Professor Erman Altun (4 mart 1948, Təkirdağ - 10 fevral 2016, Adana) - Folklor tədqiqatçısı, folklorşünas, akademik

Həyatı və təhsili Təkirdağ İnönü Məktəbi (1959), Namiq Kamal Liseyi (1966) və Ədirnə Kişi Müəllim Məktəbinin (1966) ardınca bakalavr təhsilini 1971-ci ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsi türk dili və ədəbiyyatı ixtisasını bitirmişdir. Bakalavr işinin mövzusu “Tekirdağ ve Balkan Göçmenleri Ağız İncelemesi” idi. 1988-ci ildə Yuqoslaviyada Priştin Universiteti Ş\rq Dilləri Filologiya İnstitutunu bitirib. 1988-ci ildə “Tekirdağ Seyirlik Köy Oyunlarından Cemal Ritüeli ve Balkanlardaki Varyantları” doktorluq mövzusunda müdafiə etdi. 1991-ci ildə Çukurova Universiteti Fənn ədəbiyyat Fakültəsi Türk dili və Ədəbiyyatı ixtisası üzrə müəllimlik fəaliyyətinə başladı. Dosentlik mövzusu isə “Günümüzde Adana Âşıklık Geleneği ve Âşık Feymani” idi. Çukurova Universiteti Fənn Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı ixtisasında dosent (1997) və professor (2003) adını aldı.

10 Fevral 2016-cı ildə dünyasını dəyişib.

Fəaliyyəti Professor, doktor Erman Artun uzun illər Çukurova Universiteti Fənn ədəbiyyat Fakültəsi Türk dili və Ədəbiyyatı ixtisası Türk Xalq Ədəbiyyatı Kafedrasının müdiri, eyni universitetdə Türk Dili ixtisası üzrə rəhbər, Atatürk İlkələri və İnqilab tarixi ixtisasının rəhbəri, Türkoloji Araşdırmalar Mərkəzi Müdürlüyü vəzifəsini idarə etdi. Çoxsaylı magistratura və doktorantura dissertasiyalarına elmi rəhbərlik etmiş, həmçinin Türk xalq ədəbiyyatı və türk folklorşünaslığı sahələrinə həsr olunmuş 22 elmi kitabın, 100-dən çox elmi məqalə və konfrans məruzəsinin müəllifi olmuşdur. Xalq Ədəbiyyatında önəmli əsərlərindən biri olan "Adana Âşıklık Geleneği ve Âşık Feymani" adlı kitabı 1966-cı ildə yayımlanmışdır.

1996-cı ildə Folklor Araşdırmaları Qurumunun Türk Folkloruna Xidmət Mükafatını, İçəl Folkloru jurnalının İçəl Folkloruna Xidmət Mükafatı, 2000-ci ildə Motiv Folklor jurnalının və 2000-ci ildə Folklorşünaslıq Xidməti Mükafatını aldı.

Əsərləri Təkirdağ Folklor Araşdırması (1978) Təkirdağ Folklorundan Örnəklər (1983) Vezbanja ız Savremenog Turskog Jezıka sa Tekstovıma (çev. M. Teodosijeviç, 1988) Təkirdağ Xalq Oyunları Araşdırması (1992) Təkirdağ Uşaq Oyunları Araşdırması (1992) Camal Ritualı və Balkanlardakı Variantları (1993) Adana Aşıqlıq Ənənəsi və Aşıq Feymani (1996) Təkirdağ Xalq Mədəniyyəti Araşdırmaları (1998) Adana Mətbəx Mədəniyyəti və Adana Yeməkləri (1998) Adana Xalq Mədəniyyəti Araşdırmaları I (2000) Adana Körpü Başı (M.Səbri Kozla birlikdə, 2000) Aşıqlıq Ənənəsi və Aşıq Ədəbiyyatı (2001) Dini Təsəvvüfi Xalq Ədəbiyyatı (2002) Türk Xalq Ədəbiyyatına Giriş (2004) Türk Folklorşünaslığı (2005)

İstinadlar

Kateqoriya:1948-ci ildə doğulanlar Kateqoriya:2016-cı ildə vəfat edənlər Kateqoriya:Folklor yazıçıları Kateqoriya:Türkiyə folklorşünasları