Prussiyalı Vilhelmina (; ; ) — Prussiya kralı II Fridrix Vilhelmin qızı, I Niderland kraliçası və Böyük Lüksemburq hersoginyası.

1774-cü ildə Potsdamda dünyaya gəldi. Atası Prussiya kralı I Fridrix Vilhelmin nəvəsi və varisi Şahzadə Vilhelm, anası isə onun ikinci xanımı Hessen-Darmştadtlı Frederika Luizadır. Uşaqlıq və ilk gənclik illəri atasının əmisi olan Böyük Fridrixin sərt saray mühitində keçdi. Bu səbəblə, çox məlumat yoxdur. Standart saray təlim-tərbiyəsi aldı.

1 oktyabr 1791-ci ildə Berlində Yeddi Birləşmiş Əyalət Respublikasının son hakimi Oran şahzadəsi V Vilhelmin oğlu və varisi Vilhelmlə evləndirildi. Üstəlik bəy namizədi onun bibisi oğlu idi. Cütlüyün bu nigahdan 6 övladı doğulsa da, bunlardan üçü yetkinlik yaşına çatmadı.

II Vilhelm Vaxtından öncə doğulmuş oğlan uşağı (18 avqust 1795) Şahzadə Frederik (1797-1881) Şahzadə Paulina (1800-1806) Vaxtından öncə doğulmuş oğlan uşağı (30 avqust 1806) Şahzadə Marianna (1810-1883)

1795-ci ildə bütün ailə üzvləriylə birlikdə Londonda sürgün olundu. Bir il burada yaşadıqdan sonra Berlində məskunlaşdılar. Ancaq 1806-cı ildə buranın da fransızlar tərəfindən işğal edilməsinin ardından ailə Sileziyaya qaçdı.

Napoleon Bonapartın məğlub edilməsinin ardından ərinin Niderland taxt-tacına çıxmasıyla Niderland kraliçası və Böyük Lüksemburq hersoginyası oldu. Ancaq monarx xanımı kimi aktiv siyasi fəaliyyəti olmadı. Üstəlik almanpərvərliyi səbəbilə yerli xalq tərəfindən də sevilmədi. 1820-ci ildən etibarən səhhəti pisləşməyə başladı. 1837-ci ildə Haaqada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Uwe Schögl (Red.): Oranien. 500 Jahre Bildnisse einer Dynastie aus der Porträtsammlung der Österreichischen Nationalbibliothek, Wien und der Niederländischen Königlichen Sammlung Den Haag. (Ausstellung vom 1. Februar bis 19. März 2002, Camineum der Österreichischen Nationalbibliothek, Wien). Österreichische Nationalbibliothek u. a., Wien 2002, ISBN 3-01-000028-6 Wilhelm Pfitzner: Versuch einer Geschichte des vormaligen Fürstlichen Cisterzienser-Stiftes Heinrichau bei Münsterberg in Schlesien. Trewendt, Breslau 1846, S. 281

İstinadlar Kateqoriya:XIX əsr Almaniya şəxsləri Kateqoriya:XVIII əsr monarxları