"Vətən" (, ) — 2006-cı ildə Özbəkistanlı rejissor Zülfiqar Musaqov tərəfindən çəkilmiş dram filmidir.
Film İkinci Dünya müharibəsi illərində Özbəkistanı tərk etməyə məcbur olmuş özbəklərin həyatından və vətən həsrətindən bəhs edir. Filmdə baş rolları Əbdülmənnan Ubaydullayev, Müzəffər Səʼdullayev, Rəʼno Şadiyeva və Babur Yuldaşev ifa etmişlər.
Süjet Filmin süjet xətti İkinci Dünya müharibəsində iştirak etmiş və sonradan ABŞ-da yaşamağa məcbur olmuş qoca Qurbanın uzun illik ayrılıqdan sonrakı həyatı üzərində qurulub. Ekran əsəri qəhrəmanın vətən həsrəti, gənclik xatirələri və müharibənin insan taleyində buraxdığı dərin izlər vasitəsilə ümumilikdə Özbəkistandan uzaq düşmüş insanların acı taleyini tamaşaçıya çatdırır.
Rollarda Əbdülmənnan Ubaydullayev Müzəffər Səʼdullayev Rəʼno Şadiyeva Babur Yuldaşev Timur Musaqov Cümədulla Rametov
Yaradıcı heyət Rejissor və ssenari müəllifi: Zülfiqar Musaqov Operatorlar: Əbdürrəhim İsmayılov, Sədrəddin Ziya Bəstəkar: Məryəm Musaqova Montajyor: Ölməzxan Teymurova
İstinadlar
Kateqoriya:2006-cı ilin Özbəkistan filmləri Kateqoriya:Özbəkistan kinematoqrafı Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:Özbəkcə filmlər