cəmiyyətinin üzvüdür, Rusiya Federasiyasının Dağıstan Respublikasının Milli Siyasət Nazirinin Fəxri Fərmanına layiq görülmüşdür. Əşrəf Balamətov elektroenergetika sahəsində texnoloji tərəqqinin inkişafına əhəmiyyətli töhfələr vermiş, enerji sistemlərinin idarə edilməsində iterasiya metodlarının və riyazi modelləşdirmənin tətbiqi üzrə milli və beynəlxalq səviyyədə tanınmış fundamental işlər görmüşdür. 1995–1997-ci illərdə Elmi-Tədqiqat Energetika İnstitutunun ES-1035 tpli elektron-hesablama maşını olan hesablama mərkəzinə rəhbərlik etmişdir. 1989-cu ildə onun təşəbbüsü ilə AzET və Eİ-də "Elektrik sistemlərində qərarlaşmış rejimlərin və enerji itkilərinin analizi" bölməsi açılmış, 1993-cü ildə bu bölmə elmi-tədqiqat şöbəsinə və laboratoriyasına çevrilmişdir. Hazırda həmin şöbədə elmi istiqamətin rəhbəri vəzifəsində çalışır. 1981–1982-ci illərdə Azərbaycan Politexnik İnstitutunda "Elektrotexnikanın nəzəri əsasları", 1994–1995-ci illərdə Bakı Beynəlxalq Universitetində "Hesablama texnikası və proqramlaşdırma" kursu üzrə mühazirələr oxumuşdur. 1990-cı il Əşrəf Balamətov Rəhbərlik etdiyi Enerji itkiləri ET Laboratoriyası Moskva ВНИИЭ İnstitutu və SSRİ EN göstərişi ilə Zakafkaziya ölkələri Energetika sistemləri Elektrik Şəbəkələrində "Texniki itkilərin hesablanması, normalaşdırılması və Nəzarəti üzrə " aparıcı Elmi Tədqiqat Mərkəzi təyin olunmuşdur.
Beynəlxalq fəaliyyəti 1996-cı ildə Almaniyada "Qafqaz və Orta Asiya ölkələrinin enerji sistemlərinin operativ planlaşdırılması, istismarı, idarəsi" üzrə TASİC layihəsinin işində, 2000–2002-ci illərdə TASİC layihəsinin enerji haqqının ödənişinə nəzarət proqram təminatının yaradılması və Şahdağ Milli qoruğunun ekologiya layihəsi işlərində icraşı və ekspert kimi iştirak etmişdir. 2002-ci ildə Amerikada tərtib olunan Amerikanın Biblioqrafik institutunun "Tədqiqat məsləhətçiləri idarə heyətinin" üzvü seçilmişdir. MDB-nin İcraiyyə Komitəsinin təqdimatı ilə Əşrəf Balamətov MDB ölkələrinin elektroenergetikasının inkişafında və inteqrasiya proseslərinin genişlənməsində əhəmiyyətli töhfələrinə görə 2016-cı ildə "MDB-nin Əməkdar Energetiki" fəxri adına layiq görülmüşdür. Əşrəf Balamətov İnstitutun ictimai həyatında fəal iştirak etməklə yanaşı, 1987-ci ildən 1991-ci ilə qədər əmək kollektivi Şurasına başçılıq etmişdir. Hal-hazırda institutun Elmi Şurasının, dissertasiyaların müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın və elmi seminarın üzvüdür. Əşrəf Balamətovun Əsas elmi işləri ifrat yüksəkgərginlikli hava xətləri daxil olan mürəkkəb elektroenergetka sistemləri rejimlərinin riyazi modelləşdirilməsi metodlarının inkişafına: elektrik şəbəkələrinin qərarlaşmış rejimlərinin hesablanması metodlarına, hava xətlərində tac hadisəsinin modelləşdirilməsinə, hava xətlərində tac hadisəsini nəzərə almaqla ifrat yüksəkgərginlikli hava xətləri rejimlərinin optimallaşdırılmasına, mürəkkəb elektrik şəbəkələrində elektrik enerjisi itkilərinin hesablanması və strukturunun analizinə, süni intellekt, FACTS, PMU texnologiyalarının enerji sistemlərində tətbiqinin tədqiqinə həsr olunmuşdur. Onun bilavasitə iştirakı və rəhbərliyi altında aparılmış elmi-tədqiqat işlərinin nəticələri metodlar, alqoritmlər və proqram kompleksləri şəklində Azərenerji sistemində, Moskva SSRİ- Ümumittifaq Baş Layihə və Tədqiqat İnstitutunda, "Enerjilayihə", "Energetika" institutunda "ENİN", "Uzun elektrik veriliş xətləri" istehsalat birliyində, Energetika Nazirliyinin "Baş texniki idarəsində" tətbiq olunmuş və istifadə edilir. Əşrəf Balamətovun birinci, ikinci, üçüncü nəsil elektron-hesablama maşınları və fərdi kompüterləri üçün işləyib hazırladığı altı proqram və proqram kompleksi SSRİ Dövlət İxtisaslaşdırılmış alqoritmlər və proqramlar fonduna qəbul edilmişdir.