thumb|right|250px|"Fiv şəhərinin Qanadlı Günəşi" thumb|right|250px|Nimrudda tapılmış II Aşşurnasirpal stelasında qanadlı günəş detalı
Qanadlı günəş, qanadlı günəş diski və ya qanadlı disk — Qədim Yaxın Şərq mifologiyalarında (Qədim Misir, Mesopotamiya, Anadolu və Əhəməni imperiyası) ilahiyyat, hökmdarlıq və mütləq güc ilə əlaqələndirilən qədim rəmz.
Tarixi Qədim Misirdə bu simvolun istifadəsi Qədim padşahlıq dövrünə (təqr. MÖ XXVII–XXII əsrlər) təsadüf edir və disk adətən hər iki tərəfdən kobra ilanı (Urey) ilə əhatə olunmuş şəkildə təsvir edilirdi. Misir mifologiyasının ilkin dövrlərində Behedeti simvolu kimi tanınan bu rəmz, sonralar Ra-Haraxte ilə eyniləşdirilən Edfulu Horusu ifadə edirdi. Bəzən bu rəmz Ptahın müqəddəs öküzü olan Apisin buynuzları arasında da təsvir olunurdu.
Təxminən MÖ 2000-ci ildən etibarən bu simvol Levant, Mesopotamiya və Kiçik Asya regionlarında da yayılmağa başlamışdır. Aşşar hökmdarlarının qabartmalarında geniş istifadə olunan bu rəmz, Anadolu hieroqliflərində (Luvi heroqlifləri) hökmdarlıq nişanəsi kimi çıxış edirdi və latınca elmi ədəbiyyata "SOL SUUS" (Mənim Günəşim/Ulu Günəş) titulu kimi daxil olmuşdur.
Təxminən MÖ VIII əsrdən etibarən qanadlı günəş diski Yəhuda krallığının hökmdar sülaləsinə aid olan qədim ibrani möhürlərinin (xüsusilə "LMLK mühürləri" kimi tanınan dövlət mühürlərinin) üzərində də görünməyə başlamışdır.
İstinadlar
Biblioqrafiya
R. Mayer, Opificius, Die geflügelte Sonne, Himmels- und Regendarstellungen im Alten Vorderasien, UF 16 (1984) 189-236. D. Parayre, Carchemish entre Anatolie et Syrie à travers l'image du disque solaire ailé (ca. 1800-717 av. J.-C.), Hethitica 8 (1987) 319-360. D. Parayre, Les cachets ouest-sémitiques à travers l'image du disque solaire ailé, Syria 67 (1990) 269-314.
Xarici keçidlər
Relief Depicting Gilgamesh Between Two Bull-Men Supporting a Winged Sun Disk, Kapara palace, Tell Halaf.
Kateqoriya:Dini simvollar Kateqoriya:İlahilik Kateqoriya:Qədim Yaxın Şərq mifologiyası Kateqoriya:Misir heroqlifləri Kateqoriya:Yaxın Şərq mifologiyası Kateqoriya:Qədim Misir simvolları