Bənu Ədi () və ya Bənu Ədi ibn Kəb () — Qureyş qəbiləsinin qollarından biri.
Mənşəyi Qəbilə Ədi ibn Kəbin adını daşıyır və onun nəsil şəcərəsi Ədnana gedib çatır.
Tarixi Cahiliyyə dövründə Bənu Ədi, Qureyşin digər qolları ilə birlikdə Məkkənin idarə edilməsində söz sahibi idi və elçilik (sifarət) vəzifəsini yerinə yetirirdi. Məhəmmədin peyğəmbərliyin ilk illərində sifarət vəzifəsini Ömər icra edirdi.
Qusay ibn Kilabdan sonra Bənu Əbdüddar ilə Bənu Əbdümənaf arasında baş verən münaqişədə Bənu Ədi Bənu Əbdüddarı dəstəkləmişdi. Həmçinin Kəbənin təmiri zamanı Qara daşının yerinə qoyulması ilə bağlı yaranan fikir ayrılığın da yenə Bənu Əbdüddarla birlikdə hərəkət etmiş, əllərini qanla dolu bir qaba salaraq, lazım gələrsə bu şərəfi qorumaq uğrunda canlarını belə fəda edəcəklərinə və onu başqalarına verməyəcəklərinə and içmişdilər. Buna görə də Ədi ibn Kəbin nəslinə və onlarla birlikdə bu hərəkətdə iştirak edən digər qəbilələrə "qan yalayanlar" () adı verilmişdi.
Bənu Ədi əvvəlcə Məhəmmədin İslama dəvətinə düşmən mövqe tutmuşdu. Lakin qəbilənin nüfuzlu nümayəndələrindən Ömər ibn Xəttabın müsəlman olmasından sonra bu münasibətini dəyişmək məcburiyyətində qaldı. Belə ki, Bədr döyüşündə məkkəli bütpərəstlərin sırasında bu qəbilədən heç kim iştirak etməmişdi. Hətta Ömər özü Bənu Ədiyə mənsub olanların hamısının Məkkənin fəthindən əvvəl müsəlman olduqlarını bildirmişdir.
Səhabələrdən Səid ibn Zeyd, Nuaym ibn Abdullah və Xaricə ibn Huzafə də bu qəbiləyə mənsub idilər.
Hicri təqvimin VI əsrində də mövcudluğunu davam etdirdiyi bildirilən Bənu Ədinin bir hissəsi həmin dövrdə Fatimilər xilafətinin hakimiyyəti altında olan Misirdə məskunlaşmışdı.
Həmçinin bax Ərəb qəbilələrinin siyahısı
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Qureyş Kateqoriya:Ədnanilər