Nikolay Nikolayeviç Romanov (; ) — Rusiya imperatoru I Nikolayın oğlu, general-admiral, böyük knyaz.
Həyatı 1831-ci ildə Sankt-Peterburqdakı Çarskoye seloda dünyaya gəldi. Atası rus çarı I Nikolay, anası isə Prussiya kralı III Fridrix Vilhelmin qızı Aleksandra Fyodorovnadır. Nikolay və qardaş-bacıları mükəmməl saray təhsili aldılar. Çar ailəsindəki digər knyazlar kimi hərbi karyerası olmalı idi və bu səbəblə, uşaq yaşlarından atası tərəfindən hərbi ünvanlar aldı. İlk hərbi təcrübəsini isə Krım müharibəsində qazandı və 1854-cü ildə İnkerman döyüşünə qatıldı. Müharibə davam edərkən atası vəfat etdi və böyük qardaşı II Aleksandr taxta çxıdı. Qardaşı onu ön cəbhədən geri çəkdi və arxa cəbhədə ordu daxilində müxtəlif vəzifələrə təyin etdi. 1873-cü ildə toplanan Berlin konfrasında qardaşını müşayiət etdi.
Hərbi karyerasının ən parlaq dövrü isə 1877-1878 Rusiya-Osmanlı müharibəsidir. Müharibənin ilk illərində ön cəbhədə ordu komandanlığı etsə də, ard-arda gələn məğlubiyyətlərin və rusların Rumelidən qovulmasının ardından ön cəbhədən geri çağırıldı və vəzifələrini formal olaraq davam etdirdi.
6 fevral 1856-cı ildə Oldenburq şahzadəsi Pyotrun qızı Oldenburqlu Aleksandra ilə evləndirildi. Gəlin namizədi eyni zamanda onun bibisi Yekaterina Pavlovnanın nəvəsi idi. Ancaq bu evlilikdə könülsüz idi və 2 övladının olmasına baxmayaraq nigahdan kənar münasibətləri oldu.
Nikolay Nikolayeviç Romanov Pyotr Nikolayeviç Romanov
Böyük knyazın nigahdan kənar münasibətlərindən biri Krasnoye selo teatrının balerinası Yekaterina Çislova ilə baş tutdu. Belə ki, onun bu münasibətindən 5 övladı doğuldu və sonradan onlara Nikolayev soyadı verildi.
Olqa Nikolayevna Nikolayeva (1868-1950) Vladimir Nikolayeviç Nikolayev (1873-1942) Yekaterina Nikolayevna Nikolayeva (1874-1940) Nikolay Nikolayeviç Nikolayev (1875-1902) Qalina Nikolayevna Nikolayeva (1877-1878)
Qardaşı II Aleksandrın sui-qəsdi əsnasında övladlarıyla birlikdə Kannda olan Nikolay Romanov ölüm xəbərinin ardından dərhal Sankt-Peterburqa qayıtdı. Qardaşı oğlu III Aleksandrın taxta çıxmasının ardından siyasi nüfuzu xeyli zədələndi. Onun nigahdan kənar münasibəti yeni çar tərəfindən qınandı. Xanımı Oldenburqlu Aleksandra 1881-ci ildə onu tamamilə təkr edərək Kiyevə köçsə də, rəsmi olaraq heç vaxt boşanmadı. Övladları isə sarayda yaşamağa davam etsələr də, həmişə anaslarının tərəfini saxladılar və atasının məşuqəsiylə olan münasibətini qəbul etmədilər.
Formal olaraq davam etdirdiyi hərbi vəzifələrindən azad olundu. Zamanla maliyyə problemləri yaşadı. Məşuqəsinin ölümündən qısa müddət sonra əqli sağlamlığını itirən Nikolay Romanov qırtlaq xərçənginə tutuldu. 1890-cı ildə dəli olduğu rəsmi şəkildə elan edildi və Krımda göz həbsinə alındı. 25 aprel 1891-ci ildə burada tutulduğu evdə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Alexander, Grand Duke of Russia, Once a Grand Duke, Cassell, London, 1932. Beliakova, Zoia, The Romanov Legacy : The Palaces of St. Petersburg, Hazar Publishing, 1994, . Chavchavadze, David, The Grand Dukes, Atlantic, 1989, King, Greg The Court of the Last Tsar, Wiley, 2006, . Perry, John and Pleshakov, Constantine, The Flight of the Romanovs, Basic Books, 1999, . Zeepvat, Charlotte, The Camera and the Tsars, Sutton Publishing, 2004, .
İstinadlar Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri Kateqoriya:Rusiya imperiyası general-feldmarşalları Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları