Ejen Maksimilyanoviç Romanovski ( ) — Loyxtenberq hersoqu Maksimilyan de Boharnenin oğlu, VI Loyxtenberq hersoqu.
1847-ci ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Maksimilyan de Boharne, anası isə rus çarı I Nikolayın qızı Mariya Nikolayevnadır. Atasının fransız-alman əsilli olmasına baxmayaraq, Ejen və bacı-qardaşları pravoslav məzhəbinə uyğun təlim-tərbiyə edildi. Bu çar Nikolayın qoyduğu evlilik şərtlərindən biri idi. 1852-ci ildə atası vəfat etdi və anası Mariya Nikolayevna 2 il sonra başqasıyla evləndi. Ancaq onun bu evliliyi Çar Nikolaydan gizlədildi. Babasının ölümü və dayısı II Aleksandrın taxta çıxmasından sonra da qəbul edilməyən bu evlilik səbəbilə, anası Mariya Nikolayevna övladlarını geridə qoyaraq Rusiyadan sürgün edildi. Ejen və bacı-qardaşları isə Çar Aleksandr və Çariça Mariya Aleksandrovnanın himayəsinə verildi.
1869-cu ildə Florensiyada rus generalı Mixail Kutuzovun nəvəsi Dariya Konstantinovna ilə evləndi. Ancaq onun bu evliliyi qısa çəkdi. Xanımı 1870-ci ildə doğuş əsnasında vəfat etdi. Geridə isə Dariya adlı bir qızı qaldı.
Dariya Yevgenovna Boharne (1870-1937)
1878-ci ildə isə Zinayda Dmitriyevna ilə evləndi. Bu nigahdan övladı olmadı.
Atasının ölümündən sonra böyük qardaşı Nikolay Maksimilyanoviç onun ünvanlarını aldı. Onun vəfatından sonra isə 1891-ci ildə bütün bu ünvanlar Ejenə keçdi. Hərbi karyerası vardı və bir çox hərbi əməliyyatda iştirak etdi.
1901-ci ildə Sankt-Peterburqda vəfat etdi.
Mənbə
Ədəbiyyat
Beli︠a︡kova, Z. I. (2010). Honour and Fidelity, the Russian Dukes of Leuchtenberg. Logos. ISBN 978-5-87288-391-3
İstinadlar
Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları Kateqoriya:Rusiya İmperator Ordusunun generalları Kateqoriya:Rusiya imperiyası generalları Kateqoriya:Ruslar