Çeslav Romişevski (; ) — Polşalı hərbçi, Rusiya ordusunun və Polşa Ordusunun polkovniki, Azərbaycan Xalq Cümhuriyyətində sərhəd mühafizəsinin, həmçinin İkinci Polşa Respublikasında Gömrük Mühafizəsinin təşkilatçısı, İkinci Polşa Respublikası Gömrük Mühafizəsinin baş inspektoru.

Həyatı Çeslav Romişevski 1861-ci il avqustun 18-də Podolyadakı ailə mülkü olan Borbuxı kəndində anadan olub. Mülkadar sinifinə aid Yelita gerbinin daşıyıcısı Lutsyan Romişevskinin və Kamyanets zadəganlarının marşalı (rəhbəri), Velika Mukşa mülkündən olan Vinsent Lesneviçin qızı, Puukojits gerbinin daşıyıcısı Adela Lesneviçin oğludur. General Vladislav Romişevskinin qardaşı oğludur. Çeslavın bacısı Monika Romişevska Polşanın şərq sərhəd bölgələrinin məşhur süvari diviziyasının komandiri mayor Feliks Yavorskinin anası olub.J. Romiszewski, Rodzinne powiązania, Ułan Wołyński nr 31, rok 2007, s. 19–23.A.Ochał, M.Ruczyński, Na granicach Niepodległej. Straż Graniczna (1928-1939), 2020, s. 298.

O, Yelisavetqraddakı hərbi proqimnaziyanı bitirib. Hərbi xidmətə 1878-ci ildə başlayıb. Varşava Piyada Yunkorlar Məktəbində təhsilini başa vurub. 14-cü Olonets Piyada Alayının zabiti olub. 1889-cu ildə öz xahişi ilə 46-cı Dnepr Piyada Alayına keçib. 1892-ci ildən etibarən, Rumıniya ilə sərhədi qoruyan 22-ci İzmail Briqadasına təyinat alaraq Müstəqil Sərhəd Mühafizə Korpusunda xidmət edib. Zaqafqaziya hərbi dairəsinin nəzdindəki kursu, həmçinin İsveçrə və Rumıniya sərhəd xidmətlərində təcrübə proqramını keçib. 1893-cü ildən Bessarabiyada, Dunay deltasındakı Vilkovo (İzmail qəzası) Sərhəd Dəstəsinin komandiri olub.

1908-ci ildə Rusiya-Osmanlı imperiyası və Rusiya-Qacar imperiyası sərhədinin çətin dağlıq ərazilərində xidmət aparan, Termezdəki 27-ci İrəvan Sərhəd Mühafizə Briqadasının dəstə komandiri təyin edilib. 1911-ci ildən etibarən komandanlığı Səmərqənddə yerləşən 31-ci Amudərya Sərhəd Mühafizə Briqadası komandirinin müavini işləyib və eyni zamanda komandiri əvəz edib. 1913-cü ildə isə general-mayor səlahiyyətləri ilə (Rusiya-İran sərhədindəki) 28-ci Yelizavetpol (Gəncə) Sərhəd Mühafizə Briqadasının komandiri olub.Русская армия в Великой войне: Картотека проекта: Ромишевский Чеслав Люцианович .A.Ochał, M.Ruczyński, Na granicach Niepodległej. Straż Graniczna (1928-1939), 2020, s. 298–299.Ромишевский Чеслав. Орден Святого Владимира III-й степени. Документы о награждениях, [w:] Памяти героев Великой войны 1914–1918 [online] [dostęp 2020-12-28].

1915-ci ildə ona briqada komandiri hüququ ilə (general-mayor səlahiyyətləri ilə) Müstəqil Cəbrayıl Sərhəd Dəstəsinin komandanlığı tapşırılıb. Bu hərbi hissə İranın Şahsevən tayfalarına qarşı hərbi yürüşlərdə iştirak edib.

Birinci Dünya müharibəsinin sonlarında Zaqafqaziya Sərhəd Dairəsinin rəisi vəzifəsini (general-mayor səlahiyyətləri ilə) icra edib.

