Dörd imam () — sünnilikdə məzhəb banisi olan fəqihlərin ümumi adı.
Siyahı Əbu Hənifə — Hənəfi məzhəbinin banisi olan fəqih, müctəhid və mühəddis. O, tabiin nəslinə mənsubdur. Əş-Şafei — Şafii məzhəbinin banisi olan fəqih. O, məzhəb banisi olaraq, öz şəxsi görüşlərini şəxsən qələmə alan və kitabları dövrümüzə qədər gəlib çatan nadir şəxsiyyətlərdəndir. Əhməd ibn Hənbəl — Hənbəli məzhəbinin banisi olan fəqih və mühəddis. O, hədis sahəsində məşhur və etimad edilən bir alim olmuş, "kütubi-sittə" müəlliflərin ondan hədis rəvayət etmişdir. Malik ibn Ənəs — Maliki məzhəbinin qurucusu, müctəhid və mühəddis.
Həmçinin bax Sünni kitablarının siyahısı
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Sünnilik Kateqoriya:Müctəhidlər