thumb|Naimişaranya meşəsində təsvir olunan müdrik Vyasa. Vyasa (; sanskritcə hərfi mənası: "bölücü", "təsnif edən" və ya "redaktor"), həmçinin Vedavyasa, Vyasadeva, Badarayana və ya Krişna-Dvaypayana — Hinduizm ənənəsində mərkəzi və ən çox ehtiram bəslənilən müdriklərdən (rişilərdən) biri. O, Vedaları dörd hissəyə ayıran və təsnif edən şəxs, həmçinin məşhur "Mahabharata" eposunun, on səkkiz əsas Purananın və Brahma-sutraların müəllifi və ya baş redaktoru hesab olunur. Ona həmçinin "Şaşvata" (əbədi, ölməz) adı da verilir və o, hinduizmdəki yeddi ölməz varlıqdan — Çirancividən biri hesab olunur.

Brahma-sutraların müəllifi olan Vyasinin bu əsəri "Bhaqavat Gita" və baş Upanişadlarla bərabər Vedaların nüfuzunu qəbul edən bütün hinduizm məktəbləri üçün əsas mənəvi meyar sayılan "Üçlük qanununu" (Prasthanatrayi) təşkil edir.

Mənşəyi və həyatı Rəvayətlərə görə, Vedavyasa böyük müdrik Paraşara və balıqçı qızı Satyavatinin nikahdan kənar doğulmuş oğludur. O, Camuna çayı üzərindəki adalardan birində dünyaya gəlmişdir. Mənşəyi və xarici görünüşü ilə əlaqədar olaraq ona bir neçə ad verilmişdir: Kanina — nikahdan kənar doğulduğu üçün ("bastard"); Krişna — dərsinin rəngi tünd (qara) olduğu üçün; Dvaypayana — adada doğulub boya-başa çatdığı üçün ("adada doğulan").

Doğulduqdan dərhal sonra Vyasa meşəyə gedərək asketik həyat sürməyə başlamışdır. Anası Satyavati isə daha sonra çar Şantanu ilə evlənmiş və bu nikahdan iki oğlu dünyaya gəlmişdir. Böyük oğlu Çitranqada döyüşdə öldürülmüş, kiçik oğlu Viçitravirya isə övladı olmadan vəfat etmişdir. Varisin olmamasına görə Satyavati meşədə zahid həyatı yaşayan böyük oğlu Vyasanı geri çağırır. Vyasa qədim adətlərə və anasının təkidli xahişinə müvafiq olaraq, ölmüş qardaşının dul qalmış xanımları — Ambika və Ambalika ilə yaxınlıq edir. Bu yaxınlıqdan "Mahabharata" dastanındakı iki düşmən nəslin — Kaurav və Pandav sülalələrinin baniləri olan Dxritaraştra və Pandu dünyaya gəlir.

"Bhaqavata-purana" mətninə görə (1-ci nəğmə, 3-cü fəsil, 21-ci bənd), Vyasa həm də Kainatın Ali Rəbbi olan Vişnunun yer üzündəki 17-ci təcəssümü (Avatarı) hesab olunur.

Müdrikliyə həsr olunan festival Hinduizm ənənəsində qeyd olunan məşhur "Guru Purnima" festivalı birbaşa Vyasaya həsr olunmuşdur. Bu bayram həm də "Vyasa Purnima" adlanır. Bu günün həm Vyasanın doğum günü, həm də onun Vedaları dörd hissəyə böldüyü müqəddəs gün olduğuna inanılır.

Xatirəsinin əbədiləşdirilməsi Müdrik Vyasanın bəşəri irsi və dünya fəlsəfəsinə verdiyi töhfələr nəzərə alınaraq, Merkuri planetindəki kraterlərdən biri onun şərəfinə "Vyasa" adlandırılmışdır.

İstinadlar

Biblioqrafiya

Əlavə ədəbiyyat siyahısı

The Mahabharata of Krishna-Dwaipayana Vyasa, translated by Kisari Mohan Ganguli, published between 1883 and 1896 The Arthashastra, translated by Shamasastry, 1915 The Vishnu-Purana, translated by H. H. Wilson, 1840 The Bhagavata-Purana, translated by A. C. Bhaktivedanta Swami Prabhupada, 1988 copyright Bhaktivedanta Book Trust The Jataka or Stories of the Buddha's Former Births, edited by E. B. Cowell, 1895

Xarici keçidlər

The Mahābhārata – Ganguli translation, full text at sacred-texts.com

Kateqoriya:Epik şairlər Kateqoriya:Qədim Hindistan filosofları Kateqoriya:Hindu şairləri Kateqoriya:Sanskrit dilində yazan şairlər Kateqoriya:Qədim Hindistan şairləri Kateqoriya:Hindu filosof və teoloqları