H. Brüs Hamberstoun (ing. H. Bruce Humberstone) — ABŞ kino rejissoru.

Həyatı

Brüs Hamberstoun 18 noyabr 1901-ci ildə Nyu-Yorkda anadan olmuşdur. Uşaqlıqdan kino aktyoru kimi çalışmışdır. Ssenari üzrə klerk və bir müddət sonra rejissor assistenti vəzifəsində çalışmışdır. Amerika Kinorejissorlar Gildiyasının əsasını qoyan 28 nəfərdən biridir. Brüs Hamberstoun eləcə də "20th Century Fox" ("20-ci Əsr Foks") kino şirkətində bir neçə səssiz filmdə çalışmışdır. Hamberstoun xüsusi bir janr üzrə ixtisaslaşmamışdı; o, komediya, dram, melodram və s. janrlara müraciət edirdi. B. Hamberstoun Çarli Çanın filmlərində işlədiyinə görə hazırda xüsusilə məşhurdur. 1950-ci illərdə rejissor daha çox televiziyada fəaliyyət göstərməyə başladı. O, 1962-ci ildə öz sənətindən ayrıldı və 1984-cü ildə vəfat etdi. Brüs Hamberstoun Hollivudda məşhurların gəzinti hissəsində ulduza malikdir.

Filmoqrafiya

Günəşli vadinin serenadası (film, 1941) / Sun Valley Serenade

Xarici keçidlər

Kateqoriya:Brüs Hamberstounun filmləri Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ rejissorları