AXC-də xidmət Oktyabr inqilabından sonra Çeslav Romişevski Cəbrayıl dəstəsinin qalan hissəsi ilə birlikdə İran ərazisinə keçib. Bu dövrdə o, Polşaya getmək məqsədilə İstanbula üzmək üçün Fars körfəzinə keçməyə bir neçə uğursuz cəhd göstərib. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri Əliağa Həsənovun dəvəti ilə Çeslav Romişevski Gürcüstan və Ermənistanla sərhədlərdə Azərbaycan sərhəd mühafizəsinin təşkilini öhdəsinə götürüb. O, həmçinin Azərbaycan Maliyyə Nazirliyi nəzdində sərhəd məsələləri üzrə müvəkkil funksiyasını yerinə yetirib. 1920-ci ildə Qırmızı Ordunun Azərbaycanı işğalından sonra Bakıda olan Romişevski, səfir Titus Filipoviçin Cənubi Qafqazdakı Polşa Missiyasının heyətinə daxil olmaq ittihamı ilə həbs edilib və Missiya ilə birlikdə Moskvaya aparılıb.A.Ochał, M.Ruczyński, Na granicach Niepodległej. Straż Graniczna (1928-1939), 2020, s. 299–303.J. Kossakowski, W polskich i obcych mundurach, [w:] W sieci historii, nr 9-10, 2020, s. 73–74. Həbsxanalarda keçən bir ildən sonra, 1921-ci ilin mayında Varşava və Moskvadakı Qarışıq Komissiyaların fəaliyyəti nəticəsində Çeslav Romişevski Polşa Missiyasının digər üzvləri ilə birlikdə azadlığa buraxılıb və Varşavaya gətirilib.Kurier Warszawski nr 145 z 28 maja 1921, s. 2.

Polşada xidmət 1921-ci ildə polkovnik Çeslav Romişevskiyə və Poznan Gömrük Müdirliyinin baş inspektoru Boleslav Heymrata İkinci Polşa Respublikasının Gömrük Mühafizəsinin yaradılması tapşırılıb. 1922-ci ilin ortalarında Çeslav Romişevski Maliyyə Nazirliyində Sərhədlərin Mühafizəsi Şöbəsinin rəisi təyin edilərək Gömrük Mühafizəsinin təşkilatlanmasını öz üzərinə götürüb.P. Kozłowski, Straż Celna zapomnianą formacją graniczną II Rzeczypospolitej – dyslokacja jednostek granicznych w 1926 roku, w: Problemy Ochrony Granic, Biuletyn nr 50 (2012), s. 7–34.M. Woźniczko, Służby Ochrony Granic 1918–1990, Monitor Prawa Celnego 2001, nr 3, s. 119–123. Ən azı 1922-ci ilin avqustuna qədər Romişevski Zambrovdakı Gömrük Mühafizə Məktəbində təlim rəhbəri olub.A.Ochał, M.Ruczyński, Na granicach Niepodległej. Straż Graniczna (1928-1939), 2020, s. 305.

Varşava və Vilnüs Gömrük müdiriyyətlərində Gömrük Mühafizəsinin baş inspektoru vəzifəsində çalışıb (1927). Varşava dairəsində Gömrük Mühafizə evlərinin tikintisi komitəsinə rəhbərlik edib (1927). 1927–1928-ci illərdə Mazovya Dairəvi Gömrük Mühafizə Müfəttişliyinin rəhbəri olub.Kalendarz z szematyzmem funkcjonariuszy Straży Celnej na rok 1927, s. 161, 290.

Maliyyə nazirinin 31 oktyabr 1927-ci il tarixli sərəncamı ilə elə həmin gün Gömrük Mühafizəsinin baş inspektoru Çeslav Romişevski təqaüdə çıxıb.A.Ochał, M.Ruczyński, Na granicach Niepodległej. Straż Graniczna (1928-1939), 2020, s. 306.

