Əbu Haşim Abdullah ibn Məhəmməd ibn Əli ibn Əbu Talib (; ) — Məhəmməd ibn Hənəfiyyənin böyük oğlu və öz dövründə Keysani şiəliyinin imamı.
Həyatı Mədinədə anadan olub. Anasının adı Nailə bint Xalid ibn Əlqamədir. Əbu Haşim künyəsi ilə tanınınr.
Onun atasından rəbayət etdiyi mütənin qadağan edilməsi haqqındakı hədislər Malik ibn Ənəs, Buxari və Müslüm tərədindən rəvayət olunmuşdur. Əbu Haşimin etibarlı (siqa) və az hədis rəvayət edən bir şəxs olduğunu bildirən ifadələrlə yanaşı, onun qardaşı Həsən qədər etibarlı sayılmadığı, həmçinin Səbaiyyəyə və onların uydurduğu hədislərə maraq göstərdiyi də onun rəvayətçisi olan Zöhri tərəfindən nəql edilmişdir.
Hüseyn ibn Əlidən sonra Məhəmməd ibn Hənəfiyyəyə tabe olan şiə qrupları onun vəfatından sonra oğlu Əbu Haşimə tabe oldular. Xüsusilə Xorasan və ətraf bölgələrdə Əməvilərə düşmən olan çoxlu sayda şiə onu atasının xələfi və imamı kimi qəbul edirdi. Əbu Haşim vəfatından az əvvəl Əməvi xəlifəsi Süleyman ibn Əbdülməliki ziyarət etdi. Mənbələrdə səbəbi göstərilməyən bu görüş zamanı xəlifə onun elmi və natiqlik qabiliyyəti qarşısında heyranlığını ifadə edərək Qureyş arasında ona bənzər bir şəxsə rast gəlmədiyini etiraf etdi və ehtiyaclarını qarşılamaq üçün ona müəyyən yardımlar göstərdi.
Mənbələriə görə, Əbu Haşim Fələstinə getmək məqsədilə Dəməşqdən ayrıldıqdan sonra xəlifənin Ləxm və Cüzam bölgələrinə göndərdiyi adamlar tərəfindən ona zəhər qatılmış süd içirildi və o, yolda xəstələndi. Zəhərləndiyini və ölümünün yaxınlaşdığını hiss edən Əbu Haşim yanındakı adamlara onu Humeymədə yaşayan əmisi oğlu Məhəmməd ibn Əli ibn Abdullahın yanına aparmalarını tapşırdı. Abbasilərin tərəfdarlarının mərkəzi olan Humeymədə əmisi oğlu ilə görüşərək, özündən sonra imamətin Məhəmməd ibn Əli ibn Abdullahın nəslinə keçməsini vəsiyyət etdi.
Əbu Haşimin Humeymədə vəfat etmişdi. Onun vəfatından sonra ona tabe olanların əksəriyyəti yuxarıda qeyd edilən vəsiyyətə əməl etdi. Lakin imamətin Əbu Haşimdən sonra qardaşı Əli ibn Məhəmmədə, qardaşı oğlu Həsən ibn Əliyə və ya Abdullah ibn Əmr əl-Kindiyə keçdiyini iddia edənlər də olmuşdur.
Həmçinin bax Həsən ibn Məhəmməd ibn Hənəfiyyə Vasil ibn Əta
Mənbə
İstinadlar
Ədəbiyyatlar
Kateqoriya:VIII əsr ərəbləri