Parabrahman və ya Param-brahman (, ) — bütün təriflərin və anlayışların fövqündə dayanan, "Ali Brahman" mənasına gələn Vedik fəlsəfəyə aid termin. Vedik fəlsəfədə kainata və ondano tərəfə, bütün varlıqlara sonsuz nüfuz edən formasız Varlıq, Mayanı aşan Ali Varlıq kimi xarakterizə olunur.

thumb|Müqəddəs Om səsi. Bhaqavat Gitaya görə Mütləq Varlıq Om ilə səsləndirilir.

Parabrahman müxtəlif fəlsəfi məktəblər tərəfindən fərqli şəkillərdə izah olunur. Advayta-vedanta ənənəsində Parabrahman "Nirquna-brahman", yəni sifətsiz/keyfiyyətsiz Mütləq kimi xarakterizə edilir. Dvayta-vedanta və Vişiştadvayta ənənələrində isə "Saquna-brahman", yəni sifətlərə malik Mütləq kimi qəbul olunur. Vişnuizm, Şivaizm və Şaktizm cərəyanlarında müvafiq olaraq Vişnu, Şiva və Adi Şakti Parabrahman hesab edilir. Qanapatya məzhəbi tərəfindən Mahaqanapati, Kaumaram məzhəbi tərəfindən isə Kartikeya Parabrahman kimi qəbul olunur.

Etimologiya Para — bəzi kontekstlərdə "yüksək", bəzi kontekstlərdə isə "ən yüksək" və ya "ən ali" mənasını verən Sanskrit sözüdür.

Hinduizmdə Brahman kainatdakı Mütləq Varlığı, Ali Reallığı ifadə edir. Hind fəlsəfəsinin əsas məktəblərində mövcud olan hər şeyin qeyri-maddi, şərtlənməmiş, formasız və ilkin səbəbidir. Brahman Vedalarda yer alan açar anlayışdır, ilk Upanişadlarda və Advayta-vedanta ədəbiyyatında ətraflı şəkildə təhlil edilmişdir.

Fəlsəfi təriflər

Vişnuizm Vişnuizmə görə Vişnu (, ) Parabrahmandır. Vişnu həm Ali Mənlik, həm də bütün mənliklərin İlkin Mənbəyidir; bu kontekstdə "Ali Şəxs" və "İlkin Mənlik" mənalarını verən "Paramatman" kimi də qəbul olunur. Vişnu Mahabharataya əsasən Parabrahman olmaqla yanaşı, puruşa (şəxs/ruh) və prakriti (ilkin maddə/təbiət) kimi də qəbul edilir. Narayana-sukta və Yacurveda kimi mətnlər də Vişnuya Parabrahman məqamı verir.

Advayta-vedanta Advayta-vedantada Parabrahman "formasız və sifətsiz Mütləq Varlıq" mənasına gələn "Nirquna-brahman" kimi qəbul olunur. Advayta-vedanta teistik dualizm konsepsiyasına qarşı çıxaraq Brahmanın ilahi olduğunu, İlahi Olanın Brahman olduğunu və bunun "Atman (fərdi ruh/mənlik) və Nirquna (Sifətsiz Varlıq)", "əbədilik", "məhəbbət", "həqiqət", "bilik" kimi anlayışlarla eynilik təşkil etdiyini müdafiə edir.

Advaytaya görə, qeyri-dualist təcrübə subyektiv təcrübənin eyni zamanda bir bilik obyekti və faktiki reallıq olması vəziyyətidir. Mütləq Reallıq həm subyekt, həm də obyektdir; dolayısı ilə onlar arasında keyfiyyət fərqi yoxdur.

İstinadlar

Ədəbiyyat siyahısı

Xarici keçidlər

Kateqoriya:Hind tanrıları Kateqoriya:Hinduizm anlayışları Kateqoriya:Hinduizmdə Allahın adları Kateqoriya:Sanskrit dilində sözlər və ifadələr