Müharibələrarası dövrdə Çeslav Romişevski Varşavada, Böyük Kazimej meydanı 11 ünvanında (hazırda mövcud deyil), əmisi oğlu general Modest Romişevskiyə, sonralar isə onun oğulları Modest və Viktora məxsus olan Romişevskilərin mədaxil evində (binasında) yaşayıb. Asiya ölkələrində və Qafqazda uzun illər qalması səbəbindən Çeslav Romişevskidə Şərq mədəniyyəti və incəsənətinə qarşı böyük maraq yaranıb. Onun sözügedən binadakı mənzilində topladığı Şərq xalçaları və İran gəbələrindən ibarət kolleksiyası Varşava üsyanı zamanı yanıb.A.Ochał, M.Ruczyński, Na granicach Niepodległej. Straż Graniczna (1928-1939), 2020, s. 308

Çeslav Romişevski 1881-ci ildə bəranessa Mariya Amaliya Steqman (Steqman fon Pritsvald; d. 1865 – ö. 1935) ilə ailə qurub. Xanımı Bakalarzevo (Garbas) və Motule mülklərinin sahibi, hakim Yan Steqmanın və Emiliya Horaçkonun qızı olub. Mariya ilə nikahından onun bu övladları dünyaya gəlib, hüquq elmləri doktoru, Maliyyə Nazirliyinin məmuru Yan, Gömrük Mühafizəsinin, daha sonra isə Sərhəd Mühafizəsinin komissarı Vatslav, Emiliya və Oktavian.A. Matusiewicz, Dwory na Suwalszczyźnie, Suwałki 2018, s. 88–91.A.Ochał, M.Ruczyński, Na granicach Niepodległej. Straż Graniczna (1928-1939), 2020, s. 307–308.

Çeslav Romişevski 1940-cı il yanvarın 2-də Varşavada, Böyük Kazimej meydanı 11 ünvanındakı mənzilində vəfat edib.

Rütbələri Kiçik leytenant (Podporuçik) – 1883 Leytenant (Poruçik) – 1887 Qərargah rotmistri (Ştab-rotmistr) – 1892 Rotmistr (Süvari kapitanı) – 1896 Podpolkovnik – 1906 Polkovnik – 1911 Çeslav Romişevski süvari qoşunlarında (kavaleriya) xidmət etdiyi üçün buradakı rütbələr tarixi süvari rütbələridir. Məsələn, "Rotmistr" rütbəsi piyada qoşunlarındakı "Kapitan" rütbəsinə bərabərdir.

Mükafatları III dərəcəli "Müqəddəs Stanislav" ordeni (1897) III dərəcəli "Müqəddəs Anna" ordeni (1902) II dərəcəli "Müqəddəs Stanislav" ordeni (1906) II dərəcəli "Müqəddəs Anna" ordeni (1911) IV dərəcəli "Müqəddəs Vladimir" ordeni (1914) III dərəcəli "Müqəddəs Vladimir" ordeni (1915) II dərəcəli Buxara Qızıl Ulduz ordeniA.Ochał, M.Ruczyński, Na granicach Niepodległej. Straż Graniczna (1928-1939), 2020, s. 300.

İstinadlar

Ədəbiyyat Cz. Romiszewski, Ochrona granic w Polsce Odrodzonej przed utworzeniem Straży Granicznej [w:] Straż Graniczna 1928-1933. W V rocznicę objęcia służby na granicach Rzeczypospolitej, „Czaty” Czasopismo Straży Granicznej nr 21-22, Warszawa 11.11.1933, s. 28

Xarici keçidlər H. Kula, Polska Straż Graniczna w latach 1928–1939, Bellona1994, s. 28 Rys historyczny, Muzeum Polskich Formacji Granicznych Русская армия в Великой войне: Картотека проекта: Ромишевский Чеслав Люцианович J. Romiszewski, Rodzinne powiązania, Ułan Wołyński nr 31, rok 2007, s. 19–23

Kateqoriya:Azərbaycan polyakları Kateqoriya:Polyakəsilli azərbaycanlılar Